XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

29 Oktyabr 2020 - 14:55

ERMƏNİ TERRORU QAFQAZDAKI DƏYİŞİKLİKLƏRƏ MANE OLA BİLMİR –Qərbin müdaxiləsinə qarşı Türkiyə-Azərbaycan oxu yaranır - TƏHLİL

Səlcuq Türkyılmaz

“Yeni şafak”, Türkiyə, 29 oktyabr 2020-ci il

 

Rusiya və Qərbi Avropa dövlətləri eyni anda fərqli səbəblərlə Ermənistana dəstək veriblər. Rusiya Cənubi Qafqazda hakimiyyətini davam etdirmək, Qərbi Avropa ölkələri də eyni coğrafiyadakı mənfəətləri baxımından Ermənistanı dəstəkləyirdilər.

Qlobal rəqabətin sürətlə artdığı dövrlərdə ermənilər Rusiyadan və müxtəlif Avropa ölkələrindən aldıqları dəstəklə dini, ideoloji və təşkilati baxımdan ciddi transformasiya keçirdilər. Bu dəyişikliklər erməniləri yaşadıqları bölgələr, şəhərlər və mədəni mühitlərlə problemli hala gətirdi. Dövri olaraq əldə etdikləri uğurları mütləqləşdirdiklərinə görə, şərtlərin dəyişməsilə ortaya çıxan zəiflikləri və itkiləri qəbul edə bilmirlər. Bu baxımdan, teror və qorxu yaratmaqdan istifadə etməyi qüsurlu görmürlər.

Bu gün İslam dünyasına yönəlik ittihamların həddi-hesabı yoxdur. İttihamlardan biri də terror fəaliyyətləridir. Terror fəaliyyətlərinə yönəlik tənqidlərin haqlı olub-olmamasını bir tərəfə qoysaq, İslam dünyasına yönəlik tənqidlərin söhbət mövzusu olan fəaliyyətlərin çərçivəsini çox aşdığı, birbaşa dinin və dini dəyərlərin hədəfə alındığı açıq görünər. Bu kontekstdə, İslam dünyasını təmsil edən liderlər də həmin ittihamlardan paylarını almaqdadırlar. Bu da terror anlayışının bir silah olaraq istifadə edildiyini göstərir. Əgər məqsəd terroru bitirmək olsaydı, daha fərqli bir yanaşma nümayiş etdirərdilər. Bunun tam əksinə olaraq, türk və islam tarixinin son dövrlərində terror fəaliyyətləri birbaşa Avropa dövlətləri tərəfindən dəstəklənmişdir.

Yunan üsyanından etibarən terror fəaliyyətləri dəhşət yaratma aksiyaları olaraq təkrarlandı və böyük itkilərə səbəb oldu. XIX əsrin sonu və XX əsrin başlanğıcında daha təsirli olan bu fəaliyyətlər Balkanlar, Anadolu və Qafqazda böyük dəyişikliklərə gətirib çıxarmışdır. Qafqazda müsəlmanlara yönəlik qorxu yaratma aksiyalarının qarşısını almaq məqsədilə qurulan və Əhməd Ağaoğlu tərəfindən rəhbərlik edilən “Difai” təşkilatı (1905-ci ildə Gəncə şəhərində Daşnaksütyuna qarşı yaradılan gizli antiterror təşkilatı – tərc.) Qərb ölkələri tərəfindən dəstəklənən erməni terrorunu anlamağımız baxımından önəmlidir. Belə ki, “Difai” təşkilatı qurulduqdan sonra ermənilər tərəfindən bir alət olaraq istifadə edilən qorxu yaratma, yəni terror aksiyaları durdurulmuş, sadə camaat rahat bir nəfəs almışdır.

Terror aksiyalarının coğrafiyamızda təsirli olduğunu və terrorçuların lehinə nəticələr verdiyini Qafqazda da görə bilərik. Hər dəfə ermənilər Qafqaz türkləri əleyhinə olaraq torpaq qazanmışdır. Konkret bir nümunə kimi, Qarabağın statusunda ermənilərin lehinə dəyişikliklərin edilməsi göstərilə bilər. Ermənilər Qərbdən dəstək almaqda çətinlik çəkmədiklərinə görə, terror fəaliyyətlərindən çəkinməmişlər və hər dəfə uğur əldə etmişlər.

1990-cı illərdə Azərbaycan torpaqlarının yenidən işğal edilməsilə başlayan dövrdə də keçmişin təkrarı yaşandı. Azərbaycanın tarixi şəhərləri işğal edilərkən qorxu yaratma aksiyalarının – terror aktlarının yenidən təkrarlanması bəlli məqsədə və proqrama işarə edirdi. Və erməni liderləri bunu açıqlamaqda hər hansı bir qüsur görmürdü. Zəif durumda olan türklərin cavab verməyə taqəti yox idi və Avropa, hər zaman olduğu kimi, erməniləri qoruyacaqdı. Türklərin zəifliyinə əsaslanan bir sistem inşa edilmişdi.

27 sentyabrda başlayan hadisələri də bu çərçivədə dəyərləndirə bilərik. 100 il sonra Qafqaz türkləri zəif tərəf olmaqdan çıxınca, Ermənistanın terror aktları özünə zərər verməyə başladı. Ermənilərin, 1990-cı illər də daxil olmaqla, davamlı olaraq uğur əldə etdikləri üçün yenə bənzər nəticə xəyal etdikləri açıq görünür. Ermənistanın və ya ermənilərin atəşkəs anlaşmasından sadəcə bir neçə dəqiqə sonra mülki yaşayış yerlərini vurmasının səbəbsiz olmadığı aydındır. Təqribən 150 ildir dəstək aldıqları mərkəzlərin hərəkətə keçmələrini və Qafqazdakı durumu lehlərinə nəticələndirmələrini istəyirlər.

Ermənistan, atəşkəs anlaşmalarından həmən sonra Azərbaycan şəhərlərini raketlərlə vurduğu halda, Qafqaz türklərinin dəhşət duyğusuna təslim olmadığını və bu səbəblə, birliklərinin pozulmadığını görürük. Bu durumu savaşın gedişatını müəyyən edən ən önəmli amillər sırasına qoymaq lazımdır. Xalqın və ya millətin necə böyük güc qaynağı olması bir daha anlaşıldı. Ermənilərin ən böyük yanlışı da buradadır. Özlərini Qərblə yaxşı münasibətlər quran təşkilatlara təslim etdilər. Coğrafiya, mədəniyyət, din və ideologiya sahəsində meydana gələn dəyişikliklərlə birlikdə düşünülərsə, erməni təşkilatlarının sadə ermənilərə də zərər verdiyi aydın görünər.

Azərbaycan-Türkiyə oxunu qlobal enerji geopolitikası və ya Çin-ABŞ rəqabəti baxımından dəyərləndirdikdə, Şərq-Qərb vektorunda baş verən hadisələri daha yaxşı anlamaq mümkündür. Lakin yerli əhalinin coğrafiya əleyhinə xaricilərlə qurduğu münasibətlər kontekstində dəyərləndirdikdə, çox fərqli nəticələr əldə edəcəyimizi nəzərdən qaçırmamaq lazımdır.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə