XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2020 - 20:00

ORDUMUZ MADAGİZİ DƏ AZAD ETDİ –Bu şad xəbəri Prezident özü yaydı

Azərbaycan Ordusu gələcək əməliyyatlar üçün çox strateji əhəmiyyət daşıyan Ağdərə rayonunun Madagiz yaşayış məntəqəsini də işğalçılardan tamamilə təmizləyib.

Strateq.az xəbər verir ki, bu şad xəbəri Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş komandanı İlham Əliyev az əvvəl özünün “Twitter” səhifəsində elan edib.

Ai Baş Komandan yazıb: “Bu gün Azərbaycan ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!”.

Bundan əlavə, bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənovu da Madagizin işğaldan azad olunması münasibətilə təbrik edib.

Strateq.az xəbər verir ki,  bu barədə Azərbaycan Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

“Ona tapşırıq verdi ki, Ali Baş Komandanın təbriklərini korpusun bütün şəxsi heyətinə çatdırsın. Hikmət Həsənov Ali Baş Komandana öz təşəkkürünü bildirdi, Prezidenti əmin etdi ki, 1-ci Ordu Korpusu Ali Baş Komandan tərəfindən qarşısında qoyulmuş bütün vəzifələri şərəflə yerinə yetirəcəkdir”, – deyə məlumatda bildirilir.




Yuxarı Əvvələ Ana Səhifə