XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020

Digər Xəbərlər

25 Avqust 2020 - 09:15

LİVİYANI AZƏRBAYCANA BƏNZƏDƏN CƏHƏT:Ankara bu ölkədə hərbi təsisatlarını yaradır

Barin Kayaoğlu

“Əl-Monitor”, 24.08.2020

 

Türkiyənin Liviyadakı iştirakı uzun bir yol keçib – ticarət diplomatiyasından vəkil müharibəsinə və indi təsisat quruculuğuna qədər. Liviya ordusunu sıfırdan qurulacağına dair yeni vəd türkləri Şimali Afrika dövlətinin vətəndaş müharibəsində iştirak edən bir çox xarici gücdən fərqləndirəcək cəhətdir. Liviyadakı gələcək uğur Türkiyənin daha güclü tərəfdaşlar tapmaq bacarığından, xüsusən də, Almaniya və ABŞ-dan asılıdır.

“Anadolu” agentliyi avqustun 17-də Türkiyə və Qətər müdafiə nazirlərinin Liviyanın BMT tərəfindən dəstəklənən, Tripolidə yerləşən Milli Birlik Hökuməti (MBH) ilə “hərbi təlim və məsləhət üçün obyektlər qurmaq” mövzusunda müqavilə bağlamağa razılıq verdiyini bildirib. “Liviyaya məsləhətçilər və hərbi heyət göndəriləcək”. Əslində, hərbi qüvvələrini daimi orduya çevirərək Ankara MBH üçün zabit hazırlayan akademiya quracaq. 2011-ci ildə Müəmmər Qəddafinin süqutundan bəri Türkiyə Silahlı Qüvvələri (TSK) İsparta şəhərində MBH qüvvələrinə təlim keçir.

Saziş Ankaraya yeni bir fəsil təqdim edir. Qəddafidən sonra Türkiyənin Şimali Afrika ölkəsindəki iştirakı əvvəlcə ticarət diplomatiyasına yönəlib: türk firmalarına sərfəli müqavilələr bağlamaq və ikitərəfli ticarəti artırmaq. Lakin 2014-cü ildə Liviyanın vətəndaş müharibəsi yeni bir mərhələyə qədəm qoyduğu zaman, o, Suriyadan fərqli olaraq, bəzən xarici aktyorlara vəkil olaraq çıxış edən yerli fraksiyaların döyüş meydanına çevrilib.

MBH Xəlifə Həftərin rəhbərlik etdiyi Liviya Milli Ordusu (LMO) və Tobruk mərkəzli Nümayəndələr Palatasına qarşı müdafiə olunmağa başlayıb. Bir çox regional və beynəlxalq güc – Misir, Birləşmiş Ərəb Əmirlikləri, Yunanıstan və Rusiya LMO-nu dəstəkləyir, Qətər və Türkiyə isə MBH-ni.

Ankaranın Liviyadakı böyük addımı 2019-cu ilin dekabr ayında MBH ilə hərbi əməkdaşlıq və dəniz sərhədləri haqqında sazişlər imzalamaqla atılıb. Bu zaman Həftər qüvvələri Tripolinin kənarlarına çatıb, amma TSK MBH-yə kömək edib. İndi MBH qüvvələri LMO ilə daha bərabər şəkildə mübarizə aparır, xüsusən sahildə yerləşən Sirtedə.

Son aylarda türk hava qüvvələri Türkiyə ilə MBH nəzarətində olan bölgələr arasında hava körpüsü qurub. MBH-nin may ayında TSK-nın köməyi ilə LMO-dan geri aldığı əl-Vatiyə hərbi bazası sayəsində. Bölgədə təyyarə və gəmi hərəkətlərini izləmək üçün açıq mənbə məlumatlarını paylaşan istanbullu analitik Yoruk İşık 50 “hava körpüsü”nün olduğunu deyir.

İndi Liviyada təsisatlar qurulur. Türkiyədəki müxtəlif hökumətyönlü KİV-lər Qətər və MBH ilə üçtərəfli sazişin 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Azərbaycan milli ordusunun formalaşdırılması və hazırlanmasında TSK-nın dəstəyinə bənzədiyini iddia edib. 1990-cı illərin əvvəllərindən başlayaraq TSK hərbi təlim obyektləri qurub və NATO standartlarına uyğun olaraq Azərbaycan Silahlı Qüvvələri ilə birgə təlimlər keçirib.

Türkiyə Somalidə beynəlxalq səviyyədə tanınan federal hökumətə və Əfqanıstan milli ordusuna da oxşar institusional və təlim dəstəyi verib. 2014-cü ildə İŞİD basqınından sonra TSK İraq hökuməti və İraq Kürdüstanı Regional Rəhbərliyinə yeni birliklər yetişdirməyə kömək edib.

İşıkın sözlərinə görə, “Türkiyənin Liviyada iştirakını digər ölkələrdən üstün edən şey institusional nişandır. İspartada təlim keçən əsgərlər haqqında düşünəndə, daha dərin institusional əlaqələr qurmaq istəyinin olduğunu söyləyə bilərik. Liviyanı Somalidən fərqləndirən şey, həqiqətən, çox zəngin olmasıdır. Türkiyənin hazırkı vəziyyətini nəzərə alsaq, Liviya üçün milli ordunu maliyyələşdirmək iqtidarında deyil. Buna görə də, Liviyanın yenidən neft gəlirləri qazanması çox vacibdir. Qətər də maliyyələşdirmədə kömək göstərə bilər”.

Əlbəttə, Türkiyənin Liviya macərası bir sıra risklərlə üzləşir. Türkiyə hökumətinin maliyyə və iqtisadi bəlaları ən mühümüdür.

Vaxt başqa bir əngəldir. Müstəqillik əldə etdikdən bəri Azərbaycan ordusu ölçü və imkanlarını genişləndirsə də, son illərdə erməni qüvvələrinə qarşı bir neçə atışma istisna olmaqla, TSK kimi döyüş sınaqlarından keçməyib. Somali və Əfqanıstan milli orduları qüdrətini sübut etmək üçün çox bölünüb.

İstənilən halda, Türkiyənin öz hərbi quruluşu da NATO üzvü kimi dünyanın ən yaxşı ordularından biri olma üçün onilliklər boyu təlim keçib. Bunu düşündükdə, Liviyadakı Türkiyə-Qətər təşəbbüsünün meyvəsi çox gec yetişəcək. Lakin Türkiyə və Qətər bu prosesi davamlı edə bilsə, vəziyyət MBH-nin xeyrinə dəyişə bilər.

Son nəticədə, müvəffəqiyyət siyasi və diplomatik oyundan,yəni yeni (və daha güclü) tərəfdaşları cəlb etmədən asılı olacaq. İki namizəd var: ABŞ və Almaniya. Hər iki güc Rusiyanın Liviyaya artan marağından narahat görünür və Suriyadan fərqli olaraq, nə Vaşinqton, nə də Berlin Ankaranın Liviyadakı hərəkətlərinə qarşı açıq mövqe sərgiləməyib.

Türkiyə MBH nəfəsini dərsin deyə Liviyada aktivləşib. Müttəfiqlər Liviyadakı vətəndaş müharibəsinin siyasi həllini dəstəkləyini vurğulamağa davam edirlər. Avqustun 20-də edilən ağıllı bir hərəkətlə MBH Sirtedə atəşkəsə çağırıb. Türkiyə və Qətərin ABŞ-a və Almaniyaya verdiyi əlavə diplomatik təşəbbüslər LMO və tərəfdarlarını danışıqlar masasına gəlməyə məcbur edə, ya da vətəndaş müharibəsini daha sürətli sülhə gətirə bilər.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə