XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

31 Avqust 2020 - 10:06

FRANSA ORDUSUNDA CASUSLUQ QALMAQALI:50 yaşlı zabit NATO sirlərini Rusiyaya satırmış

Aleksey Tarxanov

“Kommersant” 30.08.2020

 

Müdafiə naziri Florens Parli Bazar günü “Europe 1”-a verdiyi müsahibəsində Fransa ordusunun yüksək məqamlı bir zabitinin casusluq şübhəsiylə həbs olunduğunu təsdiqləyib. Zabitin Rusiya kəşfiyyatına “vacib məlumatlar” ötürdüyü ehtimal olunur.

Fransa müdafiə nazirinin mesajı bir tərəfdən, çox qısa, digər tərəfdən, çox spesifik idi. Xanım Florens Parli “yüksək səviyyəli zabitin təhlükəsizlik istintaqında olduğunu” və xəyanətinin mümkün nəticələrini aradan qaldırmaq üçün “bütün lazımi addımların atıldığını” bildirib. Onun sözlərinə görə, “Müdafiə Nazirliyi istintaqçılarla fəal şəkildə əməkdaşlıq edir” və üstəlik, hərbçilər özləri əvvəldən həyəcan siqnalını veriblər.

Təfərrüatlar müdafiə nazirinin açıqlamasından bir müddət sonra ortaya çıxıb və hər zaman casusluq hadisələrində olduğu kimi, fərziyyə üçün yer saxlanılıb.

Həbs olunan şəxs İtaliyanın Napoli şəhərində yerləşən NATO birliyində xidmət edib. Şimali Atlantika İttifaqının birbaşa Avropa Komandanlığına tabe olan qərargahlarından biri orada yerləşdiyindən zabit, “problemli” Liviya və Suriya da daxil olmaqla, Aralıq dənizi və Aralıq dənizi hövzəsində Avropa və Amerika hərbçilərinin əməliyyatları və planları barədə mühüm məlumatlara sahib ola bilər.

Qərargah, həmçinin Türkiyə və müttəfiqləri arasında, ilk növbədə, Yunanıstanla münasibətlərdə gərginliyin artmasını da izləyir. Bu mövzular, şübhəsiz ki, Fransa KİV-lərinin fikrincə, Rusiya rəhbərliyini maraqlandırır.

Buna görə də, məlumat həm hərbi, həm də diplomatik əhəmiyyətə malik ola bilər. Çox güman ki, hadisələr sürətlə inkişaf edib. Yalnız iyulun 22-də ortaya çıxan şübhələr zabitin avqustun 21-də həbs olunmasına səbəb olub.

50 yaşlı polkovnik-leytenant NATO qərargahında analitik idi. Beş uşaq atasıdır, rusca danışır və Rusiyadan gələn miqrantların nəslindəndir.

Mətbuata yayılan məlumatlara görə, hərbi əks-kəşfiyyatın diqqətini Rusiya hərbi kəşfiyyatının – RF Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin (keçmiş QRU) mümkün bir emissarı ilə görüşü cəlb edib.

Fransız xüsusi xidmət orqanları müttəfiq ölkələr ərazisində fəaliyyət göstərə bilmədiyi üçün zabit Fransaya məzuniyyətə göndərilib və Daxili Təhlükəsizlik Baş İdarəsinin (DTBİ) əməkdaşları onu həbs edib. İndi zabit Parisin “Santa” həbsxanasındadır. Bu yaxınlarda həbsxana yenidən qurulub və məhkumların kifayət qədər rahat birnəfərlik təcridi üçün xüsusi olaraq uyğunlaşdırılıb.

O, “xarici dövlətə işləmə, dövlətə xəyanət və onları xarici bir gücə ötürmək üçün məlumat toplamaqda” günahlandırılır.

Nazir Parli xüsusi olaraq vurğulayıb ki, indi “ədalət mühakiməsi istintaqın gizliliyinə hörmət edərək öz işini görməli… təqsirləndirilən şəxsin  günahkar olduğunu və ya olmadığını bildirməlidir”.

Yeni qalmaqalla əlaqədar olaraq Fransa mətbuatı bu gün SSRİ və Rusiyaya casusluqla əlaqəli digər xəbərləri xatırlayır. Sovet kəşfiyyatı tərəfindən işə alınan NATO mətbuat xidmətinin rəhbərlərindən biri olan Jorj Pakın həbsindən yazırlar. O, 1964-cü ildə mühakimə olunub.

Bundan əlavə, Fransa Xarici İşlər Nazirliyində və Müdafiə Nazirliyində rus “köstəbəkləri” haqqında yazırlar.

“Le Monde” qəzeti “Alp dağlarındakı QRU bazaları”na dair dekabr hadisəsini xatırladır. Qəzetin verdiyi məlumata görə, Sergey Skripal və qızı Yuliyanı İngiltərədə zəhərləməkdə şübhəli və bolqar Yemelyan Qebrevin həyatına qəsd etməkdə şübhəli bilinən rus casusları və təxribatçılar Fransanın Hot-Savoy departamentində istirahət edib və tapşırıqların icraına hazırlaşıblar.

Rusiya Xarici İşlər Nazirliyi ötən il dekabrın 4-də dərc olunan həmin məqaləyə iki həftə sonra cavab verib və onu “Rusiya təhdidi mifini dəstəkləməyi hədəfləyən təbliğat saxtakarlığı” kimi qınayıb.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə