XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

27 Oktyabr 2020 - 19:13

ERMƏNİSTANDA PAŞİNYANA İSTEFA ÇAĞIRIŞLARI BAŞLADI:"Hər şeyi itirə bilərik"

Ermənistanın keçmiş baş naziri və keçmiş müdafiə naziri Vazgen Manukyan Paşinyan hökumətini istefaya və hakimiyyəti orduya təhvil verməyə çağırıb.

Musavat.com-un Ermənistan mediasına istinadən yaydığı xəbərə görə, siyasətçinin açıqlamasında deyilir ki, xalqın qəhrəmanlıq mübarizəsinə baxmayaraq, mövcud dövr tarixin utancverici və dağıdıcı səhifələrindən biridir, yalnız Qarabağ deyil, həm də xalqın gələcəyi olan Ermənistan təhlükə altındadır.

Manukyan hesab edir ki, vəziyyət dəyişdirilə bilər, ancaq bu, mövcud hökumətin dövründə mümkün deyil: “Bu hökumət istefaya getməli, bütün hakimiyyəti orduya təhvil verməli və bunu könüllü şəkildə, sarsıntı olmadan etməlidir. Əks-halda, bunun nəticələri dağıdıcı ola bilər” .

O, eyni zamanda, orduya hakimiyyəti öz əllərinə almağı, Qarabağla birlikdə ortaq Müdafiə Komitəsi yaratmağı, mövcud vəziyyətə əsasən lazımi tədbirləri təşkil etməyi, özünə inam qazanmağı və maraqlı dövlətlər və beynəlxalq strukturlarla danışıqlar aparmağı təklif edir. Əks təqdirdə, “hər şeyi itirə bilərik” deyir.

Ermənistan Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Baş Qərargahı Manukyanın açıqlamasına reaksiya verib. Hər iki qurum birgə açıqlamasında “bəzi siyasi dairələrin siyasi rəhbərlik və Silahlı Qüvvələr arasında nifaq salmaq” cəhdlərini pisləyiblər.

“Ermənistan Silahlı Qüvvələri, xüsusilə hərbi vəziyyət şəraitində, baş komandan, hökumət və Ermənistanın müdafiə nazirinin əmr və qərarlarını qeyd-şərtsiz yerinə yetirmək niyyətindədir”. Bunu da Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan deyib. Müdafiə Nazirliyi və Baş Qərargah siyasi dairələri bölünmə və fikir ayrılığına səbəb olan bəyanatlardan və hərəkətlərdən çəkinməyə çağırıb.




Yuxarı Əvvələ Ana Səhifə