XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

22 Oktyabr 2020 - 21:06

Putin Qarabağla bağlı Türkiyə və ABŞ-a çağırış etdi:"ÇOX ÜMİD EDİRƏM Kİ, AMERİKALI TƏRƏFDAŞLARIMIZ BİZİMLƏ BİRGƏ HƏRƏKƏT EDƏCƏK"

“Bizim Ermənistan və Azərbaycanla həmişə xüsusi münasibətlərimiz olub”.

Strateq.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin bu gün “Valday” müzakirə klubunun onlayn iclasında deyib.

O bildirib ki, Rusiya üçün Ermənistan da, Azərbaycan da eyni səviyyəli tərəfdaşdır: “Bizim üçün orada insanların həlak olması faciədir. Təbii ki, Azərbaycan ərazilərinin əhəmiyyətli hissəsinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməz…”

“Biz hər iki ölkə ilə tam həcmli münasibətlər qurmaq istəyirik”, – deyən Rusiya lideri bildirib ki, Qarabağdakı məsələnin həllində Rusiyadan daha çox maraqlı olan tərəf yoxdur: “Ümid edirəm ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək edəcək”.

Rusiya prezidentinin sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirləri növbəti dəfə Moskvada olub: “Oktyabrın 23-də onlar Vaşinqtonda görüşəcəklər. Çox ümid edirəm ki, amerikalı tərəfdaşlarımız bizimlə birgə hərəkət və nizamlanmaya kömək edəcəklər. Daha yaxşısına ümid bəsləyəcəyik”.

Putin əlavə edib ki, Rusiya Federasiyası ilə Türkiyənin, o cümlədən Cənubi Qafqazdakı vəziyyətlə bağlı mövqeləri həmişə üst-üstə düşmür: “Rusiya Federasiyası ilə Türkiyənin mövqeləri, o cümlədən Cənubi Qafqazdakı vəziyyətlə bağlı, həmişə üst-üstə düşmür. Lakin Qarabağla bağlı danışıqlar 30 ildir nəticə vermirsə, bu, atışmaya başlamağınız lazım olduğu anlamına gəlmir. Moskva siyasi həll tərəfdarıdır”.

Rusiya dövlət başçısı deyib: “Bu, Türkiyə prezidentinin davamlı mövqeyidir, o, Krımı tanımır, Dağlıq Qarabağı tanımır. Bəs bizim tərəfimizdən mövqe necədir? Biz hər kəslə inadla çalışmalı, səbrli olmalı və hər kəsə mövqeyimizin doğru olduğunu sübut etməliyik və biz bu mövqedə qərarlı olacağıq. Mövqelərimiz və yanaşmalarımızın üst-üstə düşmədiyi yerdə uzlaşma axtarılmalıdır”.

Vladimir Putin əlavə edib: “Məsələn, başa düşürəm ki, mövqelərimiz Cənubi Qafqazdakı vəziyyətlə bağlı üst-üstə düşmür, çünki inanırıq ki, bu cür mübahisəli məsələlər güc yolu, silah yolu ilə deyil, əksinə, diplomatik açar, danışıqlar masasında həll olunmalıdır. Əlbəttə, danışıqların 30 ildir davam etdiyini, amma mənasız olduğunu söyləyə bilərik. Hər halda, bu, fikrimcə, atışmaya başlamağınız lazım olduğu anlamına gəlmir”.

Rusiya dövlət başçısı Türkiyə ilə Fransa arasında Dağlıq Qarabağla əlaqədar  ziddiyyətlərindən danışarkən, Rusiyanın heç vaxt dövlətlər arasındakı gərginlikdən sui-istifadə etmədiyini söyləyib: “NATO-dakı daxili mübahisələrə, yəni Türkiyə ilə Fransa arasındakı mübahisələrə gəldikdə, biz heç vaxt digər dövlətlər arasında yaranan sürtüşmədən sui-istifadə etməmişik. Sabit, yaxşı, indiyə qədər tammənalı demirəm, amma hələ də yaxşı perspektivlərə sahib və hər halda, Fransa ilə əlaqələrin yaxşı keçmişi var. Türkiyə ilə iş birliyini artırırıq, ümumiyyətlə, Türkiyə qonşumuzdur, onlarla işləmək xoşdur…”.

Putin Türkiyə ilə Fransanın öz aralarındakı münasibətləri tənzimləməyi bacaran dövlətlər olduğunu qeyd edib.

Vladimir Putin heç kimin Rusiyadan daha çox Qarabağdakı münaqişənin həlli marağında olmadığını söyləyib: “Bu, bizim üçün xüsusi bir vəziyyətdir. Bəli, səhv etmirəmsə, 1992-ci ildə bir qrup yaradılıb, həmsədr olaraq Rusiya, Fransa, ABŞ danışıqlar prosesini təşkil etmək üçün məsuliyyət daşıyır. Prosesin bütün iştirakçılarının səmimi olduğuna 100 faiz əminəm, vəziyyətin həll olunmasını təmin etmək üçün çalışırlar, amma heç kim bununla Rusiya qədər maraqlanmır”.

“Bunu yalnız gözümüzün qabağında görmürük, xalqımızla, dostlarımızla, qohumlarımızla geniş mənada baş verənlərə şahid oluruq”, – deyə o, əlavə edib.

O, bu illər ərzində Rusiyanın uzun bir tarixi perspektiv naminə vəziyyəti sabitləşdirmək və böhranın həlli üçün müxtəlif variantlar təklif etdiyini qeyd edib. Prezidentin dediyinə görə, mövqeləri bir-birinə yaxınlaşdırmaya gərgin səy göstərilib: “Adama elə gəlirdi ki, azca sonra həll yolu tapacağıq. Təəssüf ki, bu, baş vermədi və bu gün ən pis formada qarşıdurma gedir”.

Vladimir Putin qeyd edib: “Dağlıq Qarabağla bağlı bu kompromisin tapılmasını çox istərdim”.

Rusiya prezidenti əlavə edib: “Bildiyiniz kimi, həm Prezident Əliyevlə, həm də Baş nazir Paşinyanla çox sıx əlaqə saxlayıram. Gündə bir neçə dəfə onlarla telefonla danışıram. Gündə bir neçə dəfə”.

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə