XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

07 Noyabr 2020 - 21:56

BAYDEN PREZİDENT SEÇİLDİYİNİ ELAN ETDİ: “ABŞ-ı idarə edəcəyimdən qürur duyuram” –Tramp isə "Prezidenti mətbuat yox, hüquq seçir" dedi

ABŞ-da Demokratlar Partiyasından prezidentliyə namizəd Co Bayden prezident seçkilərində qalib gəlib.

Strateq.az xəbər verir ki, bu barədə dünyanın məşhur xəbər agentlikləri məlumat yayıb.

Bildirilib ki, Co Bayden doğulduğu Pensilvaniya ştatındakı seçkinin nəticələrinə əsasən, əlavə 20 səs alıb.

Bununla da o, Prezident olmaq üçün tələb olan 270 səsdən daha çox – 284 səs toplayıb.

Bu xəbərdən az sonra Bayden açıqlama verib: “ABŞ-ı idarə etmək üçün prezidenti seçilməkdən qürur duyuram. Qarşımızdakı müddət çətin olacaq, ancaq söz verirəm: bütün amerikalıların prezidenti olacağam”.

“TRT Haber”in xəbərinə görə, ABŞ-ın 46-cı Prezidenti seçilən Co Bayden bu gecə Bakı vaxtı ilə saat 5.00-da zəfərini rəsmən elan edəcək. Artıq onun xeyli tərəfdarı Ağ Evin qarşısına toplanmağa başlayıb.

Tramp isə bu xəbərdə dərhal sonra tvit ataraq “Prezidenti mətbuat deyil, hüquq sistemi müəyyən edir. Bayden sübut olmadan tələsik, yanlış addım atır. Seçki hələ bitməyib. Hər şey hələ bitməyb. Mən dayanmayacam”, – deyə bildirib.

Xatırladaq ki, Co Baydenin Pensilvaniyada da qazanma xəbərindən düz 1 saat əvvəl Donald Tramp seçkini qazandığını elan etmişdi.

Onu da qeyd edək ki, Tram günlərdir seçki günü və sonradan poçt vasitəsi ilə daxil olan bülletenlərin etibarsız sayılmasını tələb edərək, səsvermə prosesinin dayandırılmasını tələb edir. O, “Mən asanlıqla təslim olmayacam, prosesi Ali Məhkəməyə daşıyacam”, – bəyanatını da verib.




Yuxarı Əvvələ Ana Səhifə