XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

06 Oktyabr 2020 - 17:27

PKK TERRORÇULARI ERMƏNİSTAN TƏRƏFİNDƏN AZƏRBAYCANA QARŞI DÖYÜŞÜR –DTX radio danışıqları ələ keçirib + VİDEO

Ermənistan Azərbaycan Respublikasına qarşı hərbi təcavüzündə xarici muzdlulardan, o cümlədən İraq və Suriya ərazisindən gətirilmiş kürd terrorçu qruplaşma üzvlərindən fəal istifadə edir.

Strateq.az Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) istinadən xəbər verir ki, DTX tərəfindən ölkəmiz əleyhinə hərbi əməliyyatlarda iştirak edən PKK ilə əlaqəli terrorçuların radio danışıqları ələ keçirilib.

Həmin səs yazılarında terrorçular erməni tərəfində vəziyyətin ağır və itkilərin çox olması, azərbaycanlılar tərəfindən dronların effektli tətbiqi barədə müzakirələr aparır, ermənilərin məlumatlarına aldanaraq münaqişə bölgəsinə gəldiklərindən peşmançılıq keçirdiklərini bildirirlər.

Müvafiq materialları təqdim edirik: