XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

03 Noyabr 2020 - 11:14

METYU BRAYZA NƏ TƏKLİF EDİR? –Keçmiş amerikalı həmsədr Dağlıq Qarabağla bağlı "qorxular"ını yazdı

Metyu BRAYZA

“Atlantic Council”, 31.10.2020

 

Azərbaycan Ermənistanla müharibənin hərbi mərhələsinə son qoya biləcək həlledici şəhəri ələ keçirməyə hazırdır. Lakin müharibədə siyasi qələbəni təmin etmək üçün Azərbaycandan təmkinlilik, bölgənin paytaxtına qədər irəlilədikdəsə humanitar fəlakətin qarşısını almaq tələb olunacaq.

Oktyabrın 29-da Dağlıq Qarabağın lideri Arayik Arutyunyan Azərbaycan qoşunlarının Şuşa şəhərinin 5 kilometrliyində olduğu barədə qorxunc xəbərdarlıq edib. Daha sonra o, Dağlıq Qarabağın bütün sakinlərini şəhəri qorumaq üçün mübarizəyə qoşulmağa çağırıb və deyib: “1992-ci ildə qələbəmiz Şuşanın azad edilməsi ilə başladığı kimi, bu gün də qələbəmiz Şuşanın müdafiəsindən asılıdır”.

Azərbaycanlıların Şuşa kimi tanıdığı bu şəhər hər iki tərəf üçün böyük əhəmiyyətə malikdir. Mədəni olaraq həm ermənilər, həm də azərbaycanlılar şəhəri öz mədəniyyətlərinin beşiyi hesab edirlər. Hərbi cəhətdən o, Dağlıq Qarabağın paytaxtı Stepanakertin (və ya Xankəndinin) ətrafındakı yüksəkliklər üzərində yerləşir. Şuşaya kim nəzarət edirsə, Ermənistanı işğal altındakı Laçın rayonu vasitəsilə Stepanakertlə birləşdirən “Laçın dəhlizi”ni də o idarə edəcək.

Son bir ay ərzində Azərbaycan ordusu erməni qüvvələrini məhv edir. Başlanğıcda Azərbaycan Ermənistanın yüksək dəyərli hərbi aktivlərini (məsələn, hava hücumundan müdafiə qurğuları, tanklar və toplar) məhv etmək və ilk Qarabağ müharibəsində Ermənistanın işğal etdiyi, Füzuli və Cəbrayıl kimi, Dağlıq Qarabağı əhatə edən 5 rayonu geri almaq üçün dəqiq zərbə endirən (Türkiyə və İsraildən alınan) PUA-lara etibar edib.

Azərbaycan qüvvələri təxminən 2 həftə əvvəl İranla sərhəd boyunca hərbi irəliləyişə nail olublar. Daha sonra Azərbaycan qüvvələri şimala doğru irəliləyərək Zənglian və Qubadlı bölgələrini geri alıblar, Laçın və Şuşa ətrafında əməliyyat keçirirlər.

Döyüş sahəsindəki uğurlar Azərbaycan vətəndaşlarının kükrəyən millətçi hissindən qaynaqlanan hərbi üstünlüklərin ində də Şuşa və daha çox Xankəndiyə yönələcəyinə dair qorxuları artırıb. Bu cür əhval-ruhiyyə (o cümlədən taktiki ballistik raketlərlə) ermənilərin münaqişə zonasından uzaqda olan Azərbaycan qəsəbələrini atəşə tutması nəticəsində mülki itkilərin artması ilə daha da güclənib. Həmin hücumlar azərbaycanlıların Stepanakert/Xankəndidə erməni mülki şəxsləri atəşə tutması ilə müşayiət olunub.

Bununla belə, Azərbaycan Prezidenti İlham Əliyev davamlı olaraq daha təmkinli hədəflər irəli sürüb, o cümlədən:

– Azərbaycanın Dağlıq Qarabağı əhatə edən 7 rayonda siyasi nəzarətinin bərpa edilməsi;

– Yerlərindən didərgin düşmüş azərbaycanlıların Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayondakı yurdlarına qayıtması;

– Bu ərazilərin bərpa edilməsi;

– və Dağlıq Qarabağın gələcək hüquqi statusu barədə Ermənistanla danışıqların davam etdirilməsi. Həm də bölgənin erməni sakinləri, keçmiş azərbaycanlı qonşuları qayıtdıqdan sonra belə, evlərində qalacaq.

Erməniləri Dağlıq Qarabağda qalmağa inandırmaq çətin olacaq. Fiziki təhlükəsizlikləri üçün və Dağlıq Qarabağın Bakının nəzarətinə qayıdacağı təqdirdə, Azərbaycan vətəndaşı olmağa məcbur olmaqdan qorxurlar.

Ancaq oktyabrın 29-da Rusiyanın “İnterfaks” Xəbər Agentliyinə verdiyi müsahibədə Prezident Əliyev irəliyə doğru yol təklif edib.

Təhlükəsizlik məsələsinə gəlincə, Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyanın bütün erməni qoşunlarını münaqişə bölgəsindən çıxarmaq öhdəliyi götürdüyü halda, Azərbaycanın “…bütün hərbi əməliyyatları dərhal dayandırmağa hazır olduğunu” açıqlayıb.

Etiraf edilməlidir ki, Əliyev faktiki geri çəkilmək əvəzinə, qoşunlarını geri çəkmək barədə İrəvanın öhdəlik götürməsinə israr edib.

Vətəndaş hüquqları məsələsinə gəlincə, Əliyev, “təməl prinsiplər” deyilənlər əsasında münaqişəyə son qoyulması üçün danışıqlara çağırışını təkrarlayıb. İlk dəfə 2007-ci ilin noyabrında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk qrupunda müzakirə olunan təməl prinsiplər, Dağlıq Qarabağın erməni sakinlərinin hüquqi statusu – birmənalı və mütləq şəkildə Azərbaycanın bir hissəsi olmayan bir bölgədə yaşadıqları üçün – Azərbaycan vətəndaşı olmadıqlarını iddia etmələrinə imkan verir.

Paşinyan bu şərtləri qəbul etməyə müqavimət göstərəcək. O, artıq Dağlıq Qarabağ uğrunda müharibənin diplomatik həll yolunun olmadığını bildirib, “təməl prinsiplər”dən və “sülh əvəzinə torpaq” düsturundan açıq şəkildə boyun qaçırıb, bunun yerinə, “yeni müharibələr-yeni ərazilər” ifadəsini qəbul edib.

Prezident Əliyev tam hərbi qələbə üçün güclü xalq hisslərinə qarşı çıxsa, evdə siyasi təhlükə ilə də üzləşəcək.

Bölgədəki diplomatik boşluğu dolduraraq Rusiya və Türkiyə artıq ortaqlarına təmkin nümayiş etdirmə üçün məsləhət verməyi planlaşdırırlar. 10 oktyabr atəşkəs razılaşması zamanı Ermənistan və Azərbaycan arasında vasitəçilik edən Rusiyanın prezidenti Vladimir Putin, görünür, Paşinyanı (sələfi və prezident Əliyevin 2009-cu ilin yanvarında qeyri-rəsmi olaraq qəbul etdiyi) əsas prinsipləri yenidən qəbul etməyə məcbur edib.

Sözarası, Türkiyənin “Daily Sabah” qəzetinin yazdığına görə, Prezident Rəcəb Tayyib Ərdoğan Putinə döyüşü bitirmək üçün Rusiyanın Ermənistana, Türkiyənin də Azərbaycana təsir edə biləcəyini söyləyib.

Ermənistan və Azərbaycan liderlərinin rus və türk vəzifədaşlarının təmin edə biləcəkləri siyasi örtükdən faydalanması müdriklik olardı. Siyasi cəhətdən sağ qalmaq üçün Paşinyan, bütün erməni qoşunlarını geri çəkmək və təməl prinsiplərə uyğun olaraq sülh danışıqlarına başlamaq üçün döyüşü dayandırmaq istəyirsə, Putinin pablik dəstəyinə ehtiyac duyur. Bunu etməklə, Paşinyan bir çox erməni əsgərinin həyatını xilas edəcək və Dağlıq Qarabağın erməni sakinlərinə dinc və firavan gələcək şansı verəcək. Həmçinin, Ermənistan qoşunlarının işğal edilən Azərbaycan bölgələrindən geri çəkilməsinə çağıran BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icrası etməyə məcbur olacaq.

Əgər Əliyev Azərbaycan ictimaiyyətinin hərbi intiqam tələblərinə məhəl qoymamağa hazırdırsa, ölkəsini beynəlxalq əcinnə statusu almaqdan qoruyacaq, eyni zamanda, torpaqlarını bərpa etmək üçün Azərbaycana lazım olan beynəlxalq dəstəyi təmin edəcək.

Tərcümə: Strateq.az