XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

21 Oktyabr 2020 - 20:23

DAHA BİR QƏSƏBƏ, 21 KƏND DÜŞMƏNDƏN AZAD EDİLDİ –Prezident adlarını açıqladı

“Rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.

Strateq.az xəbər verir ki, bu sevincli xəbəri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünün rəsmi tvitter səhifəsində paylaşıb.

Prezident daha sonra Cəbrayıl və Füzuli rayonlarının azad olunan digər kəndlərinin adlarını açıqlayıb:

“Cəbrayıl rayonunun Bələnd, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!.

Rəşadətli Azərbaycan Ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini də işğaldan azad edib”.




Yuxarı Əvvələ Ana Səhifə