XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

13 Dekabr 2020 - 09:00

“ZƏFƏR” PARADINDAN DÜNYAYA VERİLƏN ÜÇ MESAJ VƏ BİR TƏKLİF:Ərdoğanın təklifi hansı ölkə və bölgələri əhatə edəcək? - TƏHLİL

Bürhanəddin Duran

“Sabah” qəzeti, Türkiyə, 11 dekabr 2020-ci il

 

Prezident Ərdoğan Qarabağ zəfərini qeyd etmək üçün Bakıda keçirilən “Zəfər” paradı mərasiminə qatıldı. “İki dövlət, bir millət” şüarını özündə əks etdirən simvollarla dolu mərasimdə edilən çıxışlar üç həssas nöqtəyə diqqət çəkirdi:

1. Rəsmi Bakının 44 gün çəkən Qarabağ müharibəsindən qalibiyyətlə çıxmasında rəsmi Ankaranın və “SİHA”ların dəstəyi həlledici rol oynadı. Bu çətin gündə göstərilən güclü qatqılar Türkiyə-Azərbaycan münasibətlərini olduqca yeni bir mərhələyə apardı. 28 ildən sonra qazanılan bu zəfərlə daxili konsolidasiyanı gücləndirən Prezident İlham Əliyev bu günə qədər apardığı çoxvektorlu balans siyasətində Türkiyəyə tamamilə ayrı bir yer verilməsinin fərqindədir. Əldə edilən bu qələbədə Ərdoğanın təsirini ən yaxşı anlayan Əliyev özü oldu. İşğaldan azad edilən torpaqlardakı təxribatlara qarşı sərt cavabın verilməsi də, həmin ərazilərdə yenidənqurma işlərinin davam etdirilməsi də Ankara ilə Bakını daha konkret iş birliyinə sövq edir.

2. Dağlıq Qarabağda bütün paytaxt şəhərləri təəccübləndirəcək ölçüdə sürətlə qazanılan qələbə Qafqazda yeni bir dövrün qapısını açdı. Bölgədə yeni bir güc balansı formalaşdı. Rusiya artıq bölgəni sovet dövründə qalma arxa baxçası kimi görməkdən əl çəkib, burada Türkiyənin hərbi və siyasi varlığını qəbul etməlidir. Ərdoğanın dünənki mərasimdə çıxışı zamanı Ermənistan xalqına uzatdığı sülh əli də diqqətdən qaçmamalıdır: “Qərbyönümlü imperialistlərin dəstəyi ilə heç nəyə nail oluna bilinməyəcəyi görülməli, qarşılıqlı münasibətlər yenidən nəzərdən keçirilməlidir. Ermənistan xalqı Qarabağda yaşanılanlarda dərs çıxarmağı bacararsa, bu, bölgədə yeni dövrün başlanğıcı olacaq”.

Yerevanın Parisin, yaxud da digər paytaxtların təşviqi ilə yaranmış yeni vəziyyəti qəbul etməyib, intiqam siyasəti axtarışına girməsi, bölgədəki qeyri-sabitliyi davam etdirməklə qalmaz, həm də Ermənistan xalqının təhlükəsizlik və rifahına ciddi zərər verər. Əgər Ermənistan yeni vəziyyətlə barışmasa, Qərb, Rusiya, AzərbaycanTürkiyə arasında sıxışacaq. Zəruri sülh razılaşmasına gedərək, Azərbaycan-Ermənistan Türkiyə-Ermənistan əlaqələrini normallaşdırmalıdır. Bu normallaşmadan ən çox Yerevan qazanmış olacaq. Ərdoğanın ifadə etdiyi “qapıları açarıq” cümləsi də Rusiya-Türkiyə-Azərbaycan-İran-Gürcüstan-Ermənistanla Qafqazda 6 platformalı təklifi ilə inqilabi xarakter daşıyır.

3. Ankaranın Qafqazdakı varlığı Türkiyənin Mərkəzi Asiya və İranla münasibətlərinə yeni bir qapı açır. Türk dünyasında yeni bir iş birliyi ilə gündəmi formalaşdıracaq yeni bir fürsət yaranıb. Qərb, Rusiya, Çin, Türkiyə İranın yer aldığı və Qafqazın çox kənarlarına uzanan yeni bir geopolitik tənlik yaranır. Bu tənliyin bir yanı enerji xətlərinə, digər bir yanı isə Çinin “Bir Kəmər, Bir yol” layihəsinə uzanır. İran Türkiyənin Qafqazda güclənən mövqeyini nəzərə alacaq. Yeni vəziyyətin təsiri ikitərəfli qarşılıqlı münasibətlərin digər sənədlərində də nəzərə çarpacaq.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə