XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Sentyabr 2020 - 22:29

“Şimal axını-2” layihəsi ABŞ və Almaniyanı qarşı-qarşıya gətirdi:AMERİKALILAR RUSİYA LAYİHƏSİNİ NECƏ DAYANDIRMAĞA ÇALIŞIRLAR?

Kseniya Dagaeva, Səbinə Abubekirova

“360tv.ru”, 05.09.2020

 

ABŞ, Rusiya və Almaniyanın birgə həyata keçirdiyi Şimal Axını 2-nin inşasının tamamlanmasının qarşısını fəal şəkildə almağa çalışır. Eyni zamanda, amerikalı senatorlar Alman tərəfini hətta “maliyyə məhvi” ilə təhdid edirlər. Qaz kəmərinin inşası Vaşinqtona necə mane olur və Berlin niyə ondan imtina etmək istəmir?

ABŞ təzyiq üsulları

Ötən ilin sonunda ABŞ Konqresi 2020-ci maliyyə ili üçün müdafiə büdcəsi haqqında qanun layihəsini təsdiqləyib. Dekabrın 20-də layihəni ABŞ prezidenti Donald Tramp imzaladı və sənəd qüvvəyə mindi.

Sənəddə “Şimal axını-2” tikintisində iştirak edən 350 şirkətlərə qarşı sanksiyalar nəzərdə tutulur tutulur. Vaşinqton podratçılardan qaz kəməri üzərində işin dərhal dayandırılmasını tələb edir. Ayın 21-də sanksiyalar fəaliyyətə başlayıb. Bundan sonra, boru və kabellərin su altından çəkilməsi üzrə ixtisaslaşan İsveçrənin “Allseas” şirkəti öz borularını Baltik dənizindən geri qaytarmalı oldu. Bu o zaman idi ki, Bundestaqda ABŞ-ı siyasətin “ac şir”i adlandırırdılar. İndi məhdudiyyətlər “Şimal Axını-2″nin tikintisi iştirakçıları ilə işləyən sığorta şirkətlərinə də şamil edilə bilər.

Bu il avqustun əvvəlində isə məlum oldu ki, Amerika tərəfi Almaniyanın Mukran limanını da sanksiyalarla hədələyib. Üç senator-Ted Kruz, Tom Cotton və Ron Conson limanın operatoruna – “Sassnitz GmbH” şirkətinə məktub göndərdilər. Məktubda şirkət “Şimal Axını-2″nin dəstəklənməsi səbəbindən “maliyyə məhvi” təhlükəsi ilə təhdid olunurdu.

“Əgər siz “Şimal Axını-2″ layihəsinə material, xidmət və dəstək verməyə davam etsəniz, şirkətinizin maliyyə gələcəyini məhv edəcəksiniz”, – deyə məktubda bildirilirdi.

Mukran limanı Rügen adasında yerləşir. Bu, qaz kəmərinin tikintisində vacib logistika məntəqəsidir. “Şimal Axını-2” filialları üçün borular bu limanda saxlanılır.

Almaniyanın reaksiyası

ABŞ-ın sanksiyalarından və təhdidlərindən sonra Almaniya siyasətçiləri arasında qaz kəmərinin tikintisinin başa çatdırılmasının tərəfdarlarının sayı xeyli artıb. Məsələn, Almaniya parlamentinin xarici məsələlər komitəsinin üzvü Roderix Kizevetter əvvəllər özünü “Şimal Axını — 2”-nin rəqibi hesab etdiyini bildirirdi. Lakin Vaşinqtonun hədələri onda daha çox sual doğurub.

“Mən başa düşmürəm ki,” Şimal Axını-2″ layihəsi ABŞ — ın milli təhlükəsizliyinə nə kimi problem yarada bilər”, – deyə o qeyd edib.

Deputat vurğulayıb ki, qaz kəmərinin tikintisi 94% başa çatıb. Rusiya ilin sonuna qədər onu işə salmağı planlaşdırır. Almaniya artıq xammalın saxlanması üçün çoxlu sayda terminallar hazırlayıb.

ABŞ-ın hərəkətləri Almaniyanın Sassnitz şəhərinin burqomistri (Almaniyada bələdiyyə rəisi, I Pyotrın vaxtında Rusiyada da belə adlanırdı-Strateq.az) Frank Kraxtı da qəzəbləndirib. O, amerikalıların təhdidlərini “at təkəbbürü” adlandırıb. Siyasətçinin sözlərinə görə, “birinci həyasızlıq” qaz kəmərinin tikintisində iştirak edən şirkətlərə qarşı sanksiyalardır. “İkinci həyasızlıq” Amerika senatorlarının təhdididir. Kraxt Almaniya hakimiyyətini dünyaya sübut etməyə çağırıb ki, bu ölkəni qorxutmaq olmaz.

Bundan əvvəl isə Almaniya Bundestaqının Energetika üzrə komitəsinin rəhbəri Klaus Ernst bəyan edib ki, Almaniya ABŞ-ın “Şimal Axını-2″ təhlükəsi üzündən BMT-yə müraciət etmək imkanını nəzərdən keçirir. Ernst bir ölkənin, məsələn ABŞ-ın, digər suveren ölkəyə özünü enerji ilə necə təmin etməsi istiqamətində diqtəsini yolverilməz adlandırıb. Siyasətçi hesab edir ki, bu, “istənilən ağlabatan münasibətlərə ziddir”.

Bundan başqa, o, Nazirlər Kabinetini ABŞ Senatorlarının məktubuna cavab olaraq Amerika qazının tədarükünə rüsum tətbiq etməyə çağırıb. Deputatın fikrincə, senatorların müraciəti “ədəbsizliyin fövqündə cəsarət” nümunəsidir.

“Nəhayət, şəraitdə uyğun olaraq bu hədələrə effektiv tədbirlərlə cavab verməli, məsələn, Amerika LNG qazına cərimə rüsumları tətbiq etməliyik”, – deyə Ernst bildirib.

Almaniya kansleri Angela Merkel də Birləşmiş Ştatların hərəkətlərini düzgün hesab etmir. O, MDR teleradiosuna açıqlamasında bildirib ki, qaz kəmərinin tikintisi amerikalıların hədələrinə baxmayaraq, başa çatacaq.

“Almaniya kifayət qədər təmkinlə reaksiya verir, çünki Almaniya İqtisadiyyatının ABŞ-dan asılılığı fəlakətli dərəcədədir. Burada kəskin hərəkətlərə yol vermədən siyasət yürütməyi bacarmalısan. Bu çox ciddi vəzifə bizim kanslerin qarşısında dayanır. O, ABŞ-ın bizə tətbiq edə biləcəyi sanksiyalara və daha böyük problemlərə yol açmadan suverenliyimizi, milli maraqlarımızı qorumaq siyasətini diplomatik yolla həyata keçirməlidir,- Bundestaqın deputatı Valdemar Herdt “360”-a açıqlamasında bildirib”.

Bu qaz kəməri Almaniyaya niyə lazımdır?

“Qaz kəməri Almaniyanın və bütün Avropanın iqtisadi təhlükəsizliyini təmin etmək məqsədi daşıyır”,-deyə həmsöhbətimiz qeyd edib. “İndi aydın olur ki, “Şimal axını-2” məsələsi sadəcə qaz təhlükəsizliyi deyil, həm də ölkəmizin və Aİ-nin suverenliyi məsələsidir. Əgər biz dövlətlərimizin maraqlarını hamımız birlikdə müdafiə edə bilmiriksə, sual yaranır: “niyə birləşmişik?” Həm də biz özümüzü iqtisadiyyatımıza etinasız yanaşan “dostlarımızdan” müdafiə edirik”, — deyə Herdt bildirib.

Onun sözlərinə görə, iqtisadi cəhətdən bu layihə hamı üçün sərfəlidir, ekoloji cəhətdən isə başqalarından üstündür: “Almaniya yaşıl enerjiyə görə atom energetikasından çıxır və bu, sənədləşdirilib. Bununla yanaşı, sənayenin və əhalinin energetikaya ehtiyacı var”.

ABŞ niyə “Şimal Axını-2” yə qarşıdır?

Herdtin sözlərinə görə, Almaniya üçün “Şimal Axını-2”-yə alternativ ABŞ-ın maye qazının alınmasıdır. Deputatın versiyasına görə, bu, “qaz kəməri ətrafında bütün bu çaxnaşmanın əsas səbəbi ola bilər”.

Halbuki mayeləşdirilmiş qaz ətraf mühitə qayğı baxımından ən yaxşı variant deyil. Bundan başqa, daha bahalıdır. Herdt hesab edir ki, ABŞ “Şimal axını-2” layihəsi ilə satış bazarları uğrunda mübarizə aparır. ABŞ-ın kölgədə qoyduğu diskussiyanın əsas məqsədi Rusiyanı zəiflətməkdir.

Bununla həm də politoloq M. V. Lomonosov adına MDU-nun dövlət siyasəti kafedrasının müdir müavini, böhran Cəmiyyətinin Öyrənilməsi Mərkəzinin direktoru Maksim Vilisov razıdırlar. Bununla yanaşı, onun versiyasına görə, Birləşmiş Ştatlar Almaniyaya təzyiqi artırmaq üçün Rusiyanın nüfuzdan salınması üzrə bir neçə kampaniyaya dəstək verir.

“ABŞ Rusiyanın Belarusu az qala ilhaq etməsini iddiasını irəli sürür. Ona görə də guya Moskvanı durdurmaq lazımdır. “Şimal axını-2” sanksiyaları ilə Belarus böhranının eyni tarixə düşməsi bu mənada təsadüfi deyil”, – deyə həmsöhbətimiz qeyd edib.

Bütün bunlar Aİ-də Rusiya ilə birgə layihələrdə iştirak edən yerli siyasətçilər haqqında müəyyən ictimai rəy yaratmaq məqsədi daşıyır. Çünki Rusiya və Almaniya iqtisadi maraqlarına görə bu məsələdə “eyni qayıqda” oturublar.

“Düşünürəm ki, amerikalılar Almaniya simasında düşmən obrazı yaratmaq üçün təzyiqləri artırırlar. Hər halda, ABŞ Almaniya ilə, deməli, həm də Avropa İttifaqı ilə qəti şəkildə savaşmağa, çətin ki, hazır ola. “Şimal Axını-2″ hekayəsi yalnız Almaniya ilə bağlı deyil, Mərkəzi Avropanın bütün ölkələrinə qarşı yönəlib”, – deyə həmsöhbətimiz “360”-a bildirib.

Tərcümə Strateq.az-ındır.