XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

22 Oktyabr 2020 - 18:39

İRANLA HƏMSƏRHƏD BÜTÜN ƏRAZİLƏR İŞĞALDAN TAM AZAD OLUNDU –Prezident daha 20 kənd və bir qəsəbənin düşməndən təmizləndiyini açıqladı - SİYAHI

“Müzəffər Azərbaycan Ordusu Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfidinli, Aşağı Rəfidinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.

Strateq.az xəbər verir ki, bu sevincli xəbəri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev rəsmi tvitter səhifəsində paylaşıb.

Prezident daha sonra bildirib ki, müzəffər Azərbaycan Ordusu Zəngilanın Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərini və Ağbənd qəsəbəsini də işğaldan azad edib:

“Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu. Bu münasibətlə Azərbaycan və İran xalqını təbrik edirəm. Eşq olsun müzəffər Azərbaycan Ordusuna!”.




Yuxarı Əvvələ Ana Səhifə