XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

20 Oktyabr 2020 - 19:09

AZƏRBAYCAN ƏSGƏRİNİN QARABAĞDA YARDIĞI “FRANSIZ İSTEHKAMLARI”:Ermənistanın silah dələduzluğunun üstü açılır! - ARAŞDIRMA

Oktay QASIMOV

 

Azərbaycan Ordusunun XXI əsrin ən müasir standartlarına uyğun savaş apardığını bütün dünya izləyir. Yüksək peşəkarlıqla hazırlanan hərbi əməliyyatlar ciddi təbii maneələrlə dolu dağlıq ərazilərdə dəqiqliklə həyata keçirilir.

Nəzərə alaq ki, ərazilərdə hərbi əməliyyatların sürətinə əngəl olan təbii tunellər, mağaralar, sıx meşəliklərlə yanaşı, son 27 ildə burada ciddi müdafiə istehkamları qurulub.

Təmas xətti boyunca qurulan 3-4 eşelonlu müdafiə sistemləri təsəvvür edə bilməyəcəyimiz şəkildə maneələr, istehkamlar, bunkerlər, tunellər, müdafiə qurğularından ibarətdir. Burada tikilən  tunellər və bunkerlərin qalınlığı və bir neçə metrə çatan beton divarlarının dağıdılması və keçilməsi həddən artıq çətindir. Yerin altındakı bu sığınacaqlarda tank, qrad və digər hərbi texnikanı yerləşdirib, uzun zaman müdafiə üçün lazım olan silah-sursat və ərzaqla təmin edəcək anbarlar mövcuddur.

Sözsüz ki, “Ohanyan səddi” adlanan belə keçilməz hesab olunan  müdafiə xəttinin eşelon-eşelon qurulmasında ermənilərin havadarları və müttəfiqlərinin, xüsusən Fransa və digər dövlətlərin xüsusi rolu olub.

Fransanın Suriyada PKK-PYD üçün də belə tunellərin tikilməsində rolu haqqında məlumatlar mediada geniş yayılıb (Bu müdafiə sədlərini qurmaqda ermənilərə yardım etməklə Azərbaycanı fakt qarşısında qoyub, ərazilərini  güzəştə getməsini istəyirdilər və bəzi məqamlarda niyyətlərini heç gizlətmirdilər).

Maneələrlə dolu ərazilərdə sürətli döyüş əməliyyatları aparmaq həddən artıq çətin olsa da, ordumuz  “keçilməyən müdafiə xətti yoxdur” deyimini reallaşdırıb, qısa müddətdə keçilməz sayılan həmin  müdafiə xətlərini Füzuli-Cəbrayıl-Hadrut istiqamətində tamamilə yarıb-dağıtdı.

Ağdərə istiqamətində dağlıq ərazilərdə tikilmiş 10 kilometrlərlə uzunluğunda tunel, bunker, səngərlər, mühəndislik qurğuları xüsusi qeyd edilməlidir. Siçovul  yuvalarına bənzəyən bu istehkamlar və mühəndislik qurğuları yeraltı  şəhəri xatırladır. Hündür dağlıq ərazi və sıx meşələrdə qurulan bunkerlərin metrlərlə qalınlığında olan divarların qurulmasında betonlardan, rezin təkərlərdən istifadə olunub müdafiə sədlərinin keçilməsi imkansız kimi görünsə də, Gülüstan, Talış, Suqovuşan kəndləri ətrafındakı yüksəkliklər, o cümlədən Sərsəng su anbarının önündə yerləşən Tonaşendən GülüstanKeçəldağa qalxan hissələrdə ordumuz  ciddi uğurlara imza atıb, ermənilərin Qarabağ ərazisində keçilməsi imkansız sayılan müdafiə xətti yarılıb.

Xatırladım ki, 2006-cı ildə dünyanın ən güclü və yeni texnologiyalara sahib ordularından olan İsrail ordusu Livanda  “Hizbullah”ın  qurduğu və Qarabağdakından çox zəif istehkam, tunel və bunkerləri keçməkdə zorlanıb aylarla ilişib qaldı.

Ermənilərin müdafiə səddinin əsas elementlərindən biri, 2016-cı il aprel savaşından sonra ABŞ-dan alınıb təmas xəttində quraşdırılan və erməni tərəfin kəşfiyyat işini asanlaşdıran ən yeni texnologiyalara əsaslanan bilgisayar sistemli müşahidə kameraları idi. Bu maneələrə baxmayaraq, ordumuz əməliyatları dəqiqliklə icra edərək, hədəfinə xeyli yaxınlaşdı. Azərbaycan ordusunun İHASİHA-lardan ibarət edilən hava gücü savaşın taleyində ciddi rol oynadı. Bu sistemləri ilk dəfə savaşda istifadə edib, önəmli vurucu ünsürə çevirən  Türkiyə ordusu olsa da, Azərbaycan ordusu onu irəliyə apardı. Belə ki, Tükiyə İHA və SİHA-lardan  SuriyaLiviyadakı əməliyyatlarda istifadə edərkən, oradakı qüvvələrin, Bəşər Əsəd daxil, heç birində bu dronları vura biləcək yetərli HHM silahlarının olmamasına görə onların üstünlükləri tam olaraq ortaya çıxmamışdı.

Qarabağdakı savaşda erməni tərəfdə müasir silahların olması fərqli durum yaradır. Düşmənin əlində Rusiyadan aldığı çox sayda müasir radioelektron HHM  sistemləri var. Belə bir şəraitdə Azərbaycan ordusunun dronlardan effektiv istifadəsi savaşda düşmənin hərbi potensialının əhəmiyyətli hissəsinin məhvinə və canlı qüvvənin ciddi itkisinə səbəb oldu. Nəzərə almaq lazımdır ki, Azərbaycan ordusu Qarabağda dünya ermənilərinin birləşmiş ordusu tərəfində yunan generallarının rəhbərlik etdiyi İraq, Suriya, Yunanıstan, Cənubi Kipr və digər ölkələrdən gətirilmiş muzdlularla savaşır.

Azərbaycan Ordusunun bu savaşda tətbiq etdiyi taktika və göstərdiyi qəhrəmanlıq gələcəkdə öyrəniləcək. Hərbi ekspertlər bu barədə yazmağa və danışmağa başlayıblar.

Qarabağda qeyd olunan müdafiə xətti ilə yanaşı, erməni tərəfinin istifadə etdiyi silah və hərbi texnikanın növü və sayı diqqəti çəkir. Buraya S-300, TOZ, PZRK, “Kruq”, “Kub”, “Smerç” və s. kimi müasir hava hücumundan müdafiə sistemləri, tanklar, PDM, BTR-lər kimi hərbi texnikalar daxildir.

Sual olunur: bu silahlar, xüsusilə S-300 və digər raket sistemləri  Qarabağ ərazisinə necə gətirilib?

ATƏT-in Minsk Qrupunun həmsədri kimi bitərəf qalmalı olan Rusiya müttəfiqinə verdiyi raket sistemlərinin işğal olunmuş Azərbaycan ərazisində necə peyda olduğunu araşdırmalıdır.

Ermənistan həyasızlıqla savaşı “Qarabağ ordusu”nun apardığını söyləyir. Əhalisi cəmi 70 min olan Dağlıq Qarabağdakı cinayətkar rejimin məhv edilən hərbi texnikanın bir faizinə belə sahib olması imkansızdır.

Savaşın ilk 20 günü ərzində təkcə vurulan və ələ keçirilən tankların sayı 280-ni keçib. Bu say ATƏT-in 1992-ci il Helsinki toplantısında Ermənistan üçün müəyyən edilmiş limitdən çoxdur. Helsinkidə qəbul edilmiş kvotaya görə, Ermənistan ordusu 220 tank, 300 PDM, BTR70 min şəxsi heyətə malik olmalıdır.

“Avropada adi silahların məhdudlaşdırlması” haqqında Vyana müqaviləsinə imza atan Ermənistan Helsinkidə qəbul etdiyi öhdəlikləri pozaraq, silahlanmaya davam edib.

Qarabağda yerləşdirilib, ordumuz tərəfindən məhv edilməsini gözləyən tankların və hərbi texnikanın sayı isə dəqiq bilinmir. Ermənistandakı  faktiki hərbi texnika və silah sistemləri “Adi Silahların Məhdudlaşdırılması Haqqında Vyana Konvensiyası”nın müəyyənləşdirdiyi kvotadan dəfələrlə çoxdur. Bu say sovet dönəmində Ermənistanda yerləşmiş 3 motoatıcı diviziyanı özündə birləşdirən 7-ci ordunun arsenalındakı hərbi texnika və silahların sayından dəfələrlə artıqdır.

Birinci Qarabağ savaşı və sonrakı dövrlərdə Ermənistanın silahlandırılması Rusiyanın birbaşa dəstəyi ilə həyata keçirilib. Tovuz döyüşündən sonra bu proses “Mülki Aviasiya barədə Cenevrə Konvensiyası”nı pozmaqla, cinayət törədilərək davam etməkdədir.

Nəzarətdən kənar silahlanma kimi cinayət əməlinə Rusiya və Ermənistan arasındakı hərbi əməkdaşlıq anlaşması da haqq qazandırmır. Faktiki olaraq, ərazisi tamamilə kütləvi qırğın silahları və ağır hərbi texnikalarla doldurulmuş militarist Ermənistan bölgə üçün təhlükə mənbəyidir.

Azərbaycanın atacağı addımlardan biri ATƏT və digər beynəlxalq qurumlar qarşısında Ermənistandakı silahların kvotalara uyğunluğunun müəyyənləşdirilməsi üçün inspeksiyanın təşkili, region ölkələrinin də prosesə cəlb olunması məsələsinin qaldırılmasıdır.

Digər məsələ, erməni vandalizminin əyani sübutu kimi, işğaldan azad edilən ərazilərdəki yaşayış  məntəqələrində törədilən dağıntı və vəhşiliyi yerində görmələri üçün birinci mərhələdə Bakıdakı diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri bölgəyə aparılmalı, daha  sonra bölgəyə səfərlə bağlı ATƏT-in Minsk qrupunun üzvü dövlətlərin rəhbərlərinə, xüsusən Fransa prezidenti Makrona çağırış edilməlidir. 

Beynəlxalq təşkilatların iştirakı ilə azad edilmiş ərazilərdə törədilən dağıntı, vurulan zərərin müəyyənləşdirilməsi və Ermənistandan təzminat tələb edilməsi üçün hüquqi prosedurlar başladılmalıdır. Cenevrə Konvensiyasına görə, işğal edilmiş ərazilərdə mülki obyektlərin və yaşayış yerlərinin dağıdılması hərbi cinayət sayılır. Buna uyğun olaraq birinci və ikinci Qarabağ savaşında Azərbaycan əhalisinə qarşı cinayətlər törətmiş canilərin müəyyənləşdirilməsi vacibdir. Onlar əməllərinə görə cavab verməlidir. Bu kateqoriya cinayətlərdə iştirak etmiş şəxslərin siyahısına o zamankı siyasi və hərbi rəhbərlər olan, Xocalı qatilləri  Koçaryan, Sarkisyan və digər səhra komandirləri daxildir. Bunların sırasına Ermənistanda bu gün fəaliyyət göstərən “Yerkrapa”, “Azatamartik” və s. kimi terrorçu təşkilatların rəhbərləri olan Manvel Qriqoryan, yaxınlarda Qarabağda oğlu ilə birlikdə məhv edilmiş terrorçu, “Qara panzerlər”in rəhbəri olmuş Rüstəm Qasparyan, Vahan Ohanyan kimi digər hərbi cinayətkarlar da daxil edilməlidir. Onların əksəriyyəti  birinci Qarabağ savaşında ancaq dinc əhalinin məhv edilməsi ilə məşğul olub. Bu cinayətkarların bəziləri bu günlərdə Qarabağda ordumuz tərəfindən məhv edilib.

Bir neçə gün əvvəl ordumuzun İrəvandan Füzuli cəbhəsinə gələn veteran terrorçulardan ibarət “Azatamartik” dəstəsinin döyüş meydanında məhv etməsi onlar üçün gözəl bir dərs oldu. Böyük miqyaslı bu işin həyata keçirilməsində DTX-nın üzərinə ciddi vəzifə düşür. Vaxtilə lovğalanaraq Avropadakı tribunalardan “Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq” , “Xocalıda azərbaycanlılara zarafat etmədiyimizi göstərdik”,  “Azərbaycanlılarla  ermənilər heç vaxt bir yerdə yaşaya bilməz” deyən, faşist zehniyyətli cinayətkar Serj Sarkisyanın mühakiməsi isə ayrıca olmalıdır.

Sarkisyan, indi  “Qarabağ Azərbaycandır!”, əgər şərəfin varsa, intihar et!




Yuxarı Əvvələ Ana Səhifə