XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

31 Mart 2016 - 22:03

NATO-nun ayrıla bilmədiyi dövlət:Türkiyənin Alyansa üzvlüyü kimə sərfəlidir? - Təhlil

erdoqan obama

Bloomberg (ABŞ), 31.03.2016

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əvvəllər ABŞ prezidenti Barak Obama ilə hər hansı xarici rəhbərdən daha çox söhbət edib. Lakin bu dəfə Vaşinqtona səfər zamanı Obamanın rəsmi qrafikində Ərdoğana ümumiyyətlə yer tapılmadı. Bu nikahı xilas etmək olarmı?

Hər şeyə görə fikir yürüdərkən, onların qəliz münasibəti var. Lakin məsələ geniş qoyulsa və “Türkiyənin ABŞ-ın rəhbərlik etdiyi Şimali Atlantika Müqaviləsi Təşkilatına daxil olmağa haqqı çatırmı?” sualı verilsə, ona cavab tapmaq asan olacaq. Əlbəttə, haqqı var. Bununla heç də hamı razılaşmayacaq. Tənqidçilər göstərirlər ki, kürdlərə, Suriyaya, İŞİD-ə münasibətdə Türkiyə siyasəti ABŞ-ın və NATO üzvlərinin əksəriyyətinin kursuna uyğun gəlmir. Ərdoğanın demokratiya və söz azadlığına hücumu isə ABŞ və Avropada getdikcə daha çox pərtlik doğurur. Lakin NATO hərbi alyansdır və orada ümumi dəyərlər ümumi hədəf qədər önəmli deyil. Bu hədəf təhlükəsizlikdir. Qara dənizdən Aralıq dənizinə çıxışa nəzarət etmək strateji baxımdan soyuq müharibə illərində olduğu qədər əhəmiyyətlidir. Türkiyənin bölgədə Rusiya nüfuzuna qarşı zidd çəkisi də ənənəvi rol kimi mühümdür. Türkiyənin yardımı ilə Suriya qaçqınları axınını dayandırmaq Avropaya çətin olsa da, bu onun köməyi olmadan ümumiyyətlə mümkünsüz idi. Bu arada Türkiyə ilə Yunanıstan arasında ərazi mübahisələri qalır və NATO-ya üzvlük bu ölkələri qarşıdurmadan çəkindirir.

Demokratik dəyərlərə gəlincə, burada Türkiyənin olduqca qeyri-müəyyən gösrtəriciləri var. Orada 1960, 1971, 1980-ci illərdə çevriliş baş verib. On minlərlə adamın öldürüldüyü və qətlə yetirildiyi kürd yaraqlılarına qarşı müharibə onillliklər boyu davam edib, keçən il isə yeni qüvvə ilə alovlandı. (Türklər 1980-ci illərdə kürdlərin xalq kimi varlığını ümumiyyətlə inkar edirdilər.) Bu ölkədə müxtəlif dövrlərdə vətəndaş hüquqları dəfələrlə və son dərəcə güclü şəkildə məhdudlaşdırılıb. Lakin Türkiyə bu dövrlərin hamısında NATO-nun tərkibində olub.

Obama Ərdoğanın bu günki siyasətinə bəyənməməklə və onunla rəsmi görüşdən imtina etməklə düzgün hərəkət edir. ABŞ və Avropa isə Türkiyənin ictimai və demokratik institutlarının müdafiəsi üçün daha çox iş görə bilər. Demək lazımdır ki, Türkiyənin NATO və Avropa Şurası kimi qurumlara üzvlüyü türk kursuna təsir üçün Qərbə alətlər verir.

Türkiyə 1952-ci ildən NATO-nun tərkibinə daxildir.Onun üzvlüyü rahatsızlıq yaratsa da, zərurətdir. Həmişə belə olub.

 

 




Yuxarı Əvvələ Ana Səhifə