XƏBƏR LENTİ

24 Oktyabr 2020

Digər Xəbərlər

11 Oktyabr 2020 - 14:01

AZƏRBAYCANIN YÜKSƏK VƏZİFƏLİ ŞƏXSLƏRİ GƏNCƏDƏ:"Ermənistan yalvarışlarla atəşkəsə çağırışlar edirdi, amma indi..." - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, Baş Prokuror Kamran Əliyev və digər dövlət rəsmiləri Gəncə şəhərinə səfər edib.

Məlumatına görə, rəsmilər oktyabrın 11-i saat 02.00-da Ermənistanın Gəncə şəhərində raket zərbəsi endirdiyi ərazidə olub, vəziyyətlə yerində tanış olublar.

H. Hacıyev və K. Əliyev hadisə və Ermənistanın dövlət terroru barədə yerli və xarici mətbuat nümayəndələrinə açıqlama veriblər/APA.

Prezidentin köməkçisi H.Hacıyev jurnalistlərə bildirib ki, prezidentin tapşırığı əsasında bu barbarlıq, bu cinayət beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılacaq.

H. Hacıyev bildirib ki, Ermənistan tərəfi müəyyən yalvarışlar edərək, humanitar əsaslarla atəşkəsə çağırışlar edirdi: “Amma bunun ardınca dərhal Ermənistan Silahlı Qüvvələri çox təhlükəli silahdan – “Toçka-U” sistemindən istifadə edərək Gəncədə insanların sıx toplaşaraq yaşadığı yerləri atəşə tutub. Mülki insanlar arasında ölüm halı var. İndiyə olan məlumata görə, 9-a qədər ölüm halı var və 30-dan artıq insan yaralanıb”.

O əlavə edib ki, bütün həmsədrlər ötən gecə Gəncədə baş verənlərlə bağlı məlumatlandırılıb, onlara əlavə məlumatlar da təqdim edilib: Gəncə şəhər Baş Prokurorluğunda da baş vermiş hadisələrlə əlaqədar əlavə mətbuat konfransı keçiriləcək. Bu baş verənləri bir daha genosid aktı kimi qiymətləndiririk.Hazırda Azərbaycan tərəfindən vəziyyətin qiymətləndirməsi işləri həyata keçirilir. Bütün beynəlxalq ictimaiyyətə də bu məlumat verilib. Ermənistan tərəfindən yenə də öz silahlı qüvvətlərindən istifadə edərək Azərbaycanın mülki şəxslərinə qarşı bu kimi xain əməllər həyata keçiriləcəyi təqdirdə, Azərbaycan da beynəlxalq humanitar hüquq və Cenevrə Konvensiyası əsasında bu hüququ özündə saxlayır ki, legitim hərbi hədəflərə qarşı zəruri tədbirləri görsün”. 

Kamran Əliyev isə Gəncədə jurnalistlərə açıqlamasında deyib ki, Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket atəşinə tutması ilə bağlı cinayət işi başlanıb.

O qeyd edib ki, ölkə qanunvericiliyi, beynəlxalq hüququn bütün normalarına uyğun olaraq bu dəhşətli cinayəti törətmiş Ermənistanın hərbi-siyasi rəhbərliyinin cinayət məsuliyyətinə cəlb edilməsi və onların beynəlxalq tribunal qarşısında cavab verməsi üçün bütün imkanlardan istifadə olunacaq.




Yuxarı Əvvələ Ana Səhifə