XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

25 May 2015 - 07:19

İŞİD-in əsas komandirləri – Araşdırma

Əl-Bağdadinin yeri haqda məlumat verəni 10 milyon dollar mükafat gözləyir

İrannın “Əfkar News” informasiya agentliyinin xüsusi müxbirinin məlumatına görə, İraq kütləvi informasiya vasitələri İŞİD terror qruplaşmasının əsas komandirləri haqda məlumatların dərcinə başlayıb. Bu şəxslər barədə İraq və ABŞ hökumətlərinin nəzarəti altında istintaq aparılır və onlar haqda istənilən məlumata görə böyük mükafat nəzərdə tutulub.

1. Əbu Bəkr əl-Bağdadi

Tam adı İbrahim Əvəd İbrahim Əli Əl-Bədri Əs-Samarraidir. O, İŞİD-in baş rəhbəri sayılır. Əl-Bağdadi keçən il özünü əmir elan edib və hətta tələb edib ki, terrorçuların digər qruplaşmaları ona biət etsin.

Əbu Bəkr Əl-Bağdadi 1971-ci ildə Bağdadda anadan olub. ABŞ hökuməti 2011-ci ildə onu terrorçular siyahısına daxil edib və onun yeri haqda məlumat verənə 10 milyon dollar qonorar təyin edib.

Əl-Bağdadinin qardaşı Səddam Hüseynin diktaturası vaxtı İraq ordusunda xidmət edib və vəzifə borcunu icra edərkən həlak olub. Lakin İŞİD-in indiki başçısı görmə qabiliyyətində problem olduğundan hərbi xidmətə gedə bilməyib. Əvəzində Bağdad universitetinin Quranşünaslıq fakültəsinə daxil olub və təhsili magistr kimi başa vurub.

Əl-Bağdadi “Əl-Qaidə”nin İraqdakı bütün əməliyyatlarına rəhbərlik edib və həmin qruplaşmanın həyata keçirdiyi xeyli böyük teraktın təşkilatçısı hesab olunur. Onun ən məşhur əməliyyatı 2011-ci ildə Bağdadın Umm-əl-Kura məscidinə hücumdur. Nəticədə İraq parlamentinin deputatı Xalid Əl-Fəhdəvi həlak olub.

Britaniyanın “Guardian” qəzeti bir müddət əvvəl antiişid koalisiyasının İraqda hava hücumu nəticəsində Əbu Bəkr Əl-Bağdadinin yaralanması haqda məlumat yaymışdı. Nəşr həm də məlumat verdi ki, yara fəqərə sürtunu nahiyəsindədir, buna görə də İŞİD lideri hazırda sərbəst hərəkət etmək iqtidarında deyil.

2. Əbu Əla Əl-Əfri

İŞİD-in daha bir təhlükəli başçısı. Bu adamın əsil adı Əbdül Rəhman Mustafadır. Əvvəllər Əl-Bağdadinin müavini vəzifəsini icra edirdi, lakin rəhbər yaralanandan sonra məlumat gəldi ki, onun vəzifəsini yerinə yetirir.

Əl-Əfri İraqın Mosul şəhərinin 80 km-liyindəki Əl-Xəzər bölgəsində anadan olub. Onun orta məktəbdə bir müddət fizika müəllimi işlədiyi məlumdur. Əl-Əfri 1998-ci ildə Əfqanıstana yollanır və Əbu Musabu əz-Zarkaviyə biət edəndən sonra “Əl-Qaidə”nin Mosuldakı qüvvələrinə komandirlik onun üzərinə qoyulur.

Əbu Umar Əl-Bağdadinin ölümündən sonra “Əl-Qaidə”də onun İraqdakı qruplaşmaya komandirlik etmək namizədliyi nəzərdən keçirilirdi, lakin Əl-Əfri son nəticədə İŞİD-in tərəfinə keçdi.

3. Əbu Əli Əl-Ənbari

Bu adam İŞİD-in Suriyada döyüşən komandirlərindən biri sayılır. O, “Azad Suriya Ordusu” və “Cəbhət Ən-Nusra”nın simasında silahlı müxaifətin Suriya ordusuna qarşı hərbi əməliyyatlarına başçılıq edir. Əl-Ənbari Səddam diktaturası dönəmində İraq ordusunun komandanlığına daxil idi. Korrupsiyada ittihamdan sonra “Ceyş Əl-İslam” qruplaşmasını tərk edib bu ölkədəki “Əl-Qaidə”yə qoşulmalı oldu.

4. Əbu Süleyman Ən-Nəsir

Bu adam hazırda İŞİD-in hərbi komandiridir və qruplaşmanın hərbi şurasına rəhbərlik edir. O, amerikalıların 2014-cü ildə İraqa hava hücumu nəticəsində öldürülmüş Əbu İman Əl-Əraqinin həlakından sonra bu vəzifəyə təyinat alıb. Ən-Nəsirin daha bir vəzifəsi İŞİD-in hərbi naziri hesab edilir. Bu təyinatı isə 2010-cu ildə Amerika və İraq ordusunun Tikritə birgə hücumunda Əbu Əyyub Əl-Məsri və Əbu Umar Əl-Bağdadi öldürüldükdən sonra əldə edib.

Ən-Nəsirin əsil adı Nəaman Süleyman Mənsur Əz-Zəydidir. Bu da məlumdur ki, bir müddət Bəsrədəki “Buka” hərbi bazasında həbsdə yatıb. 2011-ci ildə məlumat gəldi ki, İraqın xüsusi təhlükəsizlik xidmətləri onu Hit şəhərində aradan götürüb, lakin sonra məlumat təkzib olundu.

5. Əbu Muhəmməd Əl-Ədnani

İŞİD-in rəsmi təmsilçisi hesab olunur. Tam adı Taha Sobhi Falahadır.Əl-Ədnani 1977-ci ildə Suriyanın İdlib əyalətində kiçik Banş şəhərində anadan olub. 2005-ci il mayın 31-də koalisiya ordusunun İraqa hücumu zamanı yaxalanıb, lakin tezliklə azadlığa buraxılıb.

2014-cü ildə Əl-Ədnaninin Əbu Bəkr Əl-Bağdadiyə biət etdiyi videoyazı ortalığa çıxdı. O, “Boko Haram” terror qruplaşmasının İŞİD-ə biət etməsi haqda məlumat yayan ilk adamdır. Əl-Ədnani Afrikanın qərbində fəaliyyət göstərən terrorçulardan da eyni addım atmağı tələb edib.

6. Əbu ömər Əş-Şişani

Gürcüstanda doğulub. 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsində iştirak etmiş ən təcrübəli döyüşçülər sırasına daxildir. Əş-Şişani gürcü ordusunun sıralarını tərk edərək Suriya terrorçularına qoşulub. Onun xidmət siyahısına “Katibat Əl-Muhacirin”, “Ceyş Əl-Muhacirin” və “Əl-Ənsar” kimi qiyamçı qruplaşmalara komandirlik etmək qeyd olunub.

Əş-Şişani 2013-cü ildə Suriyanın quzeyindəki, xüsusən də Hələb, Rakka, Latakiya və İdlibdə İŞİD qoşunlarına komandir təyin edilib. Həmin ilin sonunda isə İŞİD-in bu ərazidəki əmiri təyin olunub. Bu döyüşçü İŞİD-çilərin Suriyada döyüşən ən məşhur səhra komandirlərindən biri hesab edilir.

ABŞ Dövlət Departamenti 2014-cü il sentyabrın 24-də onun adını terrorçular siyahısına daxil edib və onun saxlanmasına kömək edə biləsi istənilən məlumata görə beş milyon dollar həcmində mükafat təyin edib. Əş-Şişaninin ölümü haqda dəfələrlə məlumat yayılıb, lakin hər dəfə yanlış çıxıb.

7. Əbu Vahib

İraqın Ənbar əyalətində İŞİD-in komandiridir. Tam adı Şakir Vahib Əl-Fədəvidir. Əldə olan məlumata görə, 1986-ci ildə anadan olub. 2013-cü ildə Suriyada bəzi yük maşını sürücülərinin qətlinə görə məsuliyyət onun üzərinə düşür. Əbu Vahib “Əl-Qaidə”nin 2012-ci ildə İraq həbsxanalarına hücumu sayəsində dustaqlıqdan qaça bilmiş 110 məhbusdan biridir. Ənbar əyalətinin rəhbərliyi bu yaraqlı barədə məlumata görə 50 min dollar mükafat vəd edir.

8. Hüseyn Bilal Bosniç

İŞİD-in bu məşhur komandiri Bosniya və Hersoqovinadakı sələfi hərəkatının üzvlərindən biri sayılır. Bosniç 1972-ci ildə Bosniyanın quzeyində anadan olub. O, hər şeydən əvvəl Avropanın müxtəlif ölkələrində İŞİD sıralarınd
a xidmət etmək istəyən adamları toplamaq sayəsində məşhurdur.

Hələ uşaqlığında ailəsi ilə Almaniyaya köçüb və burada sələfi hərəkatının iştirakçısı olub. 1992-ci ildə müharibənin gedişində Bosniya və Hersoqovinaya qayıdıb və Bosniya batalyonlarından birinə qoşulub.

9. Tarik Bin Ət-Tahir Bin Əl-Fəlih Əl-Əvni Əl-Xəzri

Bu Tunis vətəndaşı İŞİD-in İraqdakı ən ilk üzvlərindən biri sayılır. Tarik Əl-Xəzri həm də “kamikadzelər əmiri” kimi ad çıxardıb. Buna görə də kamikadzelərin müxtəlif ölkələrdə yüzlərlə terror aktları həyata keçirməsinin əsas təşkilatçısı olub. Terrorçuların hazırlanması və Suriyaya göndərilməsi də onun vəzifəsinə aiddir. Amerika hökuməti Tarik Əl-Xəzrinin yaxalanmasına kömək olası məlumat üçün üç milyon dollar həcmində mükafat ayırıb.

10. Xarici qruplaşmaların komandirləri

Bəzi komandirlər İŞİD-ə və şəxsən Əbu Bəkr Əl-Bağdadiyə biət etmiş xarici terror qruplaşmalarına aiddir. Bəzilərinin adlarını sadalayırıq.

Əbu Bəkr Şeyxu. Nigeriyadakı “Boko Haram” terror qruplaşmasının lideri sayılır və İŞİD-in Qərbi Afrikadakı bölmələrinə rəhbərlik edir. Şeyxu 2009-cu ildən “Boko Haram”a başçılıq edir.

Əbdürrəhman Muslimdust. Məlumdur ki, bu əfqan jurnalisti müəyyən vaxt Huantanamo həbsxanasında olub. 2014-cü ilin axırında İŞİD-in Əfqanıstan və Pakistan üzrə komandiri təyin edilib.

Əbu Əl-Bara Əl-Əzdi. Məlumata görə, İŞİD-in bu üzvü Yəmən vətəndaşıdır. İŞİD ordusu Liviyanın dernı Əl-Əzdi şəhərini tutandan sonra oranın əmiri təyin edilib. Hazırda həm də bu şəhərin baş hakimidir.

“Afkar News” (İran), 25.05.2015




Yuxarı Əvvələ Ana Səhifə