XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

02 Noyabr 2020 - 17:27

ABŞ TARİXİNİN ƏN KRİTİK SEÇKİSİ:Türkiyəyə nifət edən Bayden, yoxsa müsəlmanların "ortaq namizəd"i Tramp? - TƏHLİL

Çətinər Çətin

“Habertürk”, Türkiyə, 02 noyabr 2020-ci il

 

ABŞ xalqı prezidentini seçir. Poçt vasitəsilə verilən səslərlə bağlı yekun nəticələr bir az gücikə bilər. Ötən illərlə müqayisə olunarkən, ABŞ Prezidenti Trampın seçki meydanlarındakı populist çıxışlarını bir kənara qoysaq, Demokrat Partiyasının namizədi, qurd siyasətçi Baydenin Türkiyə əleyhdarlığından başqa verdiyi heç bir mesaj diqqəti cəlb etməyib. Lakin ABŞ-ın seçki sistemi sürprizlərə açıqdır.

Bir-birinə qarşı total müharibə elan edən rəqib müsəlman ölkələrinin ortaq məxrəcinin Tramp olması ironik bir durum kimi görünsə də, bu ölkələrin hamısının prezident seçilən, ən qatı müsəlman əleyhdarı olan bu şəxsin yenidən qalib gəlməsini istəməsi üçün önəmli səbəbləri vardır. Yeni ABŞ prezidentinin yeni Orta Şərq şahmatındakı rolu bölgədəki güc balanslarını tamamilə dəyişdirə bilər. Buna hazır olmalıyıq.

ABŞ prezident seçkilərində Baydenin qalib gəlməsi İranda xalqın böyük hissəsi üçün iqtisadi böhranın sona çatması, neft ticarətinin başlaması və yüz minlərlə adamın iş yeri əldə etməsi anlamına gəlir. Sabiq prezident Obama dövründə Baydenin İrana münasibətdə göyərçin roluna girməsi İran xalqında yeni dövrlə bağlı həyəcan yaradır. Lakin bu, özü ilə birlikdə bəzi qeyri-müəyyənlikləri də gətirəcəkdir.

İranın nüvə proqramı ilə bağlı 5+1 formatında keçirilən görüşlər və anlaşma prosesi dini lider Xamnəyinin dəstəyini alsa da, ölkədəki mühafizəkarlar və islahatçılar arasında bölünmələrə yol açmışdı. İnqilab Keşikçiləri Trampın qalib gəlməsini öz ideoloji hegemonluqlarını qorumaq üçün lazımlı görürlər. Halbuki Baydenin qalib gəlməsi və nüvə anlaşmasına dönməsi İranın rəqibi olan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana ikiqat zərbə endirəcəkdir.

Bayden jurnalist Camal Qaşıqçının öldürülməsindən sonra demişdi ki, “Səudiyyə Ərəbistanı ilə münasibətlərimizi yenidən dəyərləndirməyə məcburuq”. Baydenin bu baxışı Salmanın Qaşıqçı cinayətinə görə birbaşa məsuliyyət daşıdığını düşünən, hər iki partiyadan olan konqresmenlər tərəfindən dəstəklənir. Bu durum Səudiyyə Ərəbistanının hakimiyyətini çox çətinliyə sala bilər.

Bu durum eyni zamanda Türkiyə ilə bir yaxınlaşma yolu açacaq kimi görünsə də, nəzərə almalıyıq ki, Bayden öncəki administrasiya dövründə Suriyada PKK-nı PYD-ləşdirmə layihəsinin 4 fikirdaşından biri idi.

Prezident seçilməsi halında Baydenin ən böyük problemi Türkiyəyə ABŞ maraqlarını baltalayan ölkə kimi baxması olacaqdır. Hələ Obama dövründə aparılan Orta Şərq siyasəti qarşısında öz müstəqilliyini qorumaq üçün duran Türkiyənin Suriya sahəsindəki mövqeyi Baydeni olduqca narahat edirdi.

Bayden rus S-400 HHM sistemlərini aldığı üçün Türkiyəyə sanksiya tətbiq edilməsini müdafiə edənlərdən biri idi.

Ancaq Trampın Ərdoğana verdiyi güclü dəstək bu cəhdlərə mane oldu. Baydenə yaxın olan bir siyasi qaynağım seçilməsi halında, Türkiyəyə sanksiya tətbiq edilməsi məsələsinin onun xarici siyasət öncəlikəri sırasında 7-ci yerdə olduğunu və bunu qarşıdakı fevral-mart aylarınadək həyata keçirməkdə qərarlı olduğunu bildirir.

Bayden, Trampın Türkiyəyə Yunanıstana görə Şərqi Aralıq dənizində də təzyiq etməsini istəmişdi. Türkiyənin Dağlıq Qarabağda gedən proseslə bağlı verdiyi açıqlamalar da Bayden tərəfindən mənfi və fərqli şəkildə şərh edilmişdir. Ölkədəki 1,5 milyon erməninin səsini almaq istəyən Baydenin 4 erməni lobbi təşkilatı ilə olan əlaqələrinin miqyası isə müzakirəyə açıq səviyyədədir.

Demokrat namizəd Ayasofyanın yenidən məscidə çevrilməsi qərarı ilə əlaqədar Prezident Ərdoğana qərarından vaz keçməsi üçün çağırış edib və dekabr ayında “New York Times”-a verdiyi müsahibədə ABŞ-ın Türkiyə liderinə qarşı “çox fərqli bir yanaşma müəyyən etməli olduğunu” söyləyib.

Bu səbəblə, Trampın dəstəyi Türkiyə üçün həyati önəmə sahibdir. Türkiyə ciddi iqtisadi məsələlərlə boğuşduğu, regional və qlobal arenada gedən oyunda yer almağa çalışdığı halda, Baydenin güc balanslarını sarsıdaraq Avropa ölkələrinin daha aqressiv davrana biləcəyi bir mühit yaratması hər kəs üçün problem yarada bilər.

Ümid edirəm ki, ABŞ-ın oturşmuş dövlət nizamı Baydenə Türkiyənin bölgədəki vəhhabi, sələfi və şiə təməlli ölkələrlə müqayisə oluna bilməyəcək qədər önəmli olduğunu xatırladacaqdır. Əks halda, güc balansları yalnız oyunçu sayılanlar üçün deyil, oyunqurucular üçün də mütləq dəyişəcəkdir.

Tərcümə Strateq.az-ındır