XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 March 2015 - 19:15

ABŞ bütün dünyaya qarşı iqtisadi savaşa başlayıb

Dollar dünyanı çökdürür

Doların yükselişi BRICS üyelerini vurdu

Azərbaycan manatının ucuzlaşması ölkə vətəndaşlarımızda xeyli nigarançılıq yaradıb. Amma sən demə, itirən təkcə biz deyilmişik, bir çox ölkələrinin pul vahidi dollar qarşısında dəyərdən düşürmüş.

Ucuzlaşan valyutaların başında avro gəlir. Verilən məlumata görə, avro son iki ayda dollar qarşısındakı dəyərini 13% itirib. Ekspertlər önümüzdəki günlərdə avro ilə dolların eyniləşəcəyini proqnozlaşdırırlar. Türk Lirəsinin də durumu ürəkaçan deyil. Onun son iki ay ərzində itkisi 10% səviyyəsindədir.

Dolların dəyər qazanması, neft qiymətlərinin aşağı düşməsi və Amerika Mərkəzi Bankının faiz qərarını nə vaxt açıqlayacağının bilinməməsi qlobal maliyyə sektorunda qeyri-müəyyənliyi artırır. Bu vəziyyətdən isə ən çox inkişaf etməkdə olan iqtisadiyyatlar təsirlənir.

İnkişaf etməkdə olan ən böyük beş dövlətin – Braziliya, Rusiya, Hindistan, çin və Cənubi Afrikanın meydana gətirdiyi BRICS üzvləri də ciddi iqtisadi və maliyyə böhranı yaşayır.

Sanksiyaların pəncəsindəki Rusiya

Rusiya iqtisadiyyatını çətinliyə salan faktorların başında iqtisadi sanksiyalar, rublun sürətli dəyərdən düşməsi və neftin dünya bazarında ucuzlaşması gəlir.

Rusiya iqtisadiyyatı bu üç faktordan dolayı 2014-ci ilin 3-cü rübündə 0,7% kimi olduqca aşağı bir böyümə göstərdi. Digər tərəfdən ölkədə inflyasiya da artmaqda davam edir. Rusiyada inflyasiya 16,7%-ə çatıb. Bu, son 13 ilin ən yüksək inflyasiya göstəricisidir. ölkənin Mərkəzi Bankı 2015-ci ilin ortalarına doğru inflyasiyanın azalacağını təxmin etsə də bu ehtimalın nə qədər real olduğu sual altındadır. Rubl olduqca sürətli devalivasiya prosesi yaşayır. Bir il əvvəl bir Amerika dolları 37 rubl idisə, bu gün o, 60 rublu keçir.

Rusiyadan bir ildə 151,5 milyard dollar xaricə “qaçdı”

2014-ci ildə ölkədən xaricə çıxan kapitalın 151,5 milyard dollar həcmində olduğu bildirilir və bunu rus Mərkəzi Bankı da gizlətmir. Mərkəzi Bankın etirafına görə, bu, ölkə iqtisadiyyatı tarixində indiyə qədər qeydə alınan ən yüksək miqdardır.

Maraqlıdır ki, ölkədən qaçan kapital sahibləri təxmin edildiyi kimi xarici investorlar yox, yerli banklar və özəl şirkətlərdir. Qeyd edək ki, 151.5 milyard dollar Rusiyanın illik büdcəsinin hardasa 75%-inə bərabərdir. Belə ki, ölkənin Maliyyə naziri Anton Sulyanovun bildirdiyinə görə, 2015-ci ildə büdcə gəlirləri 207 milyard dollar təşkil edəcək.

Sözsüz ki, bu durum ölkə iqtisadiyyatının yaxın perspektivdə ciddi sarsıntılar keçirəcəyindən xəbər verir.

Braziliya ağır imtahan qarşındadır

Qlobal iqtisadiyyatın parlayan ulduzları arasında göstərilən Braziliyanın artıq öz ulduzu sönmək təhlükəsi ilə üz-üzədir. 2014-ci ilin son rübündən etibarən ölkədə iqtisadi problemlərinin artmağa başladığı deyilir.

Breilya realı da dollar qarşısındakı dəyərini itirir. Get-gedə artan inflyasiya ölkə iqtisadiyyatını və xalqın alıcılıq gücünü zəiflədir. Bu həftənin əvvəlində Braziliya Mərkəzi Bankı 2015-ci ildə üDM-in azalacağını rəsmən etiraf etdi. Mərkəzi Bankın səlahiyyətliləri həmçinin 2014-ci ildəki iqtisadi inkişafın 0,12% nisbətində zəiflədiyini açıqlayıblar

Braziliya iqtisadiyyatını bir də quraqlıq vurdu

Digər tərəfdən Braziliyanın paytaxtı və iqtisadiyyatının lokomotivi olan Sao- Pauloda yaranan su problemi ölkə iqtisadiyyatını təhdid edən ünsürlər arasındadır. Paytaxtda içməli su qıtlığı ilə yanaşı, hidroelektrik stansiyalarının anbarlarında su səviyyəsinin aşağı düşməsi elektrik istehsalını da azaldır. Elektrik çatışmazlığı isə bir çox sənaye təsisini öz potensialından xeyli aşağı miqdarda məhsul istehsal etmək məcburiyyəti qarşısında qoyur.

çinin də böyümə sürəti yavaşıdı

çin də qlobal böhrandan təsirlənən ölkələr arasında yer alır. ölkə iqtisadiyyatı 2014-ci ildə 7,4% böyüsə də, bu göstərici 1990-ci ildən bəri qeydə alınmış ən aşağı rəqəmdir. ölkə iqtisadiyyatının böyümə gücünün bu il daha da zəifləyəcəyi güman edilir. Rəsmilər 2015-ci ildə bu göstəricinin 7%-ə düşəcəyini açıqladılar. Amma bu zəifləmənin çin əhalisinin rifahına əhəmiyyətli təsirinin olmayacağı güman edilir. çində bu il inflyasiya sadəcə 0,8% olub.

Hindistan böyümə sürətində çini haqladı

BRICS üzvləri arasında iqtisadiyyatının gedişindən məmnun olan tək ölkə Hindistandır. ölkə 2014-ci ildə böyümə sürətiylə çini belə geridə qoyub. Böyümə sürətinin artışında Hindistan Mərkəzi Bankının hesablama üsullarını dəyişdirməsi önəmli rol oynayıb. Hindistan iqtisadiyyatındakı bu böyümənin xalqın rifahına müsbət təsir edəcəyi gözlənilir. ölkənin Baş naziri Narendra Modi 2015 ildə infestisiya yatırımında ölkənin infrasrtuktur layihələrinə ağırlıq veriləcəyini açıqlayıb.

Cənubi Afrikada da böyümə sürəti olduqca aşağı səviyyədədir

BRICS üzvləri arasında ən aşağı böyümə sürəti Rusiyadan sonra Cənubi Afrikada qeydə alınıb. ölkə iqtisadiyyatı 2014-ci ilin üçüncü rübündə sadəcə 1,3% böyuyə bilib. Bu, Cənubi Afrikanın son altı ildə ən yavaş böyümə göstəricisidir.