XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

24 Mart 2016 - 22:42

Pentaqonun vahiməsi:Sıralarında 2,3 milyon hərbçini cəmləyən Çin ordusu – Təhlil

cin-ordu-1

 

Çin Xalq Respublikası (ÇXR) bizə dost və eyni zamanda ən qüdrətli qonşu ölkədir. 2015-ci ildə Səma ölkəsinin ÜDM-i 67,67 trilyon yuana (10,3 trilyon dollara yaxın) çatıb və Rusiyanın ÜDM-ni 10 dəfə üstələyir. Rusiya-Çin sərhədinin uzunluğu 4209,3 km təşkil edir. Bununla belə, həmsərhəd bölgələrdə əhalinin sıxlığında çox böyük disbalans müşahidə olunur. Bu arada yaxın tarixdə ölkələrimiz arasında böyük müharibəyə keçə biləsi hərbi toqquşmalar baş verib. Bu faktlar bizi Çinə təkcə sayğı ilə deyil, həm də ehtiyatla baxmağa məcbur edir. Bununla bağlı Səma ölkəsinin istənilən hücum əməliyyatı imkansız olan quru qoşunlarının əsas silahlı qüvvələrini və strukturunu dəyərləndirmək maraqlıdır.

Çinin Xalq Azadlıq Ordusu (ÇXAO) dünyada ən böyük ordudur və sıralarında 2,3 milyon hərbçi var. Bunun, təxminən, 10%-i HDQ-də, 17%-i hərbi-hava donanmasında xidmdət edir. Quru qoşunlarına 72%-dən azı (təqribən, 1 600 min əsgər və zabit) düşür və yeddi hərbi dairədə – Şenyan, Pekin, Szinan, Lançjou, Sendu, Quançjou və Nankində yerləşir. Onların əsasını motoatıcı və tank birləşmələri təşkil edir.

 

Soldiers from Chinese People's Liberation Army (PLA) Special Operations Forces march in formation during a training session at the 60th National Day Parade Village on the outskirts of Beijing in this September 15, 2009 file photo. China will beef up its military budget by 12.7 percent this year, the government said on March 4, 2011, a return to double-digit spending increases that will stir regional unease.   REUTERS/Joe Chan/Files (CHINA - Tags: MILITARY) CHINA OUT. NO COMMERCIAL OR EDITORIAL SALES IN CHINA

ÇXAO-nun döyüş ehtiyatı daha 4,6 milyon nəfər qiymətləndirilir. Çinin 1,6 milyon hərbçisindən tam 750 mini arxa hissələrdə, hərbi logistikada, səfərbərlik və çağırış qurumlarında, həmçinin yerli bölmələrdə (qarnizon və təlim düşərgələrində) xidmət edir. Bu əsgər və zabitlər ÇXAO-nun və partiya orqanlarının ikili rəhbərliyi altındadır. Əslində söhbət vəzifəsi həm ÇXR-i müdafiə etmək, həm də Çin daxilində siyasi durumu sabitləşdirmək olan yardımçı ordudan gedir. Onların hazırlığı xeyli dərəcədə aşağıdır, xidmət isə tez-tez mühafizə, xilas və polis əməliyyatlarına aid edilir. Söz yox, bu hissələrin əsgərləri poliqonlarda təlim keçir, lakin bir qayda kimi, irimiqyaslı təlimlərə qatılmırlar. Məhz buna görə onların xaricdə irimiqyaslı hücumlarda iştirakı, çox ehtimal ki, yolverilməz itkilərlə müşayiət olunacaq.

RAND Kaliforniya Strateji Araşdırmalar Mərkəzi,  ABŞ Konqresi Çin-Amerika iqtisadi münasibətlərinin yenidən nəzərdən keçirilməsi üzrə Komissiyasının sifarişi ilə hesab edir ki, yuxarıda sadalanan hissələri  çıxmaqla hazırlığı çətin durumların tələblərinə uyğun gələn 850 min əsgər və zabiti əsil kadr ordusuna aid etmək olar. Bu döyüşçülər dözümlüdür, yaxşı təlim görüb, ideoloji və vətənpərvərlrik baxımından motivləşdirilib. Lakin say, hazırlıq keyfiyyəti və vətənpərvərlikdən savayı idarəçilik, əsas silahlar və və döyüş təcrübəsi böyük önəmə malikdir.

Hazırda ÇXR-in mərkəzi hökuməti ÇXAO-nun sistemli dəyişilməsini həyata keçirir. İslahatlaradək ordunuin idarəçiliyi dörd güclü qurum – Baş qərargah, Baş siyasi idarə, Arxa cəbhə baş idarəsi və Silahlar və hərbi texnika baş idarəsi tərəfindən həyata keçirilirdisə, Çin ordusu yenidən təşkildən sonra vahid mərkəz və 14 ixtisaslaşmış departament əldə edəcək. Çox ehtimal ki, hissələrdə nəsə Qızıl ordunun komissarlarına bənzər paralel rəhbərlik saxlanacaq ki, bu da qərarların qəbul müddətini kəskin şəkildə artırır.

İndi isə quru qoşunlarının silahları haqda.

Çinlilər 1980-ci illərin sonuna doğru kiçikkalibrli avtomatik avtomatın və ona patronun yaradılması üzrə qarşılarına vəzifə qoydular. Bu vəzifə indiki dövrdə həll olunub. ÇXAO döyüşçülərinin baza silahı QBZ-95B avtomat tüfəngi və onun modifikasiyalarıdır. İşlədilən patronun metrik işarələri 5,8×42-dir. O, NATO-nunkundan xeyli dəqiqdir, lakin eyni zamanda daha uzundur. Təbii ki, bu, silahın qabaritinə təsir edir. Maraqlıdır ki, QBZ-95-i hazırlayanlar, görünür, onu uzunmüddətli  yürüşlər və qış dövrü üçün nəzərdə tutmayıblar – qoruyucunun açarı olduqca namünasib yerdə yerləşdirilib və o qədər kiçikdir ki, isti əlcəklə ondan istifadə etmək mümkünsüzdür.

Çin avtomatı palçıqlı qumda və yaxud güclü tozda etibarıslzıq nümayiş etdirir, buna görə də gerçək döyüş şəraitində vaxt resursu çox deyil. Əsgərlərə təkidlə tövsiyə olunur ki, silahı palçığa və yaxud suya salmasınlar. QBZ-95-in uzaq atəş effekti standart versiyada 300 m-i keçmir.

Çin KİV-in məlumatına görə, hazırda “strateji piyada silahı” deyilən və  qranatatan quruşdırılmış yeni 5,8 mm-lik avtomatik tüfəng sınaqdan keçirilir. Çin hərbi ekspertləri onun fantastik özəlliklərindən danışır və guya, dünya beləsini görməyib.

Hava-hücum dəstəyinə gəlincə, "War on the Rocks"un hərbi eksperti podpolkovnik Dennis C. Blaşko ÇXAO-da planlaşdırma və bu cür əməliyyatların həyata keçirilməsində əsaslı qüsurları qeyd edir. Qeyd edək ki, bu analitik hərbi kəşfiyyatın zabiti qismində 23 il xidmət edib və Çin ordusunun müdafiə mövzusu üzrə MKİ-nin əməkdaşı idi. Hesabatlarında ÇXAO-nun “fantastik imkanları” haqda danışan həmkarlarını kəskin şəkildə tənqid edən məhz o olub.

Yeri gəlmişkən, möhkəmlənmiş mövqelərə həmlə üçün son dərəcə vacib olan ən yeni döyüş helikopterləri yaratmaq üçün çinlilərin öz mühəndis mıəktəbləri yoxdur. Məsələn, ÇXAO-nun əsas zərbə helikopteri HAİC şirkətinin istehsal etdiyi Harbin Z-19-dur. O, baza Harbin Z-9 modelindən tandem kabinə ilə fərqlənir. Məlumat üçün: Z-9 helikopterinin prototipi Fransa-Almaniya şirkəti “Avrokopter”in istehsalı AS 365N “Dofin-2”dir. Elə M-171 nəqliyyat helikopteri də Rusiya istehsalı lisenziyalı maşındır.

Lakin çinlilərin hücum imkanını xeyli zəiflədən başlıca məsələ əsgərlərin hərbi manevrlərdə qazanmağı mümkün olmayan gerçək döyüş təcrübəsinin qıtlığıdır. Xatırladaq ki, ÇXAO-nun xarici dövlətin silahlı qüvvələrinə qarşı son kampaniyası 1979-cu ilin fevral-martında Vyetnama qarşı “xəbərdaredici” deyilən müdafiə müharibəsi olub. Buna qədər 1954-1955-ci illərdə Tayvan böhranı vaxtı İszyanşan adasının desantla zəbti baş verdi. Hər iki əməliyyat Çin ordusu tərəfdən xeyli itkilərlə müşayiət olundu.

“Szefanszyun bao” qəzeti (ÇXAO-nun orqanı) bununla bağlı Çinin əsgər və zabitlərinə “sülh xəstəliyi” diaqnozu qoyub. Nəticə kimi, ÇXAO-nun bir çox zabit və əsgərləri inanmırlar ki, ümumiyyətlə, nə zamansa döyüşməli olacaqlar.

Bununla belə, Amerika ekspertləri qeyd edirlər ki, ABŞ 2001-ci ildən və Rusiya Gürcüstan, Ukrayna, Suriya əməliyyatlarından başlayaraq öz ordularını “tonus”da saxlayır.

Çin ordusunda zərbə helikopterlərindənsə tanklarla bağlı durum ideallıqdan uzaq olsa da, sözsüz ki, xeyli yaxşıdır. Yeni zirehli texnika orduya tədricən daxil olur. ÇXAO-nun tank parklarında ən yeni 3400 ədəd Tip-96, Tip-96A, Tip 99, Tip 99A tankları ilə yanaşı, 4200 köhnəlmiş maşın durur. Bu rabitə və kompüter sistemləri sahəsində şəbəkələrarası qarşılıqlı fəlaiyyət problemlərinə səbəb olur. Çinin quru qüvvələrində həmçinin PDM ZBDF-04 zirehli texnikasını, ZBD-11 hərbi amfibiya-döyüş maşınını ayırmaq lazım gəlir.

cin-tank-1

ÇXAO bütünlükdə pis təchiz edilməyib, hər halda, silahların bütün spektrinə, o cümlədən çevik HHM vasitələri, keyfiyyətli artilleriya, odsaçan və minaatan sistemlərə malikdir. Eyni zamanda Blaşko başqa amerikalı ekspertlər kimi, Çin ordusu sarıdan vahiməyə düşməməyi məsləhət görür.

RAND hesab edir ki, Çin ordusu 2020-ci ilə doğru bəlli qüsurları aradan qaldıracaq, həmçinin üçüncü ölkədə əməliyyat aparmaq üçün kifayətedən səviyyəyə çatdıracaq.

 

Discussio.ru

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə