XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

14 Noyabr 2020 - 10:36

Bir əsrlik ənənəni dəyişən müharibə:AZƏRBAYCAN GƏLƏCƏK SAVAŞLARIN TABLOSUNU NÜMAYİŞ ETDİRDİ

“Ermənistanın indiki məğlubiyyətinin Kamal Atatürkün yeni yaratdığı Türkiyə Cümhuriyyəti ilə Gümrü Anlaşması imzalanmasından bir əsr sonra baş verməsi ironik və simvolikdir”.

Strateq.az “Newsweek”-ə istinadla xəbər verir ki, ABŞ nəşrində dərc olunmuş məqalə bu cümlə ilə başlayır.

“Atlantic Council” təmsilçisi Ariel Koenin təhlilində daha sonra qeyd olunur: “Bununla da Ermənistan “Böyük Ermənistanı bərpa etmək” ehtiraslarından imtina edib”.

Təhlilçi vurğulayır ki, Azərbaycan üçün müharibə 7 rayonunu və ən qanlı qarşıdurmalarda itirilən Qarabağı geri almaq üçün uzun görülən səylərin məntiqi nəticəsi idi.

“Atəşkəs şərtlərini diktə edən Rusiya da qalib görünür. Putin 2018-ci ilin “məxməri inqilab”ında hakimiyyətə gələn populist Ermənistan baş Naziri Nikol Paşinyanı cəzalandırıb, ölkənin Moskvaya yaxın rəhbərliklə əvəz etmək istəyir. Paşinyanın ətrafı qərbpərəst hesab olunur. Yerevanda rusiyapərəst müxalifət tərəfindən etirazlar başlayıb ki, bu da Ermənistan baş nazirinin devrilməsinə səbəb ola bilər”.

Müəllifin fikrincə, artıq Rusiya Qarabağda Türkiyə, İran və Azərbaycan sərhədlərinə yaxın bir hərbi mövcudluqla öyünə bilər: “Şahmatda olduğu kimi, belə bir strateji məkan çoxvektorlu bir təhlükənin inkişafına imkan verir. Moskva, eyni zamanda, Ermənistan və Azərbaycan arasındakı gərginliyin davam etdirilməsində maraqlı olacaq ki, heç biri Rusiya sülhməramlılarının 5 illik müddətləri bitdikdən sonra geri çəkilməsini tələb etməsin.

Ancaq Moskva qələbəni qeyd etməyə tələsməmilidir. Ermənistanın əlindəki silah sistemləri, xüsusən də zenit raketləri, tanklar və pilotsuz təyyarələr ümumən müttəfiqi olan Ermənistan üçün yaxşı nəticə verməyib. Azərbaycanlılar və türkiyəli müşavirləri Ermənistanın hava hücumundan müdafiə sistemlərini (HHMS) çökdürmək üçün usta taktikalar inkişaf etdirib, köhnə Rusiya “AN-2” təyyarələri və “Bayraktar” PUA-ları ilə onu yer üzündən siliblər. “LORA” raketləri (İsrail) Ermənistanı Qarabağla birləşdirən həyati körpü də daxil olmaqla, yüksək dəyərli hədəfləri sıradan çıxarıb”.

Müəllif daha sonra yazır: “Türkiyə də qazanıb. Strateji dəstəyi və “qardaş” Azərbaycana verdiyi hərbi yardım Ermənistanı məğlub etməkdə və Rusiyanı nəzarətdə saxlamaqda çox vacib idi. Rusiya könüllülər göndərsəydi belə, onlar Azərbaycanın Türkiyə tərəfindən dəstəklənən hərbçilərinə qarşı təsirli olmazdı. Rusiya NATO-nun ikinci ən böyük ordusu ilə potensial qanlı qarşıdurma qarşısında gözlərini yumaraq nizami qüvvələr göndərməkdən imtina edib”.

Ariel Koen davam edir: “Ankara 19-cu əsrdən bəri ilk dəfə Cənubi Qafqazdakı Rusiyanın təsir dairəsində əsas oyunçu olub. Türkiyənin, Çeçenistandakı iki müharibəyə istinadla, Gürcüstanda və Rusiyanın nəzarətindəki müsəlman Şimali Qafqazda genişlənmə ehtimalı var. Putin narahat olmalıdır”.

44 günlük müharibənin ənənəvi döyüş taktikalarını necə dəyişdirdiyi də müəllifin nəzərindən yayınmayıb:

“Dünyanın hər yerində hərbi Ermənistan-Azərbaycan müharibəsini diqqətlə öyrənəcəklər.

Birincisi, piyadalar və xüsusi təyinatlılar hələ də, xüsusilə, dağlıq ərazilərdə əhəmiyyətlidir. Azərbaycan əhalisinin sayına görə Ermənistandan dörd qat üstündür, Qarabağın şimalında və cənubunda erməni qüvvələrini dağıtmaq üçün o, kifayət qədər canlı qüvvəyə sahib idi.

İkincisi, pul vacibdir: Bakının neft və qaz gəlirlərindən lazımi, lakin köhnəlmiş Rusiya silahı ilə erməni qüvvələrini üstələyən bir ordu hazırlamaq və təchiz etmək üçün yetərincə mənbələri var idi.

Üçüncüsü, PUA-lar – bu vəziyyətdə Türkiyə və İsrail – gələcəyin yüksək texnoloji müharibələrində seçim silahlarıdır. Azərbaycanda süni intellektli dronlar olmasa da, Bakının itirdiyi tankların və zirehli personal daşıyıcılarının sayının on qat əvəzini çıxmaq üçün kifayət qədər PUA qüvvəsi yaratdılar. Pilotsuz təyyarələr həm də azərbaycanlılara strateji və real vaxt rejiminddə kəşfiyyat məlumatını təmin etməkdə vacib olub. Üstəlik, pilotsuz təyyarələr tankların əhəmiyyətini azaldır. 20-ci əsrdə döyüş sahəsini idarə edən tankın nə vaxt geri dönəcəyi artıq bəlli deyil.

Nəhayət, Rusiya öz silah-sursatının keyfiyyətini, xüsusən də, radar və zenit qabiliyyətini yenidən qiymətləndirməlidir. Bunlar asanlıqla azərbaycanlılar tərəfindən sıradan çıxarılıb”.




Yuxarı Əvvələ Ana Səhifə