XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

27 Oktyabr 2020 - 00:18

TÜRKİYƏ İSTƏNİLƏN HALDA “QARABAĞ MASASI”nda OLACAQ:Türkiyəsiz Qafqazda və Orta Asiyada balans qurula bilməz - TƏHLİL

Cem Kiçik

“Türkiyə”, Türkiyə, 26 oktyabr 2020-ci il

 

Azərbaycan işğal altındakı torpaqlarını azad etməyə davam edir. Türkiyənin də tam dəstəyilə, Ermənistan üzərində dalbadal qələbə çalan dost və qardaş Azərbaycan diplomatik seçimdən də imtina etmədən, sanki dünyaya geopolitika dərsi verir.

Burada Türkiyənin üzərinə götürdüyü “strateji ağıl” rolunu bir az incələmək lazımdır.

Məlum olduğu kimi, Azərbaycan-Ermənistan münaqişəsi sadəcə iki ölkə arasında yaşanan kiçik miqyaslı bir hadisə deyildir. Bu, dünyanın önəmli enerji dəhlizlərindən birinin göbəyində baş verir.

Dünyada məşhur olan Zbiqnev Bzejinski “Böyük şahmat taxtası” kitabında bu təsbitləri edərək, bölgənin önəmini hələ illər öncəsindən sanki beyinlərə həkk etmişdir: “Rusiyanın cənubundakı bölgələr etnik münaqişə və böyük güc rəqabətinin qaynama qazanı olmağa namizəd bir təhdid ünsürüdür”.

Coxmillətli imperiyaların geridə buraxdığı irsin üstünlüyü, eyni zamanda çatışmazlığı olan bu durum – çoxmillətlilik, bölgənin münaqişə və rəqabət meydanı olmasilə birləşincə, qazan qaynamağa başlayar

Rusiya həm çarlıq dövründən, həm də SSRİ-nin dağılmasından sonra cənubundakı, yəni Qafqazdakı etnik münaqişələrin altından çətinliklə çıxa bildi. Hətta məsələni bu gün belə, tam mənasilə həll etdiyi söylənə bilməz. Həm öz mövcudluğunu və nüfuzunu birbaşa hədəfə alan münaqişələr, həm də nüfuz dairəsindəki etnik qrupların bir-birilə olan problemləri daim Rusiyanın “yumşaq qarnı” olacaqdır.

Özü də bir imperiya irsi daşıyıcısı olan Türkiyənin məsələyə müdaxilə etməməsi düşünülə bilməz. Əslində, əsla biganə qalmır, qalmamalıdır. Orta Şərqdən Qafqaza, Şərqi Aralıq dənizindən Orta Asiyayadək olan coğrafiyada Türkiyə olmadan balans yarana və masa qurula bilməz. Əks yöndə xəyalları olan ölkələr meydanda və masada, xüsusilə son 10 ildə dəfələrlə məğlub oldular. Əzmlə cəhd etməyə davam etsələr də, yalnış yolla doğru nəticələr ala bilməzlər.

Bizim ölkəmiz “yerdən çıxan”, yəni öz-özünə zühur edən bir ölkə deyildir. Arxamızda minlərlə illik dövlət ənənəsi, imperiya diplomatik təcrübəsi, multikulturalizmi və mirası vardır. Rusiya praqmatik bir ağıl tərəfindən idarə edildiyi üçün Türkiyənin bu xüsusiyyətlərini qavrayır və ona görə hərəkət edir. Ötən gün Putinin verdiyi “Azərbaycan-Ermənistan münaqişəsilə bağlı Türkiyə ilə eyni cür düşünmürük” açıqlamasının tonunda belə, bu düşüncə qıvraqlığının ip uclarını yaxalaya bilərik.

Lakin edəcək bir şey yoxdur, Azərbaycan bizə dost və qardaş ölkədir. Bu, birincisi. İkincisi, Qafqazdakı münaqişə və “qaynayan qazan” Rusiya qədər Türkiyəyə də təsir etmək potensialına sahibdir.

Yaxşı, bəs, bundan sonra nə olacaq? “Türkiyə Azərbaycan-Ermənistan masasında yoxdur” deyən, müdhiş proqnozvermə qabiliyyəti olan təhlilçilərimizin dediyi kimi, masada deyilikmi?

Ötən günlərdə yazmışdım: Türkiyə 1990-cı illərdən etibarən həm hərbi, həm də kəşfiyyat baxımından daim Azərbaycanın yanında olmuşdur. İndi də, dövlətin ən üst səviyyəsindən tutmuş ictimai rəyədək, tam bir fikir və şüur birliyi mövcuddur. Dəstək elə hərbçilərimizin birbaşa meydana ayaq basması ilə, yəni açıq-aşkar verilməz. Dövlət ağlı hansı şərtlər altında nəyi edə biləcəyini bilir və ona görə davranır. Dövlət hər şeyi açıq şəkildə etməz. Doğrusu, dünyadakı bütün güclü dövlətlər də verdikləri dəstəyin keyfiyyətinə diqqət edərlər, reklamla məşğul olmazlar.

Strateji ağıldan və real siyasətdən kənara çıxmadan, bölgəmizdə və dünyada baş verən hadisələrə müdaxilə etməyə davam edəcəyik…

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə