XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

12 Oktyabr 2020 - 13:06

AZƏRBAYCANIN İLK PREZİDENTİNDƏN ORDUMUZA DƏSTƏK:Silahlı Qüvvələrə Yardım Fonduna 5 min manat köçürdü

Azərbaycan Ordusunun sentyabrın 27-dən başladığı əks-hücum və cəzalandırma əməliyyatı cəbhə xəttində uğurlarla müşayiət olunmaqla yanaşı, ölkənin içində də böyük milli və siyasi həmrəylik, yüksək mübarizlik əzmi, ovqatı yaradıb. Hər kəs bacardığı, imkanı yetdiyi qədər bu savaşda Ordumuza, dövlətimizə dəstək verməyə çalışır.

Strateq.az xəbər verir ki, bu gün daha bir nüfuzlu şəxs – Azərbaycan Respublikasının ilk prezidenti olmuş Ayaz Mütəllibov da Ordumuza dəstək kampaniyasına qoşulub.

O, eks-prezident kimi aldığı təqaüdünün tən yarısını – 5 min manatı bu gün Silahlı Qüvvələrə Yadım Fonduna köçürüb.

Strateq.az eks-prezidentin köçürmə haqda qəbzinin surətini təqdim edir:




Yuxarı Əvvələ Ana Səhifə