XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

26 Oktyabr 2020 - 16:50

HƏM QARABAĞDA, HƏM DƏ “QARABAĞ KLANI” İLƏ SAVAŞ –Ermənistan lideri və dövləti girdaba sürüklənir - TƏHLİL

Georgi Bondarev

“Nezavisimaya qazeta”, 26.10.2020 

 

Ermənistan baş naziri Nikol Paşinyan “təqaüdçü” siyasi elitanın açıq üsyanı ilə qarşı-qarşıya gəlir. 2018-ci il inqilabından sonra nüfuzunu nəzərəçarpacaq dərəcədə azaltmış keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın təmsil olunduğu güman edilən “Qarabağ klanı” siyasi sahədə daha aktiv olmaq cəhdlərini nümayiş etdirir. Analitiklər hesab edirlər ki, bu amil təkcə Ermənistan hökumətinin başçısı və ətrafı üçün deyil, həm də müəyyən mənada, ölkə üçün təhlükə yaradır.

Klanın hərəkətlərinin artan intensivliyi son dövrlərdə Ermənistanda ölkənin, bir növ, keçmiş prezidentləri və “Dağlıq Qarabağ prezidentləri”ndən ibarət məclisin yaradılması təşəbbüsü ilə göstərilir və bu, ehtimal ki, yalnız bir siyasi qüvvənin üstünlüyünə zəmanət verir.

Ermənistan Nazirlər Kabinetinə yaxın mənbələr hesab edirlər ki, “Qarabağ klanı”nın hakimiyyətə qarşı fəaliyyəti tək-tük hərəkətlərlə deyil, bütöv bir kampaniya ilə göstərilir.

Təsadüfi deyil ki, bu ayın əvvəlində Nikol Paşinyan “Qarabağ sui-qəsdçilərinin yuvası”na İrəvanın tam nəzarət etməsi, habelə qeyri-sabitlik dövründə sədd rolunu öz üzərlərinə götürməyi tapşırılan 600-ə yaxın polis əməkdaşını Ermənistandan Dağlıq Qarabağa göndərib.

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həmin vaxt olduğu yerə hüquq-mühafizə orqanları əməkdaşlarının da gəlməsi səciyyəvidir. Polis Şuşadakı bir məktəbə yerləşdirilib və həmin gecə binaya zərbə endirildiyindən əməliyyatı davam etdirməsi çətinləşib.

Analitiklərin fikrincə, məlumatların sızması öz rolunu oynayıb və ehtimal ki, mənbə “Qarabağ klanı” mühitində axtarılmalıdır. Hadisədən sonra Köçəryan təcili olaraq Ermənistana qayıdıb və Rusiya diplomatik nümayəndəliyinin rəhbəri Sergey Kopırkin ilə görüş keçirib. Sonra eks-prezident öz vəsaiti ilə çox sayda silah partiyası aldığını və ölkəsinə gətirdiyini açıqlayıb, bu da müşahidəçilərin onun həmin silahlarla Ermənistanın öz ərazisində dövlət çevrilişi həyata keçirmək üçün istifadə etməyə hazır olduğundan şübhələnməsinə səbəb olub.

Tədbirlərin vaxtı da maraqlıdır. Köçəryanın İrəvana qayıtması barədə məlumatlar oktyabrın 6-da – Ermənistan polisinin yerləşdiyi Şuşadakı məktəbə hücumdan dərhal sonra ortaya çıxıb. İki gün sonra Ermənistan Milli Təhlükəsizlik Şurasının direktoru Arqişti Karamyanın dərhal tutduğu vəzifədən azad edilməsi illüstrativdir. Soros strukturları ilə əlaqəli bu şəxs Paşinyanın yaxın adamlarından sayılıb. Üstəlik, Karamyan vəzifəsinə bu yaxınlarda təyin edilib.

Məlumatlı mənbələrdən də göründüyü kimi, Milli Təhlükəsizlik Şurasının direktoru məhz Paşinyanın qəzəbinə düçar olub, çünki o, “təqaüdçü” elitanın içərisində “sui-qəsdin” qarşısını ala bilməyib və bu, yalnız Paşinyanın özü və komandası deyil, həm də bütün Ermənistana üçün son dərəcə təhlükəlidir.

Yeganə sual “köhnə” siyasi elitanın itirilmiş mövqeləri bərpa etməyə çalışarkən, soydaşlarını Azərbaycan pilotsuz təyyarələrinin hücumlarına məruz qoymağa hazır olub-olmamasıdır. Əlbəttə, bu, çox sərt bir fərziyyədir. Ancaq Köçəryanın prezidentliyi dövründə parlament terror hücumunun baş verdiyi 1999-cu ilin oktyabr hadisələri xatırlanmalıdır. Bir qrup terrorçu Ermənistan Milli Məclisinin iclas salonuna basqın edərək qırğın törədib. Parlamentin sədri Karen Dəmirçyan və baş nazir Vazgen Sarkisyan, o dövrdə Köçəryanın ən təhlükəli siyasi müxalifləri olan doqquz nəfər öldürülüb.

Digər epizodlar da var. Prezident seçkilərinin saxtalaşdırılmasına qarşı etiraz aksiyalarının iştirakçıları üzərində 1 mart 2008-ci il tarixli qanlı qətliamdan məsul olan məhz “Qarabağ klanı”dır, son nəticədə, qələbə “Qarabağ klanı”nın nümayəndəsi Sarkisyana verilib.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə