XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

30 Sentyabr 2020 - 10:43

Qarabağda “Türkiyə izi” Rusiya üçün tələdir –ERMƏNİ TƏBLİĞATI MOSKVANI ANKARA İLƏ ÜZ-ÜZƏ QOYMAQ MƏQSƏDİ DAŞIYIR

Georgi Alekseyenko

“Nezavisimaya qazeta”, 29.09.2020

 

Hazırda Dağlıq Qarabağda alovlanan münaqişə bu regional qarşıdurma ilə bağlı Rusiya və Türkiyə arasında mümkün ziddiyyətlərdən danışmağa təkan verib. Ermənistan rəsmiləri gərginlik zonasında Ankaranın birbaşa və dolayı hərbi varlığı barədə açıq danışırlar. Bu ifadələr qondarma Dağlıq Qarabağ Respublikasının (“DQR”) rəsmilərinin fikirləri ilə gücləndirilir. Buna baxmayaraq, növbəti sərhəd şiddətində “türk barmağı” ilə bağlı tezisinin hələ ki inandırıcı dəlil bazası yoxdur.

“DQR” bildirir ki, Türkiyə münaqişə bölgəsini təkcə ordu ilə deyil, həm də hərbi texnikası ilə doyurur. Qondarma respublikanın başçısı Arayik Harutyunyan Təhlükəsizlik Şurasının təcili iclasında “DQR” hərbçilərinin Ankaraya məxsus “F-16” çoxfunksiyalı döyüş təyyarəsi tərəfindən vurulduğunu söyləyib. Onun sözlərinə görə, “respublika”ya qarşı mübarizə aparan Azərbaycan deyil, Türkiyədir.

Ermənistan rəhbərliyi də bunu deyir. Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sentyabrın 29-da rusiyalı vəzifədaşı Nikolay Patruşevlə telefonla danışdığını, söhbət zamanı İrəvanın son hadisələrə baxışını təqdim etdiyini və “Türkiyənin bölgədəki sabitliyi pozan rolunu vurğuladığını” söyləyib.

Bundan əlavə, Ermənistan Müdafiə Nazirliyi bir “F-16” qırıcısının erməni hərbi hava qüvvələrinin “Su-25”-ini vurduğunu bildirib.

Türkiyə iddianı təkzib edib.

Bununla birlikdə, türk aviasiyasına dair tezis öz təsdiqini tapmır. Türkiyə Cümhuriyyətinin hava qüvvələrinin bu sahədə “işləyə bilməsi” üçün ya bütün Dağlıq Qarabağı vurmalı, ya da olduqca absurd görünən Ermənistan və İran ərazilərindən raket atmalı idilər. Bundan əlavə, “Flightradar24” kimi aviasiya mənbələri Türkiyə aviasiyasının göndərilməsini qeyd etmir. İstifadəsi barədə “DQR”-də və İrəvanda bəhs edilən türk pilotsuz təyyarələri “Bayraktar” TV2”-yə gəlincə, onlar və İsrail istehsalı olan pilotsuz uçan aparatlar (PUA) Azərbaycan rəhbərliyi tərəfindən olduqca rəsmi şəkildə alınıb. Əlbəttə, bu texnikanın “mənşəyi” Türkiyənin birbaşa münaqişəyə qarışmasının sübutu ola bilməz.

Türkiyənin xüsusi təyinatlı qüvvə döyüşçülərinin və müxalif “Azad Suriya Ordusu” (ASM) silahlılarının Dağlıq Qarabağa köçürülməsinə dair məlumatlar kifayət qədər spesifik bir “qızışdırıcı” idi. Alovlanan münaqişə çərçivəsində Azərbaycanda onların zəruriliyi şübhə doğurur. İndi Bakı tam hücum xarakterli deyil, əks-hücuma keçməkdədir, bunun üçün silahlı qüvvələrinin ən azı yarısından ibarət bir dəstəni sərhəddə yerləşdirmək lazımdır və əlbəttə, bu qeydə alınmayıb. Bundan əlavə, ASO döyüşçülərinin mövcud sərhəd münaqişəsi ilə əlaqəli bacarıqlarının aktuallığı olduqca şübhəlidir. Bu cür “Suriya ixracatı” yalnız məntiqsiz deyil, həm də sadəcə baha başa gəlir.

Erməni mediasının “köçürdüyü” Suriyalı yaraqlıların sayı 1,5 ilə 4 min nəfər arasında dəyişir, lakin bu, çox böyük bir qrupdur, münaqişə bölgəsinə hərəkəti, həqiqətən, baş verərsə, diqqətdən kənarda qala bilməzdi. Məzhəb faktoru da unudulmamalıdır: ASO, görünüşü dərhal Azərbaycanın şiə kəndlərində narazılığa səbəb olacaq sünni yaraqlılardan ibarətdir.

Türkiyənin Dağlıq Qarabağdakı varlığı mövzusundan istifadə müəyyən siyasi məqsədlər güdə bilər. Hər şeydən əvvəl, bu, Azərbaycan Silahlı Qüvvələrinin təsirli əks-hücumunun Türkiyə amilinə aid edilməsini mümkün edir. Guya Şimali Atlantika İttifaqının üzvü, böyük bir beynəlxalq oyunçu münaqişədə iştirak edirsə, bu, bütün sualları aradan qaldırmalıdır. Bundan əlavə, Türkiyənin aktiv hərəkətləri mövzusuna müraciət edən Ermənistan rəhbərliyinin Rusiyanı daha qəti addımlara təhrik etməyə çalışdığı görünür. Moskva isə, bildiyiniz kimi, bitərəf mövqe tutur.

Əslində, bu, Suriya və Liviya əməliyyat teatrları da daxil olmaqla, bir sıra bölgələrdə Rusiya ilə Türkiyə arasında məlum maraq fərqliliyinə əsaslanan bir hesablamadır. Maraqlıdır ki, Ankaranın Moskvadan “qisas almaq” istəyi ilə bağlı hipotezi tez-tez Rusiya ekspert cəmiyyəti də dəstəkləyir. Lakin belə bir versiya Moskvanın ardıcıl mövqeyindən imtina etməsinə gətirib çıxara bilməz: Rusiya Azərbaycan ərazilərinin 20%-nin Ermənistan tərəfindən işğalı faktını tanıyır, lakin tarazlığı qorumağı və müstəsna vasitəçilik səyləri göstərməyi öz vəzifəsi hesab edir. Bu regional münaqişədə Kreml tərəfləri danışıqlar masasına qaytarmağa sadiqdir.

Bundan əlavə, Moskva və Ankara 5 il əvvəl Suriyada vurulan Rusiyanın “Su-24” təyyarəsi ilə hadisənin nəticələrini belə həll edə bilib, onun taleyi Rusiya üçün indiki Dağlıq Qarabağ gərginləşməsindən dəfələrlə daha vacib idi.

İrəvanla ünsiyyət çərçivəsində Moskvanın həm siyasi elitası, həm də ictimai fikri üçün xarakterik olan yalnız anti-türk deyil, həm də açıq şəkildə anti-Rusiya hisslərinin körükləndiyini sezir. Bu baxımdan, “türk” mövzusunda möhtəlirlik ən azı əks-təsirli görünür.

Tərcümə: Strateq.az