XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

27 Mart 2016 - 13:10

Türkiyə və Rusiyaya qarşı irimiqyaslı oyun:İŞİD və "Paralel təşkilat" eyni məqsədə qulluq edir

turk-rus-1

 

İbrahim Qaragül

"Yeni Şafak" (Türkiyə)

 

“Müsəlmanların qəzəbi” iyirmi il boyunca bütün müsəlman dünyasına münasibətdə ölümcül silah kimi istifadə edilib. Son yüz ilin müstəmləkəçilik layihələrindən qeyzlənmiş müsəlman cəmiyyətinin bu nəzarət sistemindən qurtulmaq üçün apardığı mübarizə uğursuzluğa düçar oldu və Qərb ona doğru yönəlmiş bu qəzəbdən öz maraq zonası üçün yararlandı. Müsəlmanlara elə onların silahı ilə zərbə endirdilər. Müsəlmanları elə öz ölklələrinə, öz cəmiyyətlərinə qarşı istifadə etdilər. Bu məqsədlə təşkilatlar yaradıldı, camaatlar formalaşdırıldı, mühafizəkar siyasi hərəkatlar inklişaf etdirildi.

Qərb XXI yüzillikdə İslamı əsas təhlükə elan etdi. Bu “təhlükə”yə qarşı durmaqdan ötrü müsəlmanların yaşadığı hər qarış torpaqda terrorla mübarizə mərkəzləri yaratdı. İslamı və terroru tənqid edib kürəsəl miqyasda müharibəyə başladı.

 

“Müsəlmanların qəzəbi” Qərbin əlində ən güclü silahdır

 

Lakin, demək olar, heç kim son dərəcə qəribə ziddiyyətə fikir vermədi. Onların terror dediyi və məhv etməyə çalışdığı, əslində, müsəlman dünyasında yüksəlişin yeni dalğası idi. Buna görə də terror anlayışını qızışdırmaq, kürəsəl paranoyyanı gücləndirməkdən ötrü müsəlmanların sıralarından terrorçular yaratdılar, terrorçu təşkilatlar formalaşdırdılar. Terrorçular və terrorçu təşkilatlar onlara müsəlmanların bu yüksəliş dalğasını durdurmaqdan yana lazım idi. Onlar İslamı tarixi prosesin çərçivəsindən kənara bu cür itələməyə çalışdılar. Bu gün bu müharibə hələ də gedir. Və ola bilsin, bu, XXI yüzillikdə müsəlmanlar və müsəlman ölkələri üçün əsas tələ olacaq.

 

Bu qəzəb heç vaxt daxildən qaynaqlanmayıb

 

“Müsəlmanların qəzəbi” burada doğulmayıb. O, həmişə yad maraqların xidmətində sabitsizləşdirici alət olub. Buna görə də bu təşkilatlar heç vaxt bu bölgənin istək və axtarışlarına uyğun biçimlənməyib. Onlar bu kürəsəl müdaxilənin kursuna münasib forma alıb. Müsəlman dünyasının axtarışları bölgənin zəif halqalarından istfadə ilə dağıdılıb. Bu axtarışlar bu məqsədlə yaradılmış terrorçu təşkilatlara qurban verilib.

Bu baxımdan yanaşarkən yəqin olur ki, İŞİD-lə Türkiyədə dövlət çevrilişi etməyə səy göstərmiş “paralel təşkilat” arasında keyfiyyət fərqi yoxdur.

 

İŞİD və “paralel təşkilat”: necə də bənzərdir!

 

Hər iki qurum xaricdən layihələşdirilib, hər birinin üzərinə Türkiyədə və bölgədə maraqlara uyğun rol qoyulub. Onlar burada meydana çıxmayıb, lakin öz ölkələrini və bölgəni onlara verilmiş silahla planlı şəkildə xəlbirə döndərdilər. Bu strukturlardan birini Avropa, o birini Amerika törədib. Hər iki təşkilatı Xilafət rahatsız edir. Onlar müsəlman dünyasını idarə etməyə iddialıdırlar. Onlar nəzarət sisteminin aləti idi və bölgədə Qərb ağalığını saxlamaq üçün zəmin hazırlayırdılar. Hər iki təşkilat sünniliyi təmsil edir, həm də ciddi sünniliyi. Lakin onların İslamı qavrama forması, təsəvvürlər sistemi qəribə şəkildə İranınkına bənzəyir. Onları, təxminən, eyni vaxtda səfərbər etdilər. Biri Suriya-İraq-İordaniya-Livan oxu üzrə, digəri Türkiyədə müharibəyə başladı. Hər ikisi Türkiyə ilə İran, sünni və şiə dünyaları arasında müharibə qızışdırmağa meylli idi.

Bu strukturların oxşarlığına işarə edən və strateji mövqelənmələrinə aid çox misallar gətirmək olar. Lakin ən başlıcası – bu təşkilatlar onlara qədərki xeyli qurumlar kimi bölgəmizdə dünyaya gəlməyib. Onlar məhz buna görə yerli qaynağı olan hər şeylə mübarizəyə başladılar. Buna görə də bütün bunları məhv və zəiflədib tabe etməkdən ötrü onları döyüş meydanına çıxardılar. Onlar, bossları və başqaları Türkiyədə və bölgədəki digər təşkilatları da səfərbər etdilər. Kürdüstan Fəhlə Partiyası, “Demokratik birlik” partiyası (PYD) və İnqilabi xalq-azadlıq partiya-cəbhəsi (DHKP-C) kimi təşkilatlar onlarala bir cinahda yerləşdilər.

 

Ərəb inqilabına və yeni Türkiyəyə mane olmalı!

 

Bununla belə, Türkiyədə İslamla dövləti barışdırmağa güclü tələbat var idi, buna görə də ölkədə fenomenal güc – enerji meydana çıxmalıydı. İnqilabi dalğa sünni-ərəb dünyasına son dərəcə zəruri idi və o zaman qeyri-adi enerji əmələ gələcəkdi. Bir inqilab ərəb dünyasında, digəri Türkiyədə baş verməliydi. Bu iki təşkilat müharibə cığırına çıxdı ki, bu böyük inqilablara mane olsun və Qərb maraqlarının xeyrinə onları pozsun.

 

Türkiyə atəş altında

 

“Paralel təşkilat”ın İŞİD-ə düşmənçiliyi, qoy, heç kimi yanlışlığa aparmasın. Bütün bunlar, həmçinin onun İranla düşmənçiliyi uydurmadır. Zahirən bu cür görünsə də, onlar Türkiyəni terroru İŞİD vasitəsilə dəstəkləyən ölkə kimi təqdim etməyə çalışır, bu təşkilatların üzərinə qoyulmuş missiya bir-birini tamamlayır. Türkiyə məhz buna görə atəş altındadır. Türkiyə hədəfə çevrildi, çünki təkcə özünün deyil, bütün bölgənin tarixi oyanışına səbəb olur. O, bu oyanışın siyasi zəkasını təmsil edir, yeni yekdilliyin təməlini qoyur, əbədi nəzarət sisteminə son qoymaqda iradə və qüvvə sərgiləyir. “Müsəlmanların qəzəbi” əsasında formalaşdırılmış dairələr məhz buna görə Türkiyəyə zərbə endirir.

I dünya savaşından sonra bu bölgədə yeni üslub, bəlağət və hədəf meydana çıxdı. Onlar elə buna görə qisas almaq və bu gücü məhv etmək istəyirlər. Türükiyədəki müharibə məhz buna görə bu cür ağrılı gedir, Türkiyəni bu mərhələyə gətirmiş siyasi zəka və kadrları isə ləğv etməyə cəhd edirlər.

Lakin son dərəcə maraqlı daha bir bənzərlik var. Bu təşkilatlar və Qərbin siyasi çevrələri bu kadrların və onların siyasi konsepsiyalarının ləğv edilməsi məsələsində təəccüblü birlik nümayiş etdirir. Daha qəribəsi odur ki, PKK və PYD bu təşkilatların və Qərb çevrələrinin basqısı altında mənfəət götürür, Türkiyəni isə başqa təşkilatın əliylə sıxışdırırlar.

 

İki ölkə üçün tələ

 

Əslində, mən martın 11-də “Müsəlmanların və türklərin qəzəbi Rusiyanı vurur” başlıqlı məqaləmdə ümumiləşdirdiyim mövzunu bu gün davam etdirməyə hazırlaışırdım. Mən yazmışdım ki, son iyirmi ildə müsəlmanların qəzəbindən öz maraq zonasında yararlanmağa cəhd edənlər bu qəzəbə türklərinkini əlavə edib Türkiyə-Rusiya böhranını qızışdıraraq Rusiyanı üzüb zəiflətməklə onu Rusiyaya qarşı yönəltməyə səy göstərir.

Moskva Suriyadan çıxdığını bildirdi. Onun bu təhlükəni hiss edib-etmədiyini bilmirəm, lakin həmin təhlükə Türkiyənin başının üzərini alıb. Hazırda “təyyarənin məhv edilməsi” anından bəri böhranın bütün mərhələlərini diqqətlə incələmək lazımdır. Gülənin Rusiya mətbuatı ilə müsahibəsində Türkiyəni “terrorçu dövlət” adlandırmağı bu böhranın fəsadına yönəlib.

Fikrimcə, bu mövzunun mətbuatımızda ciddi müzakirəsinə ehtiyac var. Putinin Suriyadan gediş haqda açıqlaması bu mənada düzgün gerdişdir və ola bilsin ki, Rusiya ona qurulan tələni görür. Əslində, müsəlmanların qəzəbini Rusiya və Türkiyəyə qarşı yönəldirlər və hədəf – hər iki ölkədir. Bu, olduqca irimiqyaslı oyundur.

 

Yeni Krım müharibəsi planı

 

Güman edirəm ki, tarixçilərimizin Krım müharibəsi dönəmini indiki günə proyeksiya etməyi və bunu ictimai müzakirəyə çıxartmağı lazımdır. Türkiyə-Rusiya böhranını yemləyənlər sanki yeni Krım müharibəsi üçün təməl qoymağı planlaşdırır, iki ölkəni fitnəyə çəkir və sonra da “xilaskarlar” kimi köməyə tələsəcəklər. Onların bu yöndə uğuru iki ölkənin məhvi demək olacaq. Rusiya taqətdən düşəcək, ikinci kərə dağılma prosesinə girəcək, Rusiyanın resursları bölünəcək. Türkiyəni yenidən protektoratlığa və hamiliyə götürəcəklər, bir əsr sonra başlanmış quruluş prosesi isə sona çatacaq. Axı Osmanlı imperiyası öz müstəqilliyini Krım müharibəsindən sonra itirdi.

Təşkilatlar və bu qəzəb əvvəllər ərəb-müəslman dünyasındakı maraqlar zonasına yönəlmişdi. İndi Rusiya və Türkiyəyə yönəlib. Bu ölkələri tələyə qovurlar. Güclü lider və perspektivlər qazanmış ölkələr bu oyunu görməlidir.

 

Tərcümə Strateq.az-ındır

 




Yuxarı Əvvələ Ana Səhifə