XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

29 Mart 2016 - 16:25

“Avronest”dən Bakıya zərbə:Ermənilər “işğal olunmuş ərazilər” ifadəsini Avropa İttifaqının məruzəsindən çıxartdılar

 

avronest

 

“Avronest”in 21-23 mart sessiyasında erməni deputat qrupu Avropa İttifaqı və “Şərq Tərəfdaşlığı” ölkələrinin xarici siyasət və təhlükələr üzrə hazırlanmış məruzəsindən “işğal edilmiş ərazilər” ifadəsini çıxarmağa nail olub.

Strateq.az bildirir ki, bu barədə Ermənistanın “Avronest”də nümayəndə heyətinin rəhbəri Artak Zakaryan parlamentdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, gürcü nümayəndə heyətinin 2 təklifində  “Şərq Tərəfdaşlığı” ölkələrinin ərazi bütövlüyünün dəstəklənməsi və bu məkanda işğal olunmuş ərazilərin yolverilməzliyi yer alıb. Erməni deputat qrupu Azərbaycanın bununla bağlı sərt mövqeyinin olacağından ehtiyat edərək, gürcülərə bu təklifi geri götürmək üçün müraciət ediblər. Gürcü nümayədə heyəti bununla razılaşıb və təklifini geri götürüb.

Ukrayna nümayəndə heyətinin də təcavüz və işğal olunmuş ərazilərdən ordunun çıxarılması barədə bəyanatı erməniləri qorxudub. Ukrayna nümayəndə heyəti ilə danışıqlardan sonra onlar da bu təklifini geri götürüblər.

Ən çox diqqəti çəkənsə sosialist blokunun təklifi olub. Onların Türkiyənin Qarabağla bağlı dialoqda iştirakının təmin edilməsi ilə bağlı təklifi səs çoxluğu ilə qəbul edilməyib.

 

X. SƏFƏROĞLU

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə