XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

26 Mart 2016 - 14:11

Ermənistan intizarla Medvedyevi gözləyir:Bölgədəki "qaz savaşı" İrəvanı çıxılmaz duruma salıb

med-serj-1

İrina Corbenadze

Rosbalt.ru

 

İrəvanda gözləyirlər ki, Rusiya Federasiyasının (RF) baş naziri Dmitri Medvedyev Ermənistan paytaxtına səfərinin gedişində qaz qiymətinin azaldılacağını bildirəcək. Moskvanın qorxusundan bunu İrandan xahiş etməyə cürət etmirlər. Rusiya vurğulamağı xoşlayır ki, Ermənistan Cənubi Qafqazda onun strateji müttəfiqidir və “qeyri-dostlar”a tez-tez xatırladır ki, Rusiyanın texnikaca yaxşı təchiz edilmiş hərbi bazası bu respublikanın ərazisində yerləşir.

Lakin Ermənistanın bəxti heç gətirmir: bu azmış kimi, bütün bölgəsəl layihələrdən praktik olaraq təcrid olunub və hələ öz strateji tərəfdaşından “qaz loyallığı”na nail ola bilmir. Xüsusən də Moskva və İrəvan Ermənistana tədarük edilən və hazırda qiyməti hər min kubmetrə 165 dollar təşkil edən, lakin aprelin 1-dən 189 dollara qalxa biləcək Rusiya təbii qazının tarifi üzrə heç cür dil tapa bilmir.

Rusiya baş naziri Medvedyevin Ermənistana səfəri aprelin 7-ə planlaşdırılıb və İrəvanda gözləyirlər ki, qiymət hökmünü məhz o verəcək. Qazın qiyməti ilkin olaraq Moskvada prezidentlər Vladimir Putin və Serj Sərkisyan müzakirə etdilər, lakin danışıqların nə ilə bitdiyi məlum deyil. Aprelin 8-də isə İrəvanda Avrasiya İqtisadi Birliyi dövlətləri hökumət başçıları Şurasının toplantısı keçiriləcək və tərəflər digər məsələlərlə yanaşı, rublla qazın qarşılıqlı hesabını da müzakirə edəcəklər. Ermənistan baş naziri Ovik Abramyanın ilkin məlumatına görə, bu məsələdə “hələlik irəliləyiş yoxdur”.

Qaz qiyməti məsələsi Ermənistan üçün hazırda son dərəcə aktualdır və yerli mətbuatda fəal şəkildə müzakirə edilir. Həm də Rusiyadan böyük incikliklə. Və bu anlaşılandır: birincisi, Ermənistanda yaşayış səviyyəsi aşağıdır və Rusiya yanacağının dəyəri sadə bəndənin cibinə güclü vurur. Sənaye sektoru da çətinlik içindədir – istehsal etdiyi məhsul dünya bazarında qazın bahalığı və yüksək vergilərlərlıə şərtlənən dəyər üzündən rəqabət qabiliyyətli deyil. Bununla belə, Ermənistanda hesab edirlər ki, həm qazın qiyməti, həm də vergilər süni şəkildə artırılıb. “JAM”-ın qeyd etdiyi kimi, “Düşmən Ukraynaya qazın qiyməti ilə strateji tərəfdaş Ermənistana qazın qiyməti arasındakı fərq cəmi 10 dollar təşkil edir”. Erməni nəşri güman edir ki, “Qazprom”la Gürcüstanın sövələşməsi baş tutsaydı (xatırladaq ki, bu xüsusda danışıqlar lap bu yaxınlarada aparılırdı, lakin Tiflis yekunda idxalı Azərbaycanın hesabına artırdı), qazın qiyməti Ermənistana indiki 165 dollar müqabilində 120 dollar təşkil edəcəkdi. Nəşr xülasə edir: bu gün Ermənistanlın rolu və önəmi o qədər kiçikdir ki, hətta cüzi güzəştə də nail ola bilmir.

"Lragir" öz növbəsində etiraf edir ki, “hamı aprelin yeddisini, nəsə deməli olan Medvedyevin səfərini gözləyir”. Erməni nəşri həmçinin sual edir: qazı birbaşa İrandan almaq imkanı olan İrəvan niyə bu ölkə ilə uyğun danışıqlar aparmır və gözləyir ki, Rusiyanın nə cavab verəcək: “İran Ermənistana ucuz qaz təklif etməməlidir – hərçənd bunu Ermənistandakı keçmiş səfiri səviyyəsində etmişdi. Ermənistan həmişə İranın qapısını döyməli və bu məsələni müzakirə etməlidir… Niyə Ermənistanın özü Rusiyadan güzəşt xahiş edir, amma qaz üzrə təklifi İrandan gözləyir? Bu, kölə düşüncəsinin təzahürü deyilsə, nədir?”

Nəşr Ermənistan hökumətini siyasi və iqtisadi “zəiflik”də və “Rusiya mərhəmətinə düşgünlük"də ittiham edir.

Ermənistanda çoxları gizlətmirlər ki, hökumət sadəcə Rusiya qazının İranınkı ilə əvəzlənməsi haqda kəkələməyə qorxur: bu, siyasi baxımdan Rusiyanı son dərəcə rahatsız edər, çünki bu halda Cənubi Qafqazda qalan yeganə sabit qaz bazarını itirir. Bu məsələ Rusiya üçün iqtisadi deyil, xeyli dərəcədə siyasi yükə malikdir. Həm də Ermənistan o qədər qaz istehlak etmir ki, “Qazprom”u müflis etsin. Lakin Rusiya bilir ki, hətta Ermənistan üçün tarifi yüksəltsə, sonuncu yenə də son quruşunu ödəyəcək. Bəs onda pullar nəyə itirilir? Ya ona görə alver gedir ki, yekunda Ermənistana güzəşt edilsin, sonra da “şəfqəti” İrəvana xatırladılsın və bunun altında Ermənistandan ciddi güzəştlər əldə edilsin? Yada salaq ki, Rusiya Ermənistana əsas qaz tədarükçüsüdür – qaz ora Gürcüstandan tranzitlə gəlir. İki ölkənin enerji sistemlərini birləşdirib Gürcüstanla Rusiyanın enerji sistemlərinə birləşdirəcək üçüncü elektrikötürmə xəttinin inşası çərçivəsində tədarükü beş dəfə artırmağa hazır olan İran da Ermənistanın qaz bazarında cüzi şəkildə iştirak edir. Yəni söhbət gündə 5 milyon kubmetr həcmində qaz tədarükündən gedir ki, Ermənistan öz İES-də İran üçün əlavə elektrik enerjisi generasiya etsin.

Lakin Ermənistanın önəmli bütün strateji obyektlərinin praktik olaraq Rusiyaya məxsus olduğu bir şəraitdə yuxarıda göstərilən hansı “şəfqət”dən söhbət gedə bilər? Rusiya Gümridə hərbi bazasının olduğunu və Yaxın Şərqdə durumu, həmçinin pis Ermənistan-Türkiyə münasibətlərini  nəzərə almaqla respublikanı faktiki olaraq potensial döyüş meydanına çevirib. Ermənistanda qazdan savayı bu məsələ də hazırda fəal şəkildə müzakirə edilir. İstisna olunmur ki, onun rəsmiləri Rusiya-Türkiyə qarşıdurmasının hərbi münaqişəyə keçəcəyi halda respublikanın buna sürüklənməsi riski ilə bağlı öz narahatlıqlarını Medvedyevə bildirəcəklər.

Yeri gəlmişkən, Rusiya hərbi bazası Ermənistan-Türkiyə sərhədinin 10 km-liyində yerləşir. Erməni ekspertlərin əksəriyyəti həmçinin Azərbaycanın köməyi ilə Türkiyənin Rusiyaya qarşı, yəni Qarabağ üzrə münasibətlərin aydınlaşdırılması pərdəsi altında ikinci cəbhə açacağını  istisna etmir. Bir sözlə, Ermənistan bu fikirdədir ki, respublika Rusiya-Türkiyə qarşıdurmasının zorən iştirakçısı olmamaqdan ötrü bu münasibətdən kənar durmalıdır. Buradaca qeyd edək ki, Rusiya parlamentinə ermənilərin Osmanlı imperiyasında soyqırımını inkara görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini çıxartmış “Ədalətli Rusiya” fraksiyasının təşəbbüsü üzündən Ermənistan günahsız yerə günahkar çıxmaq riskində idi. Xatırladaq ki, "erməni soyqırımı"nı bir çox ölkələr tanıyıb, lakin Türkiyə və Azərbaycan tərəfindən qəti şəkildə inkar edilir.

Görünür, Rusuiyada müəyyən siyasi dairələr bu qayda ilə, yəni ermıəni məsələsi ilə Türkiyəyə siyasi basqı göstərmək istəyirdi. Lakin ermənilərin özlərinin də heç də alqışlamadığı, lakin fiks ideya səviyyəsinə qaldırdıqları 1915-cin il soyqırımının qanun layihəsi üzrə hökumət və Rusiya Ali Məhkəməsi mənfi rəy verdi. Ona görə alqışlamadılar ki, Rusiyanın olduqca nüfuzlu bəzi siyasətçiləri ermənilər üçün bu qədər duyğusal mövzunu RF-nin Türkiyəyə qarşı mübarizəsində silaha çevirmək istədilər.

Lakin hər necə olur-olsun, hazırda həm iqtisadi, həm də təhlükəsizlik baxımından ermənilərin güzəranı olduqca qorxuludur. Azərbaycanla münaqişə ona bəs deyildi, indi də Suriya və Türkiyə “xülyaya dönüb” və Ermənistan Rusiya üçün zorən yeni geopolitik səslənmə kəsb edib. Bu, Ermənistanın özgə savaşına sırınmamağını arzulayan müəyyən siyasi və ekspert çevrələrini son dərəcə təlaşa salıb. Lakin bu gün Ermənistanda bunu da eşitmək mümkündür ki, o, artan geopolitik önəmindən istifadə etməli və qaz qiymətinin azaldılmasından tutmuş Qarabağın müstəqilliyinin tanınması və Moskvanın Azərbaycana satdığından daha “təsirli” silahlar təqdim etməyinədək müxtəlif güzəştlər “qoparmalıdır”.

Daha bir məqam var. Rusiya-Türkiyə münasibətlərinin daha çox pisləşəcəyindən ənsdişələnən Ermənistan onun yaxşılaşacağı perspektivindən heç də az narahat deyil. Çünki iri bölgə və yaxud dünya oyunçuları arasında münasibətlərin nizamlanması, bir qayda olaraq, kiçik ölkələrin maraqlarının boğulması hesabına baş verir.

Özünə “kölgə MKİ” nüfuzu qazanmış "Stratfor" analitikləri ehtimal edirlər ki, Rusiyanın bölgədəki nüfuzuna hazırda Türkiyə və Qərb iddia edir. Bu qənaət o əsasda çıxarılıb ki, “Son bir neçə həftədə orada (bölgədə) fəal diplomatik iş aparılır”. Yəni “rusiyalı məmurlar ən müxtəlif məsələlər, o cümlədən Gürcüstana qaz ixracatı, Ermənistana silah satışı, siyasət və təhlükəsizlik sahəsində Azərbaycanla münasibətlərin genişləndirilməsi üzrə danışqılarda fəal iştirak edirlər”.

"Stratfor" analitikləri yazır: “Diplomatiyanın bu cür fəallaşması məhz Türkiyə və Qərb kimi başqa oyunçuların Moskvanın bölgədəki ağalığına daha qətiyyətli şəkildə iddialı olmağa başladığı vaxtda müşahidə olunur. Hətta Rusiyanın Qafqazdakı durumunun dəyişilməsi, çox ehtimal ki, Ukrayna və Suriyada gələcək münaqişələrin mühüm indikatoru olacaq”.

Onların ortalığa çıxardığı təhlildə bölgədəki vəziyyət və burada  Rusiyanın, Türkiyənin, İranın və Qərbin kəsişən maraqları, Ermənistan və onun çevrəsindəki durum olduqca tez-tez yada salınır. Məsələn, respublikada beş min Rusiya hərbçisinin dislokasiyası vurğulanır; həm də “Rusiya formal olaraq Azərbaycanda hərbi baxımdan mövcud olmasa da, Moskvaya sadiq qoşunlar bu dövləti şimaldan və qərbdən mühasirəyə alıb və Bakını öz qərarlarını Rusiyanın strateji maraqları ilə uzlaşdırmağa məcbur edir”.

“Lakin Rusiya ilə müqayisədə son zamanlar Azərbaycanın çəkisi gözçarpacaq dərəcədə artıb, çünki Avropa indi bu ölkəyə “Cənub dəhlizi” üzrə alternativ tədarükçü kimi yanaşır. Azərbaycan bununla bağlı Dağlıq Qarabağa görə Ermınistanla münaqişəsində daha təcavüzkar mövqe tutub… Ənənə üzrə Ermənistanın etiqadlı tərəfdarı və Dağlıq Qarabağ münaqişəsində ən nüfuzlu vasitəçisi olan Rusiya son bir ildə danışıqlara daha fəalcasına qatılmağa başlayıb. Hətta Moskva aydınca eyham vurdu ki, Azərbaycanın Qərb və Türkiyə ilə yaxınlaşmasını önləməkdən ötrü, ola bilsin, bu münaqişədə status-kvonun onun xeyrinə dəyişdirilməsinə baxmağa hazırdır”.

Qeyd edək ki, İrəvanda da məhz bu son vəziyyətdən qorxurlar.

Sonra: “Rusiya Ermənistanla hərbi alyansını Azərbaycanla xeyli dərəcədə mürəkkəb münasibətlərdən uzun müddət daha yüksək tutsa da, Moskva öz təsirini qorumaq üçün hər iki ölkəyə silah tədarükündən yararlandı. Lakin Moskvanın Avrasiyanın digər hissələrində ciddi basqıyla üzləşdiyi bir vaxtda bu iki ölkə ilə münasibətlərdə diplomatik manevrləri ona baha başa gələ bilər. Ermənistan Rusiyanın Dağlıq Qarabağ məsələsi üzrə Azərbaycanla diplomatik danışıqlar aparmağa hazır olması məsələsinə böyük şübhə ilə yanaşdı və Moskvanın silah tədarükü haqda İrəvanla bağladığı güzəştli müqaviləni bu izah edir. Bu arada Rusiyanın Suriya münaqişəsinə müdaxiləsi və Türkiyə ilə qarşıdurması Qafqazda rezonans doğurdu və Türkiyəni bu bölgədə Moskvaya qarşı təsir rıçaqları axtarmağa məcbur etdi. Qərb sanksiyalarından azad olmuş İran da Qafqazda daha fəal oyunçu ola bilər”.

“Kölgə MKİ” şübhə etmir ki, Rusiyanın Qafqazdakı strateji mövqeyinin zəif yerləri var və Qərb, Türkiyə və başqa oyunçular bundan istifadə etmək istəyərdilər, lakin Rusiya yaxın gələcəkdə bu bölgədə üstün hərbi dövlət kimi qalacaq: “Ancaq iqtisadi problemləri, həmçinin Ukrayna və Suriya münaqişələrində iştirakı Qafqazda nüfuzun saxlanmasını daha mürəkkəb vəzifə edə bilər”. 

Medvedyev, bax, bu şəraitdə İrəvana gedir. "Lragir"in təyini üzrə, Ermənistan hökumətinin “kölə düşüncəsi” nəzərə alınsa, ehtimal ki, Rusiya baş nazirini Ermənistan hökuməti tərəfdən xoşagəlməz sürprizlər və böyük tərslik gözləmir. Lakin Ermənistan hər halda perspektivdə heç də dönük olmayan “Biz kölə deyilik – kölə biz deyilik” və yaxud istəsəniz, “Biz kölə deyilik – kölələr laldır” yerini müəyyən etməli olacaq.

 




Yuxarı Əvvələ Ana Səhifə