XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Noyabr 2020 - 11:38

Ukraynaya tövsiyyələr:AZƏRBAYCANININ UĞURUNU TƏKRARLAMAQ ÜÇÜN KİYEV NƏ ETMƏLİDİR?

Vladislav İnozemtsev

“Atlantic Council”, 23.11.2020

 

Taras Kuzio “Ukrayna Azərbaycanın qələbəsindən dərs ala bilər” adlı son məqaləsində Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında müharibənin Krım yarımadası və Ukraynanın şərqində Rusiya işğalına həll yolları axtaran Ukrayna siyasətçilərinə bir sıra vacib dərslər verdiyini izah edib.

Müəllif, haqlı olaraq, Minsk sülh prosesinin həm Azərbaycanda, həm də Ukraynada irəliləyişlər yaratmadığını və 21-ci əsrin hərbi texnologiyalarının 20-ci əsrin texnika və taktikalarına qarşı təəccüblü üstünlüyünü vurğulayıb. Son olaraq, ən azı, Cənubi Qafqazda 6 həftəlik qarşıdurmanın gedişatının və nəticəsinin Rusiyanın postsovet məkanındakı imperiya ambisiyalarına ağır bir zərbə olduğunu bildirib.

Ukraynanın öyrənməsi üçün eyni dərəcədə vacib bir sahə ölkənin hərbi uğurunun əsasını qoyan Azərbaycanın iqtisadi uğur tarixçəsidir. Hələ 1990-cı illərin əvvəllərində Azərbaycan və Ermənistan ilk müharibələrini apararkən, hər ikisi yoxsulluq səviyyələri yüksək olan postsovet ölkələri idi. O dövrdə Azərbaycan neft sənayesinin nisbi üstünlüyünə sahib idi, lakin istehsal 1986-1994-cü illər arasında üçdə birindən çox azalmışdı.

Aradan keçən dörddəbir əsr ərzində Azərbaycan və Ermənistanın iqtisadi yolları kəskin şəkildə fərqlənib. Ermənistan müasir iqtisadiyyat qurmaq üçün mübarizə apararkən, Azərbaycan geniş beynəlxalq iqtisadi əməkdaşlıq siyasətini qəbul edib və ən yeni texnologiyalara yiyələnib. Ölkə yeni nəsil strateji enerji boru kəmərləri çəkib və infrastrukturunu sistematik şəkildə modernləşdirib.

Milli yüksəliş dividendlər gətirib. 2010-cu ilə qədər neft hasilatı 1990-cı illərin ortalarındakı ən aşağı səviyyələrdən ta 5 dəfədəyək artıb. Həm də Azərbaycanın ÜDM-i Ermənistanı cırtdan ÜDM-ni ötmək üzrədir. Bu gün iki ölkəyə səfər edən hər kəs sözügedə Cənubi Qafqaz ölkələrindən hansının inkişaf etdiyinə və hansının durğun vəziyyətdə olduğuna şahid olacaq.

Əhdi Cədid nüfuzu və qlobal diasporası ilə Ermənistanı tez-tez İsraillə müqayisə edirlər. Hər iki ölkə çoxsaylı qeyri-dost ölkələrin əhatəsindədir. Ancaq Ermənistanla İsrail arasındakı oxşarlıqlar iqtisadi sahəni əhatə etmir.

Ermənistandan fərqli olaraq, İsrail 70 il əvvəl bəsit bazadan başlasa da, iqtisadiyyatını genişləndirməyi və qonşularının iqtisadiyyatını üstələməyi bacarıb. İsrailin müvəffəqiyyətini şərtləndirən əsas amillərdən biri 2019-cu ildə 18,2 milyard ABŞ dollarına çatan birbaşa xarici investisiyaların cəlb edilməsidir. Yoxsul Ermənistan isə ötən il 5 dəfə çox pul baratları alıb, amma investisiya deyil.

Təsadüfi deyil ki, İsrail hazırda dünyanın ən böyük hərbi texnika ixracatçısı olan ölkələrdən biridir, Ermənistan isə köhnə rus-sovet dövrü hərbi texnikasına etibar etməyə davam edir. Bu, iki ölkənin qəbul etdiyi ziddiyyətli iqtisadi yanaşmaların qaçılmaz nəticəsidir.

Azərbaycan zəfəri yalnız hərbi tərəqqinin nəticəsi deyil. Bu həm də Azərbaycanın son bir neçə onillikdə əldə etdiyi iqtisadi inkişafı əks etdirir. İlk baxışdan, Azərbaycanın 6 həftəlik münaqişədə qazandığı hərbi həllərin hələ də sərhədlərin dəyişdirilməsində uğur gətirə biləcəyini vurğulayır.

Əslində, istənilən uğurlu hərbi kampaniya iqtisadi üstünlüklə dəstəklənməlidir. Azərbaycanın vəziyyətində ölkənin 1994-cü ildəki ağrılı məğlubiyyətinin dərslərini alması, iqtisadiyyatını modernləşdirməsi, güclü regional ittifaqlar şəbəkəsi yaratması və nəticədə, qətiyyətli əks-zərbə vurması təxminən dörddə bir əsr çəkib.

Azərbaycanın iqtisadi təcrübəsi Ukrayna üçün dəyərli dərslər verir. Diqqəti təcili hərbi əməliyyatlara və ya zəiflik mövqeyindən danışıqlara yönəltmək əvəzinə, Ukraynanın enerjisini ölkə iqtisadiyyatı və infrastrukturunu modernləşdirməyə yönəltməsi daha ağıllı olardı. Eyni zamanda, Ukrayna hakimiyyəti beynəlxalq investisiyaların cəlb edilməsi və ölkənin qlobal istehsal zəncirində mühüm oyunçu mövqeyini müəyyənləşdirməsi üçün mümkün olan hər şeyi etməlidir.

Ukrayna əhalisinin istedadına, vətənpərvərlik hisslərinə və ya hazırda xaricdə işləyən və hər il evlərinə böyük miqdarda pul köçürmələri göndərən ukraynalılara etibar etmək artıq uzunmüddətli bir strategiya deyil. Bunun əvəzinə, Ukrayna, ölkənin geniş potensialından mənfəət əldə etmək imkanları axtaran beynəlxalq investorlar üçün cəlbedici olacaq iqtisadi model yaratmağa çalışmalıdır. Nəticədə, bu, daha güclü Ukrayna dövləti üçün təməl rolunu oynayacaq.

Uzunmüddətli yanaşma Ukrayna üçün xüsusilə vacibdir, çünki Rusiyanın 20-25 il ərzində özünü çox zəif bir vəziyyətdə tapacağına inanmaq üçün bütün əsaslar var.

Hazırda Avrasiya daxilində nəhəng geosiyasi dəyişikliklər baş verərkən və qlobal iqtisadiyyat mövcud yanacaq növlərindən uzaqlaşarkən, Rusiyanın neft-qaz əsaslı iqtisadi modeli artıq kövrək görünməyə başlayır. İki ölkə arasındakı iqtisadi fərqlər Ukraynanın mövqeyini gücləndirəcək.

Azərbaycan-Ermənistan müharibəsinin nəticələrinə baxarkən, ukraynalı siyasətçilər üçün Bakının qələbədən əvvəl uzun illər iqtisadi yenilik və modernləşməyə meyllənməsini görmək vacibdir. Azərbaycan travmatik milli məğlubiyyətdən dərs götürə və bu dərsləri mənfəətə çevirə bilib.

Ukrayna indi Rusiya ilə qarşıdurmasına oxşar uzaqgörən bir yanaşma tətbiq etməlidir. Rusiyanın işğalı altındakı Krımı və ya Ukraynanın şərqini geri almağa və bahalı kompromis həlləri qəbul etməyə tələsməməlidir. Bunun əvəzinə, Ukrayna liderləri Azərbaycan təcrübəsindən borc almalı, müasir texnologiyalar və geniş beynəlxalq əməkdaşlıq üzərində qurulmuş güclü iqtisadiyyat yaratmağa çalışmalıdırlar. Bu daha sonra konsolidasiya edilmiş milli dirçəliş və indi Rusiyanın işğalı altındakı Ukrayna bölgələrinin yenidən birləşdirilməsi üçün təməl ola bilər.

Tərcümə: Strateq.az