XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2020 - 09:22

DAĞLIQ QARABAĞLA BAĞLI 3 SEÇİM:İrəvan fırıldaq gələrsə, Rusiyanın nüfuzu kəskin şəkildə aşağı düşəcək

Sergey Markov

Exo Moskvı”, 02.10.2020

 

Dağlıq Qarabağ. ABŞ, Rusiya və Fransa prezidentləri tərəfindən ortaq bir açıqlama verilib. Sərt şəkildə atəşkəsə çağırırlar və artıq müharibəni davam etdirməyə görə məsuliyyətdən danışırlar. Bu, həm Azərbaycana, həm Ermənistana, həm də Türkiyəyə bir mesajdır – müdaxilə etməməsi üçün.

Bundan sonra nə olacaq? Sonrakı hər şey Rusiyadan asılıdır.

1.Sülh seçimi. Əgər Ermənistan hərbi əməliyyatların bitməsindən dərhal sonra Azərbaycanla müqavilə imzalamağa və iqtisadi blokadanın qaldırılması müqabilində Dağlıq Qarabağ ətrafındakı bölgələri Azərbaycana təhvil verməyə hazırdırsa, Rusiya bu şərtləri Bakıya bildirəcək və Azərbaycan Rusiyaya etibar edərək hərbi əməliyyatları dayandıracaq.

2.Müharibə seçimi. Rusiya ərazilərin Azərbaycana verilməsi məsələsində Ermənistanla gizli razılığa gəlməyibsə, o zaman Azərbaycan öz ərazilərinin azad edilməsi üçün müharibəni davam etdirəcəkdir. Hansısa anda Türkiyə qoşunları Dağlıq Qarabağda görünəcək – hamı beynəlxalq hüququn Azərbaycana hər cür kömək istəməsinə icazə verdiyini qəbul edir.

3.Aldatma variantı. Moskva Ermənistanla razılığa gələrsə, ancaq İrəvan aldadarsa. Yəni Azərbaycan müharibəni bitirəcək, əraziləri isə geri almayacaq. Onda bir müddətdən sonra Azərbaycan başqa bir şəkildə Türkiyə ilə birlikdə hərbi əməliyyatlara başlayacaq. Çünki İrəvan tərəfindən fırıldaqçılıq halında, Rusiyanın nüfuzu kəskin şəkildə aşağı düşəcək və sonra dürüst vasitəçi kimi Rusiyanın rolu şübhə altına alınacaq.

Buna görə də, əminəm ki, indi Rusiyanın, Soros kimi, bir çox müxalifləri Paşinyana zəng vuraraq Putinə yalan danışmasını xahiş edirlər. Ona qızıl dağlar vəd olunur, çünki Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq istəyirlər.

Bizsə ümid edirik ki, Rusiya Azərbaycan və Ermənistanla barışıq və blokadanın ləğvi müqabilində ərazi mübadiləsi barədə razılığa gələ biləcəkdir. Putinə afərin, ABŞ və Fransa prezidentləri ilə razılığa gələ bilib. Halbuki hətta iki vur ikinin neçə elədiyi barədə razılığa gələ bilmək az qala qeyri-mümkün görünürdü.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə