XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 March 2016 - 12:54

“Stratfor”dan xəbərdarlıq:"Brüssel teraktları Avropada antimüsəlman əhval-ruhiyyəsini gücləndirəcək"

antislam-1

 

Avropa Birliyinin bir sıra ölkələri ən yaxın vaxtlarda daxili təhlükəsizliyin ciddi şəkildə gücləndirilməsindən danışacaq, AB-nin özündə İŞİD-lə mübarizəyə qüvvə ayrılması üzrə konsolidasiya möhkəmlənəcək, Türkiyə ilə AB-nin sazişi isə laxlaya bilər, köhnə Qərb ölkələrində millətçi hərəkatlar güclənəcək.

Strateq.az xəbər verir ki, Brüsseldəki teraktdan sonra Amerikanın "Stratfor" özəl kəşfiyyat-təhlil şirkəti bu cür proqnoz verib.

"Stratfor"un ehtimalına görə, Qərbi Avropada bir neçə ölkə, çox güman ki, ən yaxın vaxtlarda təhlükəsizlik sahəsində yeni qanunvericilik, Yaxın Şərq və Şimali Afrikadakı münaqişələrdən qayıdan yaraqlılara münasibətdə nəzarətin gücləndirilməsi, həmçinin qonşularla kəşfiyyat məlumatları mübadiləsinin genişləndirilməsindən danışacaq: "AB üzvləri həmçinin Liviya və Suriya kimi xaricdəki problemli ölkələrdə terrorizmlə daha yaxşı mübarizə yollarının müzakirəsini yeniləyəcək. Bundan başqa, İŞİD-ə qarşı vuruşan koalisiyanın cəhdlərinə avropalıların pay qoymaq hazırlığının yüksəlməsi gözlənilir. Güman ki, silah tədarükü, İraq hərbçiləri və kürd döyüşçülərinə təlim keçirilməsi güclənəcək".

Təhlildə davam edilir: “Başqa bir qurban bu günlərdəki kövrək və Avropada sığınacaq arayan şəxslərə nisbətdə buraxılışın məhdudlaşdırılmasına dair Türkiyə-AB sazişi ola bilər. AB-yə üzv ölkələr arasında terrorizm təhlükəsinin yeni dərki diqqəti bu blokun xarici sərhədlərinə və güman ki, Türkiyə ilə əməkdaşlığın dərinləşməsinə yönəldəcək. Lakin son terror hücumları Avropada antimüsəlman əhval-ruhiyyəni qızışdıra və AB ölkələrinin Türkiyəyə vizasız rejim təklif etmək tələbinə nisbətdə tələblərini yüksəldə bilər".

"Stratfor"un ekspertləri həmçinin qeyd edirlər: “Antimüsəlman əhvali-ruhiyyəsi bütün qitə üzrə millətçi partiyalara əsaslı dəstəyə səbəb ola bilər”.

“Və nəhayət, Brüsseldəki hücumlar Avropa ölkələrinin iqtisadiyyatına ziyan vuracaq, lakin qısa zaman kəsimində” – deyən ekspertlərə görə, Qərb ölkələrinin vətəndaşları, ehtimal ki, ən yaxın dövrdə səfər planlarını təxirə salacaqlar: “Terrorizim təhlükəsi avropalıların əksəriyyəti üçün indi adi günlərin tərkib hissəsidir. Hücumun uzunmüddətli nəticələri milli siyasət və iqtisadiyyatdan başqa Avropa Birliyinin quruluşuna da təsir göstərəcək”.

Xatırladaq ki, martın 22-də Brüssel aeroportu və metrosunda partlayışlar səsləndi. Rəsmi məlumatlara görə, 34 nəfər teraktın qurbanı olub.