XƏBƏR LENTİ

24 Oktyabr 2020

Digər Xəbərlər

06 Oktyabr 2020 - 22:14

ERMƏNİSTAN VASİTƏSİLƏ PLANLAŞDIRILAN BÖYÜK SAVAŞ:Rusiya, İran və Türkiyə toqquşmadan yayınmaq üçün nə edəcək? - TƏHLİL

İbrahim Qaragül

“Yeni Şafak”, Türkiyə, 06 oktyabr 2020-ci il

 

Azərbaycan sadəcə öz torpaqlarında əməliyyat keçirir. Və bu əməliyyatı əsla qanuni sərhədlərindən kənara çıxarmır. Beynəlxalq hüquqa görə, Qarabağ və işğal altında olan digər torpaqları Azərbaycanın suverenliyi altındadr. Ancaq işğal edilmişdir. Bakı da indi bu işğala son vermək üçün qərarlı bir hərəkat başladıb. 30 ildən sonra ilk dəfədir ki, müdafiə mövqeyini buraxıb hücum mövqeyinə keçibdir. Son dərəcə uğurlu bir əməliyyat aparır. Şəhərlərini, kəndlərini, dağlarını, yaylalarını, sularını, torpaqlarını təmizləyir. Bu, müharibə deyil, terrorla mübarizə, daxili təhlükəsizlik əməliyyatıdır.

Buradək bir problem varmı? Rusiya, İran, Fransa, AB və ya ABŞ üçün problem varmı? Yox. Ola bilməz də.

ATƏT-in Minsk qrupu 30 il idi ki, işğalı təminat altında saxlayırdı. Amma artıq bitdi… Azərbaycanın buna haqqı varmı? Öz torpaqlarını qoruma, qurtarma, əlində tutma səlahiyyəti və məsuliyyəti varmı? Əlbəttə, vardır. Bu, hər bir ölkənin ən təməl, sorğu-sual edilə bilməz haqqıdır.

Bu nöqtəyədək dünyanın Azərbaycana yönləndirə biləcəyi bir tənqid, verə biləcəyi bir reaksiya ola bilməz. Buna qarşı çıxan işğalçıdır. Deməli, Azərbaycana hücum edir.

Lakin bu, Ermənistan üçün belə deyildir. Yerevan administrasiyası 30 ildir birbaşa Azərbaycana hücum edir. Şəhərlərini, torpaqlarını işğal edir. Eyni zamanda beynəlxalq birlikdən dəstək alaraq, 30 ildir ki, bu işğalı masada təminat altında tutur.

ATƏT-in Minsk qrupu qurulduğu tarixdən etibarən erməni işğalını təminat altında tutmaqdan, Azərbaycanın əl-qolunu bağlamaqdan başqa heç bir iş görmədi. Bu qurum tam olaraq Azərbaycanı oyalamaq məqsədilə qurulub. İşini gördü. Amma artıq bitdi…

Ermənistanı Azərbaycana hücum etməyə kim sövq etdi? Bu hücumun arxasındakı hesab nədir?

Tovuz hücumu Ermənistan üçün çoxplanlı bir yeni işğal cəhdi, arxasındakı güc və sərmayə üçün isə, enerji geopolitikası baxımından, yaxşı hesablanmış bir təşəbbüs idi. Ermənistan, “Onsuz da Azərbaycan heç bir şey edə bilmir” deyərək, bir beynəlxalq layihə aldı. Arxasındakılar da “Onsuz da Azərbaycan hərəkətə keçə bilməz” deyərək, enerji sahəsindəki güc balansını asanlıqla dəyişdirə biləcəklərini düşündülər.

Onların düşüncəsinə görə, enerji geopolitikasında sarsıdıcı dəyişikliklər olacaq, bu arada Yerevan da qazanacaqdı. İşin xarakteri etibarilə, İraq və Suriyada PKK ilə İŞİD-ə verilən rol Qafqazda Ermənistana verilmişdi.

Tovuz böyük hesabın başlanğıcı idi. Davamı gələcəkdi. Gəldi də. Yerevan administrasiyası ard-arda ilk baxışda səbəbsiz görünən hücumlara başladı. İşğal bölgələri genişləndirilməli, Azərbaycan küncə sıxışdırılmalı, məlum gündəliyi qəbul etməyə məhkum edilməli idi.

Hazırda Yerevan və arxasındakı güclər böyük şok yaşayır. Onlar bu işə 30 illik bir əzbərlə girişmişdilər. Ancaq o 30 ilin bitdiyini düşünə bilməmişdilər. Hücumdan həmən sonra Türkiyə ilə Azərbaycanın başlatdığı ortaq hərbi təlimlər artıq əzbərlərin Qafqazda da bitdiyinin elanı oldu.

Türkiyə İraq, Suriya və Şərqi Aralıq dənizində əzbərləri pozmuşdu və pozmağa davam edirdi. İndi həmin dinamik ağıl Cənubi Qafqazda da əzbərləri pozmalı idi. Elə də oldu. Azərbaycan Ermənistanın hücumlarına gözlənilməyən ölçüdə güclü olan bir əməliyyatla cavab verdi. Bu, Yerevanın arxasındakı bütün ölkələri, enerji geopolitikasını dəyişdirməyə çalışan ölkə və gücləri şok edən bir durum oldu. Gözləmirdilər. “Ola bilməz” deyirdilər.

Azərbaycanın gücü, Əliyevin liderliyi hərəkətə keçdi

Lakin Azərbaycan dirildi. Qafqazın ən güclü ölkəsi olaraq özünü göstərdi. Prezident İlham Əliyev cəsur və qərarlı duruşu ilə ortaya liderlik qoydu.

İndi Ermənistan 30 ildir gördüyü işi yenə davam etdirir. Hələ də Azərbaycana hücum edir. Hələ də Azərbaycanın şəhərlərini, mülki əhalisini hədəfə alır. Raketlərlə vurulan, onlarla kilometr içəridə olan Gəncə və digər şəhərlər müharibə meydanı deyildir. Nə Ermənistan, nə də Azərbaycan şəhərləri müharibə meydanı deyildir. Azərbaycan yalnız öz qanuni torpaqlarında əməliyyat keçirir. Yəni, Azərbaycan əməliyyat, Ermənistan isə müharibə aparır.

Çirkin hərbi strategiya: Rusiya və İranı müharibəyə çəkmək

 

1. Ermənistan müharibəni mülki sahəyə keçirir. Qətliamlarla başlayıb davam etdirdiyi işğalı qətliamlarla da davam etdirməyə çalışır. Terror metodlarından istifadə edir.

2. Ermənistan müharibəni Qarabağdan kənara çıxarmağa çalışır. Bu, çox çirkin bir hərbi strategiyadır. Ermənistan bu yolla total Ermənistan-Azərbaycan savaşı çıxarmağa, savaşı regionallaşdırmağa çalışır.

3. Ermənistan Rusiya və İranı müharibənin içinə çəkməyə, Azərbaycana müdaxilə etdirməyə, Qərb dünyasını hərəkətə keçirməyə çalışır.

4. Hesab etmirəm ki, Rusiya və İran bu tələyə düşəcək. Bu ölkələr qəti şəkildə bu ucuz oyuna gəlməməlidir.

Əgər Yerevan buna nail olarsa, nəticələri nələr olar?

5. Rusiya və İran bu oyuna gələrsə, savaş:

birinci mərhələdə Qarabağın işğaldan azad edilməsi çərçivəsindən çıxaraq, Azərbaycan-Ermənistan savaşına çevrilər;

ikinci mərhələdə Cənubi Qafqazın hər yerinə yayılar;

üçüncü mərhələdə İran Azərbaycanında dərin sarsıntılara səbəb olar və Qərb dünyası bundan İrana qarşı istifadə edər;

dördüncü mərhələdə Qafqazın şimalına da ciddi təsir edər;

beşinci və ən təhlükəli mərhələdə Türkiyə, Rusiya və İran arasında çox böyük güc mübarizəsi başlayar.

Türkiyə, Rusiya və İran arasında müharibə planlaşdırılıb?

6. Ermənistan və onu bu savaşı başlatmağa təhrik edən güclər gedən mübarizəni üçlü savaşa çevirmək istəyəcəklər. Üç ölkənin belə bir tələyə sürüklənməsi Qafqazdan Bəsrə körfəzinə, Qara dənizdən Şərqi Aralıq dənizinədək olan bütün bölgənin savaşa sürüklənməsi deməkdir. Bu, çox böyük bir dağıntı olacaqdır.

7. Görəsən, Ermənistanı Azərbaycana hücuma sövq edən güclərin, Tovuz hücumu ilə başladılan prosesin, bunun arxasındakı ağılın məqsədi Türkiyə, Rusiya və İran arasında üçlü bir savaş çıxarmaqdırmı?

8. Ermənistana hücum edilməməli, eyni zamanda Rusiya və İran həmən bu ölkəni Qarabağ və işğal bölgəsindən çıxarmalıdır. Bunu birbaşa özləri etməlidir. Və bu böyük tələyə ciddi yanaşmalıdırlar.

9. Kiçicik Ermənistan həm Rusiya ilə, həm də İranla oyun oynayır.

Tərcümə Strateq.az-ındır

 




Yuxarı Əvvələ Ana Səhifə