XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

09 Noyabr 2020 - 20:03

AZƏRBAYCAN ORDUSU BU GÜN DAHA 48 KƏNDİ, 1 QƏSƏBƏNİ, 8 YÜKSƏKLİYİ İŞĞALDAN AZAD EDİB –Prezident açıqladı

Müzəffər Azərbaycan Ordusu 9 noyabr – Dövlət Bayaq Günü işğalda olan 71 kəndi, 1 qəsəbəni və 8 strateji yüksəkliyi azad edib.

Strateq.az-ın məlumatına görə, bu mükdəni Azərbaycan Prezidenti İlham Əliyev tvitter səhifəsində paylaşıb.

Prezident bildirib ki, Azərbaycan Silahlı Qüvvələri bu gün müzəffər Azərbaycan Ordusu Xocavəndin Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər, Xocalının Şuşakənd, Muxtar, Daşaltı, Füzulinin Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq, Zəngilanın Sobu, Qaragöz, İsgəndərbəyli kəndlərini, Bartaz qəsəbəsini, Bartaz strateji yüksəkliyini (2300 metr), Sığırt yüksəkliyini (1370 metr), Şükürataz yüksəkliyini (2000 metr) və əlavə 5 adsız strateji yüksəkliyi, Cəbrayılın Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər, Qubadlının Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli, Laçının Güləbürd, Səfiyan, Türklər kəndlərini işğaldan azad edib: “Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.




Yuxarı Əvvələ Ana Səhifə