XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

28 Mart 2016 - 11:52

Ucuz neft ABŞ-a baha oturur:Amerika maliyyə böhranına doğru gedir –TƏHLİL

neft cin

Mərvan İskəndər

Ən-Nəhar (Livan)

28.03.2016

 

Kral Salmanın Rusiyaya səfər etmək niyyəti açıqlanarkən dərhal aydın oldu ki, prezident Putinlə danışıqların gedişində Suriya nizamlaması məsələsindən savayı neftin dünya qiymətləri probleminə də toxunulacaq.

Bu gün aydın olur ki, dünyada neft qiymətlərinin sürətlə və əsaslı şəkildə enməyinə səbəb olmuş şistli neft hasilatı ABŞ-da ciddi problemlərlə üzləşib. ABŞ-da istehsal həcmi gündə 3,5-4 milyon  barrelə çatan şistli neft hasilatı 2015-ci ildə 700 min barrrelədək azaldı. Bu cür meyl ona işarə edir ki, 2016-cı ildə istehsalın həcmi daha çox azalacaq və bu, üç əsas səbəblə şərtlənir.

Birinci səbəb şistli neft hasilatının əsas istehsal bölgələrindəki maya dəyəri ilə bağlıdır. Barrelin maya dəyəri ən məhsuldar bölgələrdə 42-50 dollara çatır, ehtiyatların həcminə görə ikinci olan bölgədə isə barrelin maya dəyəri 70-80 dollar təşkil edir.

Beləliklə, şistli neft hasilatı hər il 30% kompensasiya tələb edir. Təxmin edilirdi ki, neft yataqlarındakı işlərin intensivliyi artırılacaq, lakin 2015-ci ildə qazma qurğularının sayı 30% azaldı. Belə azalma şistli neft hasilatı sahəsində iş yerlərinin ixtisara düşməsinə gətirib çıxartdı və bu, 2016-cı ildə şistli neft hasilatının azalmasına səbəb olacaq ikinci səbəbdir. 

Və nəhayət, bu günədək özəl car çəkilməyən üçüncü səbəb şistli neft və qaz hasialtı ilə məşğul olan müəssisələrin böyük borca düşməyindən ibarətdir. Borcun məbləği 1,2 trilyon dollar təşkil edir. Yaranmış durumdan təkcə neft deyil, həm də bank sektoru ziyan görə bilər. Amerika iri banklarının energetika şirkətlərinə kreditləri üzrə ziyan proqnozları çoxalır. Hətta bu günlərdə məlum oldu ki, şistli neft hasilatı sahəsində ixtisaslaşmış bu cür borclu şirkətlərdən birinin prezidenti şirkətin iflası elan edildikdən sonra intihar edib.   

Neft qiymətləri əvvəlki səviyyədə qalsa, ABŞ-ı maliyyə böhranı təhdid edəcək. Hər barrelə 50 dollarlıq qiymət maliyyə böhranımı təxirə sala bilər. Xatırlatmağına dəyər ki, 2008-ci ildə qopmuş dünya maliyyə böhranının nəticələri Avropa Birliyi və ABŞ-da bu günədək hiss olunmaqdadır. İflası böhranın alovlanmasına səbəb olmuş “Lehman Brothers”in aktivlərinin dəyəri kollaps anında 640 milyard dollar, yəni şistli neft-qaz istehsal edən şirkətlərə təqdim edilən bank güzəştlərinin  yarıdan çoxunu təşkil edirdi.

Səudiyyə Ərəbistanı və Rusiya kimi iri neft istehsalçısı ölkələrinə gəlincə, bu ölkələrin ixracat həcmi və istehsal göstəriciləri yüksəkdir, lakin daxili istehlakın miqyası böyükdür, yəni dünya istehlakının 16%-i təşkil edir.

Əlbəttə, neft qiymətlərinin çöküşü həm Səudiyyə Ərəbistanında, həm də Rusiyada gəlirlərin kəskin şəkildə azalmasına səbəb oldu. Krallığın  büdcə kəsiri cari ildə 98 milyard dollar təşkil edib. 2015-ci idə Rusiyanın milli gəliri 4% azaldı və rublun dollara nisbətdə, demək olar, 50% dəyər itirməyinə səbəb oldu. Hər iki ölkə hərbi ehtiyaclara böyük xərclər çəkir. Hətta Rusiya və Səudiyyə Ərəbistanı Suriyada öz aralarında vuruşan tərəflərin xərclərini öz üzərinə götürüb. Ola bilsin, bu cür çətinliklər iki ölkənin siyasi yaxınlığına şərait yaradar və gələcəkdə Suriyada sülh və sabitlik yaradılmasına gətirib çıxardacaq. Qaçqın axınından ziyan çəkmiş AB ölkələri də Suriya müharibəsinin bitməyini səbirsizliklə gözləyir. Avropa Birliyi mühacirləri yemək, geyim, həmçinin təhsil almaq imkanı və gərəkdiyi halda tibbi yardımla təmin etmək zərurəti ilə bağlı bütün zərərlərə dözməyə məcburdur.

Təxminən, bir ay öncə Rusiya, Səudiyyə Ərəbistanı, Küveyt və Qətər arasında neft hasilatının 2016-cı ilin yanvar səviyyəsində dondurulması haqda saziş imzalandı. Nəticədə neft q   iyməti tədricən 28 dollardan 40 dollaradək qalxdı, beləliklə, artım 42% təşkil etdi. Sual: neft qiyməti niyə artmaqda davam edir, halbuki istehsal aşağı düşmür? Səbəb neft məhsulları istehlakının əvvəlki göstəricilərə nisbətən çoxalmasıdır. Barrelin qiyməti bu səviyyədə qalsa, Rusiya və Səudiyyə Ərəbistanının neft ixracatından gündəlik gəlirləri artıb 180 milyon dollar təşkil edə bilər. Kral Salman və prezident OPEK qarşısındakı öhdəliklərə rəğmən gündəlik istehsalı 1,5 milyon barrelədək endirmək barədə qərar qəbul etsələr, hətta İranda neft hasilatının artması da nəzərə alınmaqla bu addım barrelin qiymətinin 50-55 dollaradək qalxmasına səbəb ola bilər. Rusiya və Səudiyyə Ərəbistanında ixracat həcminin 10% azalacağına baxmayaraq, bu ölkələrin büdcə gəlirləri, ən azı, 25% çoxalacaq. 55 dollar müqabilində gəlirlər lap çox olacaq. Qiymətlər 60 dollaradək yüksəlsə, Qərb analitik və ekspertlərinin bu ölkələrdə əhalinin narazılığının alovlanacağına nisbətdə təşvişi tamamilə aradan qalxacaq.

 

Tərcümə Strateq.az-ındır.

 




Yuxarı Əvvələ Ana Səhifə