XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Mart 2016 - 15:49

ABŞ-ın silah sənayesi müsəlmanların məzhəb savaşlarıyla qidalanır:Bir ildə 30 milyard dollar gəlir

 

ABD'den Ortadoğu'ya rekor silah satışı

ABŞ silah sənayesi son bir il ərzində Yaxın Şərqdə müsəlmanların bir-birini qırmasından 30 milyard dollar pul qazanıb.

Strateq.az xəbər verir ki, ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinin yaydığı məlumatdan belə çıxır.

Məlumata görə, ABŞ Xarici İşlər Nazirliyinin 2015-ci il mart ayından bu yana Yaxın Şərq ölkələrinə 30 milyard dollarlıq silah-sursat satışını təsdiqləyib. Silahların böyük bölümü isə körfəz ölkələrinə satılıb. Təkcə Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) üzvlərindən Səudiyyə Ərəbistanı 21 milyard dolların üzərində silah alaraq, ABŞ-ın silah sənayesinə ən çox xeyir verən ölkə olub.

Təsadüfə bax ki, Riyad hər il həcc ziyarətlərindən də bu qədər pul qazanır. Belə çıxır ki, krallıq həccdən qazandığı pulun hamısını ABŞ-dan aldığı silah-sursata verir. Daha sonra isə bu silahlar hər il həccə gələn müsəlmanların öz başlarında partlayır.

KƏŞ xaricində, İraq, İsrail və Livan da ABŞ-dan əhəmiyyətli səviyyədə silah və müdafiə təchizatı alan ölkələr sırasındadır. ABŞ-ın Yaxın Şərqdəki ən yaxın müttəfiqi hesab olunan  İsrailə isə ötən ildə satdığı silahların dəyəri 2 milyard dolları belə keçməyib – 1.9 milyard dollar. 

Maraqlıdır ki, ərəb ölkələrinə satılan silahlardan İŞİD-in əlinə keçənlər də az olmayıb. Bunu rəsmi sənədlər də təsdiqləyir. Məsələn, Beynəlxalq Amnistiya Təşkilatının keçən ilin sonunda hazırladığı "Silah alışı: İŞİD-in silahlanması" başlıqlı hesabatında, “xilafət” cəbbəxanasındakı silahların böyük qisiminin İraq ordusundan yağmalanan ABŞ, Rusiya və keçmiş sovet mənşəli olduğu ifadə edilib.

ABŞ Dövlət Departamenti Siyasi və Hərbi Əlaqələr Bürosunun sözçüsü David Mak Keebi hesabatda irəli sürülən iddiaları, bir növ, təsdiqləyərək, deyib: “Hər hansı qarşıdurmada və döyüş sahəsində yaşanan təchizat itkiləri qaçınılmazdır".

Heydər 
Strateq.az