XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

07 Sentyabr 2020 - 12:49

NADİR AİLƏ FOTOSU:Mir Cəlal Paşayevin qardaşları ilə birlikdə ata ocağında çəkdiyi şəkil tapıldı

Əziz Rzazadə

“Strateq”, 07.09.2020

 

“Şəhrvənd” qəzetinin köhnə bir sayında (13 yanvar 2018-ci il – hicri tarixlə 23 Dey 1396-cı il) eyni gündə fani dünya ilə vidalaşmış 4 şəxslə bağlı rekviyem yazısı dərc olunub. Yazıdan belə görünür ki, müəllif onların hər birini yaxından tanıyırmış. Mənim üçün onlardan biri maraqlı idi – sonuncusu.

“Dördüncü şəxs dünən dəfn edildi. O, radio və televiziya fakültəsinin professoru idi. Bir dəfə araşdırma barədə bir professorla məsləhətləşmək üçün oraya gedərkən, “Mişel”i gördüm. Onun köməyi təqdirəlayiq idi. Berqmanın ən məşhur filmini məsləhət gördü (“Qış işığı” İnqmar Bergmanın Tanrıya inam haqqında trilogiyasındakı ikinci filmdir).

“Mişel”, daha doğrusu, cənab Nurəddin Çilan. Kimdən soruşsaydın ki, o, iflic professor nə öyrədir? Deyirdi: “İnsanlıq!”

Nurəddin Çilan Mir Xəlil Paşayevin yeganə övladı idi. Mir Xəlil – Seyyid Cəfər Pişəvərinin Təbrizdə Azərbaycan muxtar hökumətini qurduğu dövrdə ordu komandiri idi. Bundan əlavə, Mir Xəlil 25 il Bakıda ədəbiyyat fakültəsinə rəhbərlik etmiş əslən İran azərbaycanlısı, tanınmış yazıçı Mir Cəlalın qardaşıdır.

Muxtar hökumətin süqutundan sonra Mir Xəlil Sovet Azərbaycanına qaçıb, arvadını və övladını (“Mişel” = Nurəddin) özü ilə aparmaq fürsəti tapmayıb. Övladının əlindən alınacağından qorxan anası azyaşlı Nurəddini su anbarında gizlədib və o, ilin həmin vaxtında (1325-ci ilin Azər ayı – miladi dekabr, 1946-cı il) soyuqdan iflic olub.

Əslən rus olan ana uşağı ilə birlikdə İranın cənubuna sürgün edilir. Ana tanınmaq və tutulmaq qorxusundan Nurəddinə öz qızlıq soyadını (Çilan) verir, ancaq ailədə həmişə ona “Mişel” deyirdilər…”

Yatsaydım, yuxuma da girməzdi ki, təkcə Mir Xəlil Paşayevin İranda qalan oğlu yox, Əndəbilli Mir Əli Əşrəf ağanın övladlarının fotosunu da tapa biləcəyəm. Amma atalar nə deyib, axtaran tapar.

Bu nadir foto Seyyid Məhəmmədəli Səfəvinin “Telegram” kanalındakı arxivindən götürülüb.

Tarixi bəlli deyil.

Arxa cərgədə soldan sağa: Mir Cəlal Paşayev, Mir Xəlil, Mir Cəlil; birinci sırada: Mir Ağa Mir Əbülfəth




Yuxarı Əvvələ Ana Səhifə