XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

22 Mart 2016 - 11:58

Brüssel aeroportu və metrosunda terakt- 34 ölü, 250 yaralı FOTO, VİDEO (YENİLƏNİR)

\

Ən son məlumatlara görə, ölənlərin sayı 34-ə, yaralıların sayı 250-yə çatıb.

***

Brüssel metrosunun bir neçə stansiyasında baş verən ardıcıl teraktlar zamanı 15 nəfərin öldüyü, onlarla insanın xəsarət aldığı bildirilir.

Yaralılardan 31-nin vəziyyəti kritikdir. Brüssel beynəlxaq aeroportunda baş verən partlayışda isə 14 nəfərin həyatını itirdiyi açıqlanıb. Bu saata olan xəbərlərə görə, aeroport və metroda ölənlərin ümumi sayı 29, yaralıların isə 130-dur. Lakin ağır yaralılar olduğu üçün ölənlərin sayının artacağı gözlənilir.

Hazırda Belçikada terror təhlükəsinin səviyyəsi maksimum həddə çatdırılıb. Ölkə rəhbərliyi Fransa ilə sərhədlərini bağladığını elan edib.

Brüsseldə metro, avtobus və tramvayların faəliyyəti dayandırılıb. Muzeylər, ticarət mərkəzləri və əhalinin sıx olduğu məkanlar qapadılıb. Teraktlarla bağlı bir nömrəli şübhəli kimi İŞİD-in adı çəkilir.

***

Brüssel aeroportundan sonra indi də paytaxt metrostansiyalarında güclü partlayış olub. Partlayış metronun «Maalbeek” və "Şuman" stansiyalarında baş verib. İlkin bilgilərə görə, partlayış nəticəsində 10 nəfər ölüb, onlarla yaralı var.

***

Belçika Prokurorluğu Brüssel aeroportundakı partlayışı "canlı bomba"nın törətdiyini açıqlayıb. Prokurorluqdan verilən məlumata görə, partlayış zamanı 13 nəfər ölüb, 35 nəfər yaralanıb.

***

Bu gün səhər saatlarında Brüsselin "Zavetnem" beynəlxalq aerorportunda ard-arda iki güclü partlayış olub.

Strateq.az xəbər verir ki, bu barədə RTBF telekanalı şahidlərə istinadən məlumat yayıb. Şahidlərdən birinin sözlərinə görə, uçuş zalında çoxlu sayda yaralı görüb. Onların arasında azyaşlılar da var. Hazırda aeroport qapadılıb, bütün uçuşlar təxirə salınıb. İnsanlar hadisə yerindən evakuasiya olunur. 

Aeroportu qatı duman qatının örtdüyü, terminallardan birində bütün şüşələrin sındığı, təhlükəsizlik qüvvələrinin əraziyə cəlb olunduğu bildirilir. 

«Reuters» ölənlərin olduğunu istina etmir. «Sky News» partlayışların uçuş zalında baş verdiyi barədə məlumat yayıb. 

Britaniya telekanalının hadisə yerində olan əməkdaşı bildirib ki, partlayışın gücündən bina silkələnib: «Hər tərəfi duman və toz bürüyüb. İnsanlar şoka düşüblər, hamı bayıra çıxmağa çalışır».

Telekanal onu da bildirib ki, partlayış nəticəsində ölənlər və xeyli sayda yaralı var. Brüssel polisi də ölənlərin olduğu və onlarla insanın yaralandığı barədə açıqlama verib. İlkin məlumatlara görə, ölənlərin sayı 17-dir. Terror versiyası istisna edilmir.

 

 




Yuxarı Əvvələ Ana Səhifə