XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

17 Sentyabr 2020 - 12:00

PEKİN, LONDON və MOSKVA TÜRKİYƏNİN TƏRƏFDAŞINA ÇEVRİLİR:Aralıq dənizində yer almaq istəyən ölkələr ittifaqlara daxil olur

Ərgün Dilər

“Takvim” qəzeti, Türkiyə, 16 sentyabr 2020-ci il

 

Baş verəcək hadisələri anbaan izləmək lazımdır. Belə olduqda, Türkiyəni də, onun xaricində baş verənləri də görmək çətin olmur. Son 10 ildə yaşanılanları bir yerə gətirib, mənzərəyə baxın. Yaşanmağı çox çətin olan problemlər həyatımıza daxil oldu və dərin izlər qoyaraq getdi. 2010-cu ildə, xüsusilə də 2013-cü ildən sonra Türkiyənin öz çevrəsini dəyişdiyini müşahidə etdim və bunu paylaşdım.

Uzun müddət davam edən marşrut artıq dəyişilirdi. Hər kəs daxildə kiçik mübahisələrin arxasınca düşürdü. Halbuki, Aralıq dənizinin sahibi olan ölkə öz istiqamətini artıq başqa bir yönə çevirirdi. Bu baxımdan, yaşananlar və yaşanacaq olanlar həmin hadisə ilə bağlı idi. Olacaqları təxmin edə bilmək elə də çətin deyildi. Dünən də, ondan əvvəlki günlər də qeyd etdim, Aralıq dənizində geopolitik proseslər başlayıb.

ABŞ Aralıq dənizini Kaliforniya və Floridanın dənizi kimi görür. Bu səbəbdən də Aralıq dənizini Avropa BirliyiMENA-nın (Middle East and North Africa –  Orta Şərq və Şimali Afrika-tərc.)  daxilində saxlaya biləcək plan qurdu. Burada Pekin, Moskva, Berlin, ParisAnkaranı yaratdığı həlqədən çıxarmadı. Onları uzaqlaşdırmasa da heç pay da vermədi. Çünki İpək Yolu üçün Aralıq dəniziŞimali Afrika-Orta Şərq tənliyinin bənzərsiz olduğunu fərqində idi.

Xüsusilə 2012-ci ildə Türkiyədə Vaşinqtona qarşı reaksiyalar gücləndi. Son 10 ilə nəzər yetirdikdə, buna nələrin səbəb olduğunu görə bilmək çətin deyil. Türkiyə verilən sözlərin yerinə yetirilmədiyini yüksək səlahiyyətli diplomatlara deməyə başladı. Bəzi amerikalı diplomatlar Türkiyənin itirilməməsinin lazımlığından danışarkən, bəziləri də Türkiyəsiz qurulan yeni plana diqqət çəkirdi. Hal-hazırda isə qabaqda olanlar Türkiyəsiz planı quranlardır. Türkiyə 2013-cü ildə ABŞ ilə ortaqlığa son qoydu. Həmin il əlaqələrin qopduğu il idi. Həmin dövrdən etibarən, Türkiyədə heç kimin düşünə bilməyəcəyi hadisələr baş verməyə başladı.

MKİ bu rəqəmi 2012-ci il olaraq göstərir. Siz də bunu 17-25 dekabrdan “Gəzi” hadisələrinə, ordan da 15 iyul hərbi çevriliş cəhdinə kimi uzadın. Ancaq bütün bu hadisələrin qarşılığında Türkiyə bir addım belə geri çəkilmədi.

Vaşinqtonun “dərin ağlı”nı idarə edən şəxslər Ankarada bəzi ortaqlıqlar təklif etsə də, Ankara artıq öz yeni marşrutunu təyin etmişdi. Ankara Aralıq dənizi ilə birlikdə yeni bir dövrü başlatmaq istəyirdi. Daha öncə də qeyd etdim ki, “Gəzi” hadisələrinin arxasında gizlənən və bizə anladılmayan məsələ elə Aralıq dənizi idi.

Xarici güc mövzusu son vaxtlar çox müzakirə olunur. Xarici güc olaraq bildiyimiz mərkəz xaos, küçə nümayişləri və çevriliş cəhdləri ilə Türkiyənin diqqətini Aralıq dənizindən yayındırmaq istəyirdi. Mən də bir hədəf ölkə seçsəm və əlimdə gücüm olsa, eyni şeyləri edərdim. Bunda təəccüblənəcək, və ya anlaşılmayacaq heçnə yoxdur.

Davam edək. Gərginliyin azalmadığı  günlərin sonunda Türkiyə önəmli bir addım atdı. 1 yanvar 2018-ci ildə Türkiyə inventarına ilk seysmik tədqiqat gəmisi olan “Fateh” daxil oldu. Həmin vaxtdan sonra Türkiyənin Aralıq dənizi barədə planları dünyaya elan edildi. “Fateh”in əvvəlki adı isə “Deepsea Metro II” idi.

Gəmi “Hyundai Heavy Industries” tərəfindən Cənubi Koreyanın Ulsan şəhərində inşa edildi. 25 Noyabr 2011-ci ildə dənizə endirildi. 2016-cı ilin martında da “Chalfong Shipping”ə satıldı.

Əvvəlcə “Deepsea Metro II” adı verilən gəmi Bermud Hamiltonda “Chloe Marine”-ə məxsus idi. 2018-ci ilə qədər baş ofisi Norveçin Bergen şəhərində yerləşən  Marshall Adaları bayrağı altında “Odfjell Drilling” şirkəti tərəfindən idarə olundu. 2017-ci ildə gəmi “Odfjell Drilling”-dən satın alındı və 1 yanvar 2018-ci il tarixdə Kocaeliyə gətirilərək, Türkiyə Anonim Petrol Birliyi (TAPB) inventarına qatıldı. Bu, Türkiyənin ilk qazıntı gəmisi idi.

Aralıq dənizindəki ilk əməliyyatını 29 oktyabr 2018-ci il tarixdə “Alanya-1” dərin su quyusu qazma işlərinə başlaması ilə həyata keçirdi. Bu, ilkin mərhələ idi. Türkiyə yeni marşrut xəttini təyin edərkən “Fateh”in Türkiyə limanında lövbər saldığı 1 yanvar tarixdən sadəcə 7 gün sonra Türk siyasətinin önəmli fiquru Dövlət Baxçalı jurnalistlərlə görüşərək, “Cümhriyyət İttifaqı” fikrini dilə gətirirdi. Bu, çox yeni bir dönəmin siyasi elanı idi. Əlbəttə, həmin günlər heç kəs hadisələri bir yerə gətirərək şərh etmir, olanları anlamırdılar. “Fateh”-in gəlişi və daxildə siyasət kursunun dəyişməsi eyni zolaqda baş verən hadisələr idi. Bəs Ankara dünyaya başqa nə deyirdi? Nəyi anladırdı?

Eyni tarixlərə nəzər saldıqda, görünən bu idi ki, “Zeytun Budağı”  və Afrin əməliyyatı  Baxçalının “Cümhuriyyət İttifaqı” çıxışından iki həftə sonra gerçəkləşdi. Əməliyyat çox böyük idi. “Zeytun Budağı” əməliyyatı və Türkiyənin S-400 addımı ABŞ-da Türkiyə üçün yeni qərarlar qəbul edilməsinə səbəb oldu. 2018-ci ilin aprel- avqust ayları arasında türk lirəsi dollar qarşısında xeyli ucuzlaşdı. Türkiyə xarici siyasətində öz marşrutunu təyin etməyə çalışdıqca, daxildə pulunun dəyəri düşürdü.

Siyasi cavab vermək üçün iqtisadi hücumlara start verilmişdi. Bütün bunlar Türkiyənin Aralıq dənizi ilə bağlı siyasətində onu geri çəkməyə hesablanmışdı. Bunlara rəğmən, Türkiyə yenə də öz planı ilə hərəkət etdi. Xarici qüvvələr istədiyi nəticəni ala bilməmişdi. İndi isə sürət daha da artırılıb.

Aralıq dənizi daha da gərgin bölgəyə çevriləcək. Hansı ölkələr bundan nə qədər təsirlənəcəyini yaxında görəcəyik. Ancaq burda kiçik fiqur ölkələr var. Onların içində ən önəmlisi Yunanıstandır. Yunanıstan tabeliyindəki Kipr bölgəsi də belə fiqurlardandır. Nə qədər qəbul etməsələr də, Fransa özü yox, ancaq Makron da kiçik fiqurlardandır.  Fransa Prezidenti “Elysee” sarayının verdiyi qərarlardan kənara çıxır. Bu isə Fransa daxilində qarışıqlığa səbəb olur. Ancaq hər  ölkə müəyyən bir ittifaq içindədir. Bəlkə də Türkiyə üçün də artıq ortaqlıq zamanı yetişib.

Görünür, TürkiyəABŞ-ın eyni masa arxasında oturma şansı çox azdır. Digər alternativ isə Avropa Birliyidir. Ancaq Aralıq dənizi mövzusunda Avropa Birliyi Türkiyə qarşısında qurulan blokda yer alır. Pekin, London Moskva Türkiyəyə ən yaxın tərəfdaş kimi görünür. Ankara, London, Pekin və Moskva Aralıq dənizində gedən geopolitik proseslərdə ən güclü komanda ola bilərlərmi? Ehtimal çoxdur ki, az deyil.

Ancaq böyük ittifaqın qarşısında dayanan ən böyük maneə London və Moskvanın düşüncə fərqlilikləridir. İndi London və Ankara arasındakı çox gizli yaxınlaşmanın yolu artıq açılıb. Əgər iki paytaxt da sürətli bir formada yola davam etsələr, dənizdə yaranan proseslərin təsiri okeanlara da keçəcək. Çünki ABŞ bu ortaqlığın qarşısını almaq məcburiyyətindədir. Xarici güc olaraq Ankara və London üzərində təzyiq yaratmağa çalışacaq. Suriya üzərindən də mümkün ittifaqda yer alan digər oyunçu Rusiyanı buradan uzaqlaşdırmaq istəyəcək.  Vaşinqton Berlin ilə ayrı, Moskva ilə ayrı, Londonla və Ankara ilə ayrıca bir formatda mübarizə aparır. Hamısına eyni anda necə gücü yetəcək, bunu heç kəs bilmir.

Ancaq bilinən hədəflərindən biri Londonla Ankaranın arasını vurmaqdır. Məqsədi Türkiyəni Aralıq dənizində tək buraxmaqdır. İngiltərənin Maliyyə naziri Rişi Sunak Ankara-London ortaqlığını hələ nazir olmamışdan öncə ortaya atan ilk şəxsdir. Konfransların birində Türkiyə-İngiltərə ortaqlığını önəmli güclərin ittifaqı kimi şərh edib. Bütün bunları sadaladıqdan sonra 11 sentyabrda Türkiyənin “TCG Giresun” freqatı və İngiltərə hərbi döyüş gəmisi “HMS Argyll”-nin Şərqi Aralıq dənizində ortaq  təlim keçməsi xəbərini diqqətlə oxumaq lazımdır.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə