XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 November 2020 - 02:01

ŞANLI AZƏRBAYCAN ORDUSU KƏLBƏCƏR RAYONUNA DAXİL OLDU –Müdafiə Nazirliyi məlumat yaydı + VİDEO

Azərbaycan Respublikası, Rusiya Federasiyası  Prezidentləri və  Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.

Strateq.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.

Gün ərzində Kəlbəcərdən foto və video materiallar təqdim olunacaq.