XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

31 Mart 2016 - 23:56

Rusiya-ABŞ cəbhəsində yeni gərginlik:Pentaqon Şərqi Avropaya yeni hərbi briqada göndərir

 

ABD’den Doğu Avrupa’ya askeri takviye

 

Pentaqon “Rusiyanın təcavüzkar mövqeyinə qarşı” Şərqi Avropaya zirehli hərbi briqada göndərəcəyini açıqlayıb. Rusiya isə “buna laqeyd qalmayacağıq”- deyə, cavab verib.

Stareq.az xəbər verir ki, Amerika Müdafiə Nazirliyi həmin hərbi briqadanın NATO-nun şərq qanadına göndəriləcəyini və bu addımın avropalı müttəfiqlərini rus təcavüzündən qorumaq üçün atıldığını bildirib.

Almaniyanın DW saytının məlumatına görə, ABŞ ordusunun Avropa Komandanlığı hərbi briqadanın 2017-ci ilin fevralına qədər bölgəyə göndəriləcəyini açıqlayıb. Prezident Barak Obamanın yanvar ayında Avropanın müdafiə xərclərini artıracağını söyləməsi də bu planla bağlı imiş. Beləcə, 2017-ci ilə qədər Avropada Amerika ordusuna bağlı üç briqada yerləşəcək.

ABŞ-ın bu adımına Rusiyanın cavabı özünü çox gözlətməyib. Ölkənin NATO-dakı səfiri Aleksandr Qruşko adekvat tədbirlərin görüləcəyini açıqlayaraq, bildirib: "Bu hadisələri əlimiz-qolumuz bağlı seyr etməyəcəyik. ABŞ-ın Avropada öz hərbi gücünü artırmasına heç bir səbəb yoxdur və biz də buna layiqli cavab verəcəyik”.

Amerikanın hərbi briqadasının, başda Rusiyaya qonşu Baltik ölkələri və Polşa olmaqla, Bolqarıstan və Rumıniyada keçiriləcək manevrlərdə müntəzəm iştirakı nəzərdə tutulur. Briqadanın tərkibində 4 min 200 əsgər, 250 tank, həmçinin müxtəlif təyinatlı toplar, hərbi nəqliyyat vasitələri və 1700 digər texnikanın olacağı gözlənilir.

ABŞ ordusunun Avropa Müttəfiq Qüvvələr ali komandiri general Filip Bridlov Avropada daha müasir avadanlıqla daha effektiv hərəkət qabiliyyəti ortaya qoyacaqları deyib: "Beləcə, NATO-dakı müttəfiqlərimizi Rusiyanın Orta Avropa və digər bölgələrdəki təcavüzkar mövqeyinə qarşı zəmanət altına alan güclü və adekvat addımlar atmaq strategiyamızı davam etdirə biləcəyik".

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə