XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Mart 2016 - 14:13

Prezident İlham Əliyevin Kerri ilə görüşünün vaxtı açıqlandı –Bu gün saat 22:00-da

Kerri-Aliyev-11

 

4-cü Beynəlxalq Nüvə Sammitində iştirak etmək üçün Vaşinqtona səfəri çərçivəsində prezident İlham Əliyevin ABŞ Dövlət katibi Con Kerri ilə görüşü nəzərdə tutulub. 

Dövlət Departamentinin saytında Con Kerrinin bu gün üçün açıqlanan iş qrafikində qeyd olunub ki, dövlət katibi Vaşinqton vaxtı ilə saat 14.00-da Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. Görüş Bakı vaxtı ilə saat 22.00-da baş tutacaq.

Prezident İlham Əliyevlə görüşdən əvvəl C.Kerrinin Argentina XİN başçısı və Nigeriya nümandə heyəti ilə danışıqlar aparması planlaşdırılır.

Prezident İlham Əliyevlə danışıqlardan sonra isə C.Kerrinin prezident Barak Obama ilə görüşü nəzərdə tutulur.

Ehtimal edilir ki,  Dövlət katibi aparılan danışıqlar barədə prezident Barak Obamanı məlumatlandıracaq.

Kerri-qrafik

Strateq.az