XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

21 Mart 2016 - 07:17

Novruz bayramınızmübarək!

 

novruz

 

Azərbaycanda Novruz bayramı qeyd olunur.

Tarixi çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Günəş dünyanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçdiyi vaxt gecə ilə gündüz bərabərləşir. Bu vaxt qış qurtarır, Yaz fəsli başlayır. Elə Novruz bayramı da bu gündə keçirilir. Deməli, Novruz bayramı əslində yazın, baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramıdır. Adamlar novruz bayramının pişvazına çıxarlar. 

Azərbaycanda Novruz bayramı hələ müstəqillik qazanılmadan öncə, rəsmi qaydada keçirilməyə başlanıb. 1989-cu ildə bununla bağlı Azərbaycan Kommunist Partiyasının birinci katibi Əbdürrəhman Vəzirov sərəncam vermişdi. Buna qədər isə 1967-ci ildə də Azərbaycan Kommunist partiyasının Mərkəzi Komitəsinin ideologiya katibi Şixəli Qurbanovun  təşkilatçılığı ilə bahar bayramı təntənəli şəkildə qeyd edilib.

Tarixçi alim Cəmil Həsənli yazır ki, həmin dövrdə də Novruz bayramını qeyd etmək ideyasını ilk dəfə elə Ə. Vəzirov ortaya atıb:

«Novruz bayramının keçirilməsi ideyasını Azərbaycan komsomolunun birinci katibi Əbdürrəhman Vəzirov ilk dəfə Azərbaycan Kommunist Partiyasının 1958-ci ilin yanvar ayında keçirilən XXII qurultayındakı çıxışında səsləndirmişdi. Öz çıxışında Vəzirov dedi: «Niyə biz rus xalq bayramı olan maslenitsanı qeyd etməyə hazırlaşan moskvalılar kimi, özündə heç bir dini məzmunu daşımayan «Novruz bayramı»nı qeyd etməyək. Bizim xalqın həyatında «Novruz bayramı»nı baharın gəlişi kimi qeyd etmək ənənəsi vardır».

Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır. Elə bu məhəbbətlə bağlı yaranmış Novruz tapmaca, atalar sözü və adətlərində ulu babalarımızın müdrik dünya görüşü, humanist baxışları, həlim qayğıkeş təbiəti özünü göstərir.

 

Bayramınız mübarək!

 




Yuxarı Əvvələ Ana Səhifə