XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

22 May 2015 - 15:36

Avropa İttifaqından Azərbaycana dəstək – Riqa sammiti bitdi

Riqa_sammiti.jpg

Bü gün Latviyanın paytaxtı Riqa şəhərində Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqramına üzv ölkələrin (Azərbaycan, Ukrayna, Ermənistan, Gürcüstan, Belarusiya, Ukrayna) sayca 4-cü sammiti başa çatıb.

Riqa Sammitində 30 madəddən ibarət yekun Bəyannamə qəbul olunub. Strateq.az APA-ya istinadla bildirir ki, Bəyyannamədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk Qrupunun vasitəçilik səylərinə, o cümlədən prezidentlər səviyyəsində görüşlərə və onların 2009-cu il bəyanatlarına dəstək ifadə olunub.

Sammit iştirakçıları iyunda Bakıda keçiriləcək ilk Avropa Oyunlarının keçirilməsini səbirsizliklə gözlədiklərini bildiriblər.

Bəyannamədə enerji təhlükəsizliyinin təmin olunmasında və enerji təminatının diversifikasiyası məsələsində birgə maraqlar qeyd olunub. Cənubi Qaz Dəhlizinin reallaşması, Trans-Anadolu və Trans-Adriatik boru kəmərlərinin istifadəyə verilməsi istiqamətində Azərbaycanın və digər ölkələrin xüsusi rolu vurğulanıb.

Bəyyannamədə həmçinin Krimın və Sevastapol şəhərinin Rusiya tərəfindən ilhaq edilməsi vurğulanıb.

Sammit iştirakçıları Şərq Tərəfdaşlığı Proqramına üzv ölkələrlə onların ambisiyaları, məqsədləri nəzərə almaqla ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi qeyd olunub. Bəyanatda qeyd edilir: “Avropa İttifaqı ilə Azərbaycan arasında qarşılıqlı maraq doğuran bütün istiqamətlərdə daha möhkəm əsaslar üzərində müqavilə bazasının yenilənməsi ilə bağlı əldə edilmiş irəliləyişi alqışlayır”.

Bəyanatda Azərbaycanın Avropa Birliyi Enerji İttifaqında müşahidəçi statusunda iştiraka maraq göstərməsi də təqdirəlayiq sayılıb.

Avropa Şurası prezidenti Donald Tusk isə sammitin yekunları ilə bağlı mətbuat konfransında Azərbaycanla Avropa İttifaqının münasibətlərinin müqavilə bazasının yenilənməsi ilə bağlı təklif alındığını bildirib.

Beləliklə, Riqa sammitində Azərbaycan üçün çox əhəmiyyətli olan Cənubi Qaz Dəhlizinin reallaşması, Trans-Anadolu və Trans-Adriatik boru kəmərlərinin çəkilməsinə dəstək ifadə olunub. Uzun müddətdən bəri Bakının Avropa İttifaqı ilə bağlı Azərbaycanın prioritet hesab etdiyi məsələlər əsas götürülməklə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi yanaşması reallaşıb. Riqa sammitinin yekun Bəyyannaməsinin mətninin təsdiqlənməsi üçün rəsmi Bakı ilə xüsusi danışıqlar aparılıb və Azərbaycanın xüsusi qeydlər etməsi razılaşdırılıb. Həmçinin Bakıda keçiriləcək 1-ci Avropa Oyunlarına dəstək bəyan edilib.

Növbəti sammitin 2017-ci ildə keçirilməsi qərara alınıb.

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə