XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

11 Sentyabr 2020 - 09:00

TRAMP PENTAQON RƏHBƏRLİYİ VƏ QLOBALİSTLƏRLƏ MÜBARİZƏ APARIR:əgər o, seçkilərdə qalib gəlsə, ABŞ Orta Şərqdən Asiyaya yönələcək

Taha Dağlı

“haber7.com”, Türkiyə, 09 sentyabr 2020-ci il

 

ABŞ Prezidenti Donald Tramp Pentaqon haqqında “Ola bilər ki, məni sevməsinlər. Çünki onlar döyüş təyyarəsi və bombalar istehsal edən şirkətlərin xoşbəxt olmağı üçün müharibə etməkdən başqa bir şey bilmirlər” deyə açıqlama verib.

Vaxtilə Tramp “Suriyadan çəkilirik” deyəndə, Pentaqon bunu təkzib edirdi. Tramp PKK-PYD terror təşkilatları barədə Türkiyənin qərarlarına dəstək verəndə, Pentaqon bunun əksini edirdi. Sanki ABŞ daxilində iki, hətta üç başlılıq var idi, birdən çox Amerika mövcud idi. Ancaq Tramp Pentaqon üçün işlətdiyi həmin cümlədə bütün bu anlaşılmazlıqlara aydınlıq gətirmiş oldu.

Co Bayden 3 noyabrda keçiriləcək seçkilərdə qalib gəlsə, ABŞ açıq şəkildə müdaxiləçi, müharibə aparan, işğalçı siyasətinə əl atacaq. Trump qalib gəlsə, ABŞ ikinci dövrü ilə güclənəcək və Pentaqon rəhbərliyində olanlar dəyişiləcək.

Bayden qalib gəlsə, ABŞ Liviya da daxil olmaqla, bütün Yaxın Şərqdə daha aktiv rol oynayacaq. Tramp qalib gəlsə, ABŞ Orta Şərqdən daha çox Asiyaya yönələcək və Çin ilə sərt mübarizə aparacaq. Əlbəttə ki, hər iki ehtimalda da dünyada sular durulmayacaq. Belə görünür ki, yaranmış gərgin vəziyyət “pandemiya”  adı altında bir müddət davam edəcək.

Tramp müharibə aparmaq istəyən güclərə və Pentaqona qarşı olduğu kimi, həm də dərman şirkətləri ilə ÜST-ə də meydan oxuyur.  Tramp nə vaxt “vaksini tapırıq” deyəndə, ÜST “gələn ilin ortalarından əvvəl vaksin hazır ola bilməz” deyə qarşılıq verir.  Növbəti dəfə Tramp “vaksini tapmağa çox az qaldı” deyə açıqlama verdikdə, yenə ÜST  “ola bilsin ki, yeni yoluxucu xəstəliklər yaransın” deyə xəbərdarlıq edir.

Yəni ÜST bununla demək istəyir ki, siz vaksini hazırlasanız da, bu, heç bir işə yaramayacaq.  Tramp qlobalistlərlə mübarizə aparır. ABŞ-dakı qlobalistlərdən tutmuş, Çinə qədər hər biri ilə mübarizə aparır.

Trampın ən çox diqqəti yetirdiyi İsrail qlobalistlərdən məhrum edilmiş kimi görsənsə də, əlbəttə ki, tam olaraq elə deyil.  Ancaq ABŞ Dövlət katibi Pompeonun 14 mayda Tel-Əvivə səfəri zamanı “Çinlə münasibətlərinizdən narahatıq” mesajı əhəmiyyətli bir döngə idi. Bu açıqlamadan üç gün sonra Çinin İsraildəki səfiri Tel-Əvivdəki evində ölü tapıldı. İsrail Çin ilə 3 böyük müqavilənin ən az birindən çıxdığını açıqladı.

İsrailin hələ də qlobalistlərlə əlaqələri var. Bu səbəbdən Tramp özünə yaxın gördüyü Netanyahunu mümkün qədər Çindən uzaq tutmağa tələsir. Trampın BƏƏ-ni İsrailin xidmətinə təqdim etməsi bunun bir göstəricisidir.

Ötən cümə günü iki mühüm hadisə baş verdi. Çinə yaxınlığı ilə tanınan Şri-Lankada Çinin ən önəmli rəqibi olan Hindistanın neft tankeri dənizin ortasında alovlandı və günlər boyu yandı. Eyni vaxtda, ABŞ-a yaxın sayılan Tayvanın bir Çin döyüş təyyarəsini vurduğu iddia edildi. Bu hadisədən sonra  Tayvanın hərbi heyəti İsrailə getdi. İsrail ilə Tayvan arasında diplomatik əlaqələr olmasa da, iki ölkə arasında milyardlarla dollar dəyərində hərbi müqavilələr imzalandı. Bu müqavilələrə görə, İsrail ordusunun Tayvan ordusuna hərbi təlim verməsi və İsraildən Tayvana silah satması qərara alındı.

Bundan əlavə olaraq, bu həftə və iyun ayında Çin-Hindistan sərhədindəki gərginliyin pozulmasına şahid olduq.

Trampın qurduğu bu tənlikdə isə Rusiyaya da müəyyən rol verilib. Əslində Rusiya öz ağırlığını Çinin xeyrinə istifadə edir.
Ancaq ertəsi gün Çin ABŞ-ın yerini tutarsa, Rusiya Pekinin kiçik ortağı olmaq istəmir. Bununla da Rusiya Tramp və Çinə “hansınızla tərəfdaşlıq edəsi olsam, mən də böyük ortaq olacağam” mesajını verir. Çin isə pulun gücü ilə yayılma prosesini sürətləndirir. Trampın əlinin çatmadığı yerlərə limanları satın alaraq gedir. Yalnız İsrail ilə deyil, Trampa yaxın Körfəz ölkələri ilə də münasibətləri yaxşılaşdırır. Bu, bir çox AB və Afrika ölkəsi üçün də keçərlidir. Adı çəkilən mübarizədə Çin ilə İran arasında 400 milyard dollarlıq ticarət müqavilələrinin müddətini unutmamalıyıq.

Hindistanın Çinin ən böyük rəqibi olduğunu söylədik. Bununla birlikdə Pekinin Pakistan və Hindistanı istədiyi zaman üz-üzə gətirmək variantı da var. Çinin maliyyə gücünə hər kəs bələddir, ancaq unutmayaq ki, çinlilər belə bir qlobal şəbəkəni yalnız pulla toxuya bilməzlər.”Çin və pul” dedikdə, elə hesab olunur ki, Çinin heç bir əsgəri gücü sanki yoxdur.  Ancaq unutmaq olmaz ki, Çin nəhəng bir ordusu olduğu kimi, həm də nüvə silahlarına sahib hərbi gücdür.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə