XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

30 Oktyabr 2020 - 14:46

Putinin Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə operativ görüşü –DAĞLIQ QARABAĞ MÜZAKİRƏ MÖVZUSU OLUB

Bu gün Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının (TŞ) üzvləri ilə operativ görüş keçirib.

Strateq.az RİA Novosti-yə istinadla xəbər verir ki, bunu jurnalistlərə Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.

Rusiya dövlət başçısı Vladimir Putin Rusiya TŞ-nin daimi üzvləri ilə Qarabağdakı vəziyyəti, Avropadakı faciəli hadisələri və digər məsələləri müzakirə edib.

Dmitri Peskov bildirib: “Cənubi Qafqazdakı vəziyyət Qarabağdakı vəziyyətin inkişafına vurğu edilərək müzakirə olunub”.

“Avropada bir gün əvvəl baş verən faciəli hadisələr barədə ətraflı fikir mübadiləsi aparılıb. İclas iştirakçıları bir daha terrorizmi bütün təzahüründə qınayıblar”, – deyə Peskov vurğulayıb.

İclasın keçiriləcəyi barədə də məlumatı məhz Kremlin mətbuat katibi açıqlamışdı. “Bu gün prezidentin daxili iş günüdür. Günün ortasında o, Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirəcək”.

Bir gün əvvəl hakim “Yedinaya Rossiya” Partiyasının tədbiri çərçivəsində Vladimir Putin Dağlıq Qarabağla bağlı yeni açıqlamalar verib. Rusiya dövlət başçısı bildirib: “Azərbaycan nə deyir? Deyir ki, hər halda Azərbaycanın heç bir etnik münaqişəyə və Ermənistana aidiyyəti olmayan əzəli torpağı olan 7 rayonu qaytarmaq və Dağlıq Qarabağla məsələni ayırd etmək hüququ var”.

Vladimir Putin münaqişəyə dair hər kəsin öz həqiqəti olduğunu bildirib: “Burda sadə həllər yoxdur. Çünki düyün çox mürəkkəb bağlanıb. Bizim mövqeyimiz tamamilə aydındır. Ermənistanla da qarşılıqlı əlaqəli şəkildə, Dağlıq Qarabağın təhlükəsizliyinin təmin olunması üçün müəyyən rejim tətbiq olunması şərti ilə, əvvəl 5, sonra 2 rayonun Azərbaycana qaytarılmasının mümkünlüyünü deyirik.

Münaqişənin uzunmüddətli həllinə nail olmaq üçün həm dəyişməz hörmətlə yanaşdığımız Azərbaycan xalqının, həm də erməni xalqının, Ermənistan dövlətinin maraqlar balansını tapmaq lazımdır ki, insanların özünü təhlükəsiz hiss edə bilməsi, eyni zamanda, effektiv regional inkişaf üçün imkan yaradılsın. On illərlə davam edən münaqişə tərəflərinin effektiv inkişafına imkan vermir”.

Rusiya Təhlükəsizlik Şurasının əvvəlki iclası oktyabrın 16-da keçirilib. Həmin iclasda da Rusiya Təhlükəsizlik Şurası üzvləri Dağlıq Qarabağ münaqişəsi müzakirə ediblər.