XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Dekabr 2020 - 11:23

Türkiyə İsraillə əlqələri normallaşdırır –ANKARANIN YƏHUDİ DÖVLƏTİNDƏ YENİ SƏFİRİ KİM OLACAQ?

Amberin Zaman

“Əl-Monitor”, 09.12.2020

 

Türkiyə yəhudi dövləti ilə münasibətləri normallaşdırmaq və ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin gözündə ucalmaq üçün İsrailə yeni bir səfir təyin edib. Bu, 40 yaşlı Ufuk Ulutaşdır – Qüdsdəki İbrani Universitetində İbrani və Yaxın Şərq siyasətini öyrənmiş Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin sədri. O, hökumətpərəst düşüncə mərkəzi olan SETA-nın direktoru vəzifəsində çalışıb, Yaxın Şərq siyasəti və yəhudi tarixi ilə bağlı çoxsaylı kitablar yazıb. Ulutaş həm də İran üzrə mütəxəssisdir. Ulutaşla tanış olan mənbələr onu “çox cilalanmış”, “çox ağıllı” və “ifrat Fələstin tərəfdarı” kimi qələmə veriblər.

Qəzzada fələstinlilərə qarşı artan hücumlara və Donald TrAmp administrasiyasının ABŞ səfirliyini Qüdsə köçürmək qərarından sonra Ankara İsrail səfirindən “məzuniyyətə getməsi”ni istədiyi 2018-ci ilin mayından bəri hər iki ölkədə elçi olmayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünü müsəlman dünyasında Fələstin hüquqlarının müdadiəçisi kimi göstərib və bir zamanlar Türkiyə ilə İsrail arasında yüksələn münasibətlər Ədalət və İnkişaf Partiyasının (AKP) 2002-ci ildə hakimiyyətə gəlməsindən sonra getdikcə pisləşib.

Ankara getdikcə təcrid olunmuş və iqtisadi cəhətdən sıxılmış vəziyyətdə qalır. ABŞ və Aİ sanksiyalarının yaxınlaşdığı bir vaxtda, eyni davranışa – tənqidçilərin ağzını yummaq, Rusiya ilə flört etmək və əzələlərini Aralıq dənizində sərgiləmək kimi davranışlar davam etsə də, Türkiyə bəzi münasibətləri düzəltməyə çalışır.

İsraillə yaxşı münasibətlər də bu məqsədlə normallaşdırılır. MİT rəhbəri Hakan Fidan İsrail rəsmiləri ilə gizli danışıqlar aparıb və səfir səviyyəsində əlaqələri bərpa etmək fikrinin ortaya atıldığı bildirilir.

Ulutaşın namizəd göstərilməsi türk səfirlərinin rutin rotasiyası ilə üst-üstə düşüb. Amma Vaşinqtona və BMT-yə yeni təyin olunanların siyahısında onun adı görünməyib.

AKP-nin qurucu üzvü və hazırda Tokiodakı səfiri olan Murat Mercan ABŞ səfiri təyin olunub. Xarici işlər nazirinin müavini Sedat Önal BMT-nin Nyu-Yorkdakı səfiri olacaq. Amma Ulutaşın təyinatı hələ rəsmi olaraq elan edilməyib. İsrailin tezliklə Ankaraya səfir göndərib-göndərməyəcəyi də bəlli deyil.

Tərcümə: Strateq.az