XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

31 Avqust 2020 - 18:50

BƏƏ “F-16”-larını Krit adasına yığır –"Bunun hesabını lazımi yerdə və lazımi zamanda verəcək”

Güngör Yavuzaslan

“Haber 7”, 30.08.2020

 

BƏƏ İsrailin Aralıq dənizində kəşf etdiyi təbii qazı Avropaya çatdırmağı hədəfləyən “EastMed” boru kəməri layihəsi ilə çoxdan maraqlanır. İnformasiya xəbər agentliklərinin lentində son xəbər olaraq Şərqi Aralıq dənizində Türkiyə Cümhuriyətinin sərhədləri daxilində olan “Mavi Vətən”in hava sərhədlərini pozan BƏƏ-yə məxsus qırıcı təyyarənin vurulduğu ıayılsa, nələr olardı?

İsraillə normal münasibətlər qurmağı qərara alaraq müsəlmanların sərt təpkisinə səbəb olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) bu dəfə Şərqi Aralıq dənizində Yunanıstanla ortaq hərbi təlimlərə başlayıb.

Yunan mənbələrinə görə, BƏƏ-nin 4 “F-16” döyüş təyyarəsi təxminən 10 gündür Krit adasındakı Suda aviabazasında yerləşdirilib və Yunanıstanın “F-16”-ları ilə birgə təlimlər keçirir.

BƏƏ-nin İsrailin Aralıq dənizində kəşf etdiyi təbii qazı Avropaya çatdırmağı hədəfləyən “EastMed” boru kəməri layihəsi ilə çoxdan maraqlandığını qeyd etdik. BƏƏ sözügedən layihənin texniki-iqtisadi əsaslandırmalar baxımından Avropa İttifaqından təmin edilən bəzi vəsaitlərə əlavə olaraq, təxminən 100 milyon dollar ayırıb. BƏƏ-nin bölgə ilə əlaqəsi olmasa da, Şərqi Aralıq dənizində haqlı bir aktyor kimi yer almağa çalışır.

Bu yaxınlarda Türkiyə-Liviya arasında dənizlərdə səlahiyyət barədə razılaşma, “EastMed” layihəsinin reallaşma ehtimalını ortadan qaldıraraq, Aralıq dənizindəki bütün balansları yeni bir həlqəyə salıb.

“EastMed” boru kəmərinin inşası Türkiyənin icazəsi və razılığı olmadan qeyri-mümkündür. İsrail və BƏƏ də daxil olmaqla, region ölkələri Türkiyənin bölgədəki təsirini azaldır, hətta bu təsiri  tamamilə sona çatdırmağa çalışır. BƏƏ bu yaxınlarda Afinaya yaxınlaşaraq bölgəyə 4 döyüş təyyarəsi göndərib. BƏƏ-nin boyunu aşan bu regional tənlikdə iştirak etmək üçün Əbu-Dabi öz səylərini Yunanıstan vasitəsilə həyata keçirir.

BƏƏ Türkiyənin diqqətini “Mavi Vətən” mübarizəsindən yayındırmaq məqsədilə beynəlxalq hüquqa zidd olaraq Liviyada Həftərə, Cənubi Kipr rəhbərliyinə və Yunanıstana dəstək verməsi artıq açıq diplomatik dillə izah edilir.

BƏƏ Yunanıstanın Krit adasındakı strateji Suda limanına göndərəcəyi “F-16” döyüş təyyarələrinin Şərqi Aralıq dənizindəki ortaq hərbi təlimlərdə iştirak edəcəyini iddia edir.

Türkiyə ilə gərginlik yaşayan BƏƏ Şərqi Aralıq dənizində Misir, İsrail, YunanıstanCənubi Kiprlə ortaqlığını daha da artırır.

Avqust ayının əvvəlindən Türkiyənin Aralıq dənizindəki qazıntı işlərinə qarşı çıxan Misir və Yunanıstan arasında bağlanmış “İqtisadi Bölgə” müqaviləsini “beynəlxalq hüquq baxımından qələbə” kimi qiymətləndirən BƏƏ rəhbərliyinin YunanıstanMisirlə özünümüdafiə məqsədilə əməkdaşlıq edəcəyi xəbərləri yayılmağa başlayıb.

BƏƏ “F-16”ları yunan qırıcıları ilə birlikdə uçur?

Yunanistan dövlət televiziyası “ERT” BƏƏ-nin “F-16”-larını Yunanıstanın Krit adasındakı strateji Suda limanına göndərəcəyini bildirib.

Məlumata görə, BƏƏ-nin “F-16” təyyarələri Aralıq dənizində ortaq hərbi təlimlərdə iştirak edəcək. “Oruç Reis” üçün isə  yeni bir NAVTEX (ticarət gəmilərində tez-tez istifadə olunan elektromaqnit xəbərləşmə vasitəsi. Öncədən gələn təhlükəni və ya xəbərdarlığı çatdırmaq üçün rabitə sistemi- tərc. ) yayımlanıb. Sistem bu gündən etibarən sentyabrın 1-nə kimi fasiləsiz işləməyə davam edəcək.

Digər tərəfdən, hələ sırağagün sentyabrın 1-2-də Aralıq dənizində atış təlimləri üçün NAVTEX elan edilib. Elə isə gərginliyin bu isti vaxtında BƏƏ qırıcıları türk təyyarələri qarşısına çıxsa, nə olar?

Sualın cavabı əslində aydındır. Müdafiə naziri Hulusi Akar Körfəz lobbisinin Türkiyə qarşı terroristləridəstəkləməsinə sərt təpki vermişdi.  Akar həmin vaxt demişdi: “Birləşmiş Ərəb Əmirlikləri Türkiyəyə zərər vermək üçün terror təşkilatlarını dəstəkləyir. Bunun hesabını lazımi yerdə və lazımi zamanda verəcək”.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə