XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

07 Sentyabr 2020 - 11:00

MI6 RƏHBƏRİ İLƏ KRALİÇA ARASINDA GÖRÜŞ:əfsanəvi kəşfiyyat qurumu "kölgə" şirkəti niyə dinləyə bilmir?

Ərgün Dilər

“Takvim” qəzeti, Türkiyə, 04 sentyabr 2020-ci il

 

Mövzuya açıq mənbələrdə yazılanlardan yola çıxaq. Keçən günlərin birində Almaniya Baş naziri Anqela Merkel ekranlara çıxaraq belə bir açıqlama verdi: “ABŞ “Şimal Axını” layihəsində iştirak edən mühəndislərimizi təhdid edib. Hər kəs ölüm qorxusu ilə baş-başa qalsa da, bu layihə davam edəcək. ABŞ-a rəğmən, bu layihə davam edəcək”.

Almaniya Baş nazirinin ifadələri çox açıq idi. Bu hadisədən bir gün sonra Almaniyanın məşhur “Bild” nəşrində “Merkel, “Şimal Axını”ndan əl çək” adlı manşet yazı dərc edildi. Nəşr açıq-aşkar Merkeli hədələyir və bu layihəni dayandırmağı tələb edirdi.  Bunlar baş verərkən, keçən həftə yazdığım Aleksey Navalnı məsələsi qabardıldı. Sanki bu, öncədən təyin olunmuş əməliyyatdır.

İddialara görə, Navalni “Noviçok” kimi tanınan kompleks bir kimyəvi maddə ilə zəhərlənib. Rus dilində “yeni gələn” mənasını verən Noviçok, 1991-ci ildə Sovet İttifaqı dağılmadan əvvəl Özbəkistanda dövlətə məxsus bir laboratoriyada sintetik olaraq istehsal olunan sinir qazı qrupuna verilən addır. Noviçokun İngiltərənin Salisbur şəhərində iki il əvvəl keçmiş rus casusu Sergey Skripal və qızı Culiyaya edilən hücumda da istifadə edildiyi bir həqiqətdir.

Navalnının toksikoloji nəticələri də açıq şəkildə Noviçok sinir qazına işarə edir.

Qəribədir ki, həkimlər arasında amerikalı olanlar da var. Sibirdəki Tomsk şəhərindən Moskvaya gedən təyyarədə huşunu itirən Navalnı, aparıldığı xəstəxanada komaya düşdü. Navalnı tərəfdarları isə müxalifət liderinin çayına zəhərli bir maddə qoyulduğunu  iddia edir.

ABŞ-ın Almaniya və Rusiya yaxınlaşmasının qarşısını almaq üçün bu yola əl atdığını deyənlər çoxdur. “Şimal Axını” ABŞ-ın qəti şəkildə qarşı çıxdığı bir layihədir. Bu mübarizə Almaniyanın daxilində və xaricində davam edir və  edəcək də.  Nəticələri isə Aralıq dənizində və Yaxın Şərqdə hiss olunacaq. Noviçokun kimyəvi birləşmələrinin bir üzvü olan A-230-un “VX“ sinir qazından 5-8 qat daha zəhərli olduğu deyilir.

Açıq mənbələrə müraciət edərək, bir neçə gündür yazdığımız məqamlardan davam edək.

ABŞ, Çin, Almaniya, Rusiya, İngiltərə, Fransa, Yaponiya kimi dövlətlər yaşadığımız dünyaya nəzər saldıqda, ən güclü ölkələr hesab olunur. Hər zaman dediyim kimi, ABŞİngiltərə daim bir addım irəlidədirlər. Almanlar isə ideyaları baxımından hər zaman onlara yaxındır. Müharibələrin səbəbi budur. Bu, bir həqiqətdir ki, qazananlar və məğlub olanlar da bu qrubun içindədir. Elə isə keçən dəfə adını çəkdiyimiz “Vitol Group” nə qədər güclüdür? Haqqında çox az məlumata malik olduğumuz bu şirkətin məqsədi nədir?

Suallar çox olsa da, təəssüf ki, ona veriləcək cavablar kifayət qədər deyil. Bu, uzun illərdir bir çox vacib ölkədə ən çox axtarılan sualdır. Bu mövzuda bir çox cavab verilsə də, Londonun əhəmiyyətli gücünü əks etdirən adlardan biri olan MI6 (“Military İntellegence Section 6” – 6-cı Hərbi Kəşfiyyat Bölməsi-tərc.) rəhbəri Sir Aleks Yancerin cavabı bizim üçün çox vacibdir: ““Vitol Group”  ilə iş aparmaq vaxt itkisidir. Güc itkisinə səbəb olacaq bu vəziyyət indi Braziliyada yaranıb. Bu şirkəti hədəf alan korrupsiya əməliyyatları heç bir nəticə verməyəcək. Kim bu korrupsiya nağılını ortaya atıbsa, əvəzini ödəyəcək”.

QEYD: Milli Təhlükəsizlik Agentliyinin (NSA) keçmiş direktorları Maykl Hayden, Key B. Aleksandr və Maykl S. Racers niyə işdən azad edilib? Faktları heç kim bilməsə də, cavabı çox sadədir. Çünki bu şəxslər tez-tez “Vitol Group”u və onun rəhbərlərini hədəf alırdılar. Adı çəkilən şirkətin indiki rəhbəri Russel Hardi və keçmiş icraçı direktoru Yan Taylor NSA-nı diz çökdürüb.

“Dünyanın qulağı” hesab edilən, hər kəsi və hər şeyi izləyən NSA təşkilatı müəyyən adların sahiblərinə yaxınlaşa bilmir. Aleks Yancer şahzadə Herrinin toyundan dərhal sonra 2-ci Elizabeti ziyarət edib və bu məlumatları onunla bölüşüb.

Ancaq Aleks NSA“Vitol Group” məsələsini Kraliçaya tam izah etməyib. NSA-nın direktorları artıq “qırmızı kod” ilə problem yaşayırlar. Çünki “qırmızı kod” güclü şəxslərin adının keçdiyi siyahıdır. NSA bu siyahıda adları keçən şəxslərə toxuna bilmir.

Hayden, AleksandrRocers NSA direktoru olduğu zaman “Vitol Group” rəhbərlərini dinləmək istəmişdilər. Bu istəyə qapıldıqları üçün bir neçə gündən sonra işdən çıxarıldılar. Həmin hadisə şirkətin toxunulmazlığını nümayiş etdirsə də, eyni zamanda, Vaşinqtonda nə qədər təsirli olduğunu da sübut edir.

Vaşinqtonda faktiki olaraq yalnız bir güc var. Tabeliyindəki zidd qüvvələr hər zaman bir-biri ilə qarşıdurma yaşasa da,  əsl güc hesab olunan “Vitol Group” hər zaman son qərar sahibidir. NSA məsələsində də hadisə belə cərəyan etdi.

Elə gözdən yayınanlar da bu problemlər olurdu. Gedən oyunun həqiqi mənzərəsini heç kəs bilmirdi və görmürdü. Bəlkə də qəribə səslənəcək, amma bu şirkəti müqayisə etmək üçün bir güc yoxdur. Çünki ABŞ 2 hissədən, İngiltərə 3 hissədən, Almaniya 2 hissədən, Fransa 3 hissədən ibarətdir. İndi bu sistemdəki strukturlarda ilk güc olmaq üçün bir mübarizə gedir.

Bütün məqsəd budur. ABŞ-ı nümunə kimi göstərsək, burada TrampBayden əks qütbləri təmsil edirlər. Ancaq 5 il əvvəl Tramp və Bayden həqiqətən eyni tərəfdə idilər. Tramp eyni tendensiyanı Respublikaçılar, Bayden isə Demokratlar ilə təmsil edirdi. Ancaq indiki dövrdə elə gün olur ki, qırmızı mavini, bəzən də mavi qırmızını müdafiə etməyə başlayır. Trump və Bayden də belədir.

Ancaq indi bizi maraqlandıran əsas məsələ “Vitol Group”un Aralıq dənizi arzusudur. Şirkət bir zamanlar prinsipial bir razılaşma bağladığı Aralıq dənizini istəyir. Əlbəttə ki, bu, çətin məsələdir. ”Vitol Group” qurulduğu gündən bəri Aralıq dənizini hədəf seçmişdi. İndi isə bu hədəfə sahib olmaq üçün bölgəyə gəlib.

NSA-nı əhəmiyyətsiz bir güc olaraq görən “Vitol Group” əlbəttə ki, Aralıq dənizindəki ən güclü şirkət olacaq. Araşdırmalar da bunu göstərir. Səudiyyə Ərəbistanı dünyanın ən əhəmiyyətli neft istehsalçısıdır. Bəs Vitol ərəb neftinə embarqo qoyarsa, nə olar? Aramko iflas edər, Ərəbistan bir damla da neft sata bilməz. Vitol bu qərarı alsa, Tramp və Bayden birləşsə də, embarqonu ləğv edə bilməzlər, İndi Aralıq dənizinə bu çərçivədən yanaşmaq lazımdır.

Aparıcı fiqurlar çoxdur. Bu, təbii hal sayılsa da, önəmli olan, masada kimlərin bölgü aparmasıdır. Nəhayət, yeni bir dünya bizim yanımızda qurulacaq. Hər şey ətrafımızda olacaq. Bu, və ya digər formada mərkəzdə olacağıq.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə