Azərbaycan Ordusu işğal altında olan daha bir neçə yaşayış məntəqəsini azad edib.
Strateq.az xəbər verir ki, bu haqda məlumatı Prezident İlham Əliyev özünün tvitter hesabında yazıb.
Ali Baş Komandan yazıb: “Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşa Bulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”