XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

30 Mart 2016 - 23:40

Prezident İlham Əliyev Kerri ilə görüşdü –Qarabağ münaqişəsi müzakirə olundu - Foto-Video

kerri-ilham-eliyev-16

4-cü Beynəlxalq Nüvə Sammitində iştirak etmək üçün Vaşinqtona səfəri çərçivəsində bu gün prezident İlham Əliyevin ABŞ Dövlət katibi Con Kerri ilə görüşü başa çatıb.  

Dövlət Departamentinin saytında Con Kerrinin bu gün üçün açıqlanan iş qrafikində qeyd olunmuşdu ki, Dövlət katibi Vaşinqton vaxtı ilə saat 14.00-da (Bakı vaxtı ilə saat 22.00-da) Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. 

Strateq.az ABŞ Dövlət Departamentinin saytına istinadən xəbər verir ki, prezident İlham Əliyevlə dövlət katibi Con Kerrinin görüşü nəzərdə tutulan vaxtdan 10 dəqiqə tez başlayıb.  Buna səbəb əvvəlcədən planlaşdırılmadığı halda, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşün Dövlət katibinin qrafikinə daxil edilməsi olub. 

"Azərbaycan ABŞ-la iqtisadi əməkdaşlıq edir və bu əməkdaşlıq inkişaf etməkdədir". ANS PRESS-in məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev ABŞ Dövlət Katibi Con Kerri ilə görüşdən sonra açıqlama verib.

İlham Əliyev deyib ki, ABŞ şirkətləri Azərbaycana külli miqdarda sərmayə yatırır.

Dövlət başçısı regionda Ermənistanın işğalçılıq siyasətindən də danışıb: "Ermənistan silahlı qüvvələri Azərbaycanın torpaqlarını işğal ediblər. Bu işğalla bağlı BMT-nin 4 qətnaməsi var. Ermənistanın işğalçılıq siyasəti regionda təhlükəsizliyə böyük hədədir". 

Con Kerri ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin sülh danışıqları yolu ilə nizamlanacağına ümid etdiyini bildirib.

"Biz Dağlıq Qarabağdakı dondurulmuş münaqişənin həllini görmək istəyirik", – deyə Kerri əlavə edib.

Onun sözlərinə görə, "bu, danışıqlar prosesi ilə olmalıdır".

Dövlət Departamenti prezident İlham Əliyev-Kerri görüşündən görüntülər də yayınlayıb.

 




Yuxarı Əvvələ Ana Səhifə